"Yurdum, yuvam, məskənimsən-Azərbaycanım!" layihəsi çərçivəsində növbəti konsert proqramı
“Addım” Gənclər Təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi yeni tədris ili ərəfəsində Lənkəran Mədəniyyət Mərkəzinin həyata keçirdiyi "Yurdum, yuvam, məskənimsən-Azərbaycanım!" adlı layihəyə qatılıb. AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun yaşayış məntəqələrində həyata keçirilən layihənin məqsədi milli-mədəniyyət nümunələrimizi təbliğ etmək və gənclərdə vətənpərvərlik hissini daha da gücləndirməkdir.
Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunun Nərimanabad qəsəbəsində və Şağlaser kəndində təşkil olunub. Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin...
Həsənzadə, “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər.
Daha sonra Lənkəran Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı sakinlərə təqdim olunub. Konsert proqramı Azərbaycanı Bolqarıstanda keçirilən “Discovery İnternational Pop Festivalı”nda təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə başa çatıb.
Tədbirdə "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində orta məktəb şagirdlərinə məktəb ləvazimatları və hədiyyələr verilib.