"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Cəlilabadda dəyirmi masa keçirdi
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi uğurla davam edir. İyunun 9-da növbəti dəyirmi masa Cəlilabad şəhərində keçirilmişdir.
Yerli icra hakimiyyəti, ilk peşə təhsili lisey və məktəb, orta təhsil məktəblərinin müəllim, şagird və valideynlərin birgə iştirakılə baş tutan tədbirdə layihənin rəhbəri İradə Yaqubova hazırlıq mərhələsində Cəlilabadın peşə məktəblərində keçirilmiş monitorinqlə yanaşı peşədə müəyyən nailiyyətlər əldə etmiş sənətkarlar, o cümlədən traktorçu, çilingər, elektrik və s. fəaliyyəti ilə bağlı videoçəkilişlərin aparıldığını bildirdi. O, hesab edir ki, bu kadrlar məktəblilərə gələcək ixtisas seçimini etmək üçün çox faydalıdır.
İradə Yaqubova bildirdi ki, layihənin yekunu olaraq facebook.com kimi sosial şəbəkədə "Peşə mənim fəxrimdir" adlı səhifə yaradılacaq ki, orada ictimai müzakirələr aparılsın.
EkspertOrxanCabbarlı layihə çərçivəsində Cəlilabadrayonundaaparılanmonitorinqzamanı diqqətidaha çoxCəlilabadPeşə Liseyininmaddi-texnikibazası, nümunə olacaqmüəllim-şagirdmünasibətlərivə s. amillərinlayihə iştirakçılarınındiqqətiniçəkdiyinivurğuladı. "Hər bir insanın müəyyən vərdiş və bacarıqları var, sadəcə həmin şəxsi düzgün istiqamətləndirmək lazımdır ki, o həyatda sevdiyi sənətlə məşğul olsun" - deyə ekspert söylədi.
Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov gənc nəslin peşəyə marağının olmamasını məlumatsızlıqla əlaqələndirdi. Dedi ki, illərdən bəri cəmiyyətdə belə fikir formalaşaıb ki, peşə təhsilinə əsasən orta məktəbdə zəif oxuyan uşaqlar üz tutur. "Əslində zəif oxuyan şagirdləri qəbul etmirəm, ötən il 300 şagirddən yalnız 120-ni qəbul etmişəm", - deyə, E.Sadıqov vurğuladı.
Dəyirmi masada iştirak edən orta məktəb müəllimləri və şagirdlər də müzakirələrdə fəal iştirak etmişlər.
Tədbirin sonunda M.Mürsəlov adına Cəlilabad Peşə Liseyinin 2017/2018-ci tədris ili üçün ixtisasları və qəbul qaydalarına dair bukletlər məktəblilərə paylanıldı.