Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 Oktyabr 2015 16:42

Azərbaycanda baxımsız uşaqlar üçün sığınacaq yaradılır

poor child 141015Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.

Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün olacaq: “Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə cəlb etmək olar”.

Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.

Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.

Oxunub 3360 dəfə