Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 29 Aprel 2019 17:28

Minskdə Nəsiminin 650 illik yubileyi qeyd olunub

nasimi tedbir 290419  6“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Belarus Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr və İnformasiya Təminatı idarəsinin rəisi Viktoriya Ratabılskaya, XİN-in MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq idarəsinin rəisi Viktor Denisenko, Beynəlxalq Miqrasiya Təşkilatının Belarus üzrə rəhbəri Zeynal Hacıyev, Belarusda akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Liviya, Fələstin və Moldova səfirliklərinin nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin və Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə açan mədəniyyət nazirliyinin nümayəndəsi V.Ratabılskaya dahi şairin yaradıcılığının bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə xidmət etdiyini bildirib. Əsrlərlə İ.Nəsiminin adı əyilməz iradə və öz inanclarına sadiqlik simvolu kimi yüksəldiyini qeyd edib.

Öz növbəsində səfir Lətif Qəndilov qeyd edib ki, keçən il Belarusda Hüseyn Cavidin 135 illiyinin, bu il isə İ.Nəsiminin 650 illik yubileyinin keçirilməsi iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin də geniş əhatəli surətdə inkişaf etdiyinin və xalqlarımızın bir-birinin mədəniyyətinə böyük maraq göstərməsinin əyani sübutudur.L.Qəndilov Nəsiminin yubiley tədbirinin keçirilməsinin əsas səbəbinin onun fəlsəfi fikirlərinin ümumbəşəri dəyərlərə söykənməsi ilə bağlı olduğunu önə çəkib. Allahın yaratdığı ən mükəmməl varlıq olan insanın bəşəriyyətin inkişafında yeri, rolu və mahiyyətinin öyrənilməsi elmi-fəlsəfi dairələr vacib hesab olub. Nəsimi də öz yaradıcılığını bu məsələlərin öyrənilməsinə həsr etdiyini söyləyib. Nəsiminin öz yaradıcılığında insanın öz nəfsinin qulu olmamasını və həqiqəti tapmaq üçün nəfsi tərk etmənin vacibliyini, zahirdən uzaqlaşaraq batini tapmağın mümkünlüyünü tərənnüm etdiyini vurğulayıb.

Tədbirin davamında Nəsimi filmindən fraqmentlər göstərilib. Tələbələr tərəfindən Nəsiminin lirik şeirlərindən yüksək ifaçılıq tərzi ilə parçalar oxunmuş və xüsusilə də “Mən bu cahanə sığmazam” qəzəli böyük maraq doğurub. Azərbaycan rəqsləri ifa olunub, “Sarı Gəlin”, “Getmə getmə gəl” mahnıları səsləndirilmiş və alqışlarla qarşılanıb.

Oxunub 1752 dəfə