“Arşın mal alan” tamaşasının Belorusda uğuru
“Günay” üç diploma layiq görülüb
“Günay” Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi “Şaqi” (”Addımlar”) ІІІ Minsk Beynəlxalq uşaq teatr forumundan qələbə ilə Vətənə qayıdıb. Martın 25-28-də Belorus Respublikasında keçirilən bu nüfuzlu beynəlxalq foruma “Günay” Uşaq Teatrı Minsk şəhər İcra Hakimiyyətinin gənclərlə bağlı ideoliji iş və mədəniyyət üzrə Baş İdarəsi tərəfindən rəsmən dəvət olunmuşdur.
“Günay” Uşaq Teatrı Azərbaycanın teatr sənətini Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ilə təqdim edib. “Günay”ın tamaşası tamaşaçıları heyrətə gətirib və münsiflər heyəti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanın kollektivi üç diplomla təltif edilən kollektiv olub. Gənc aktyorlar Vətənə yaradıcılıq təəssüratları, pozitiv emosiyalar, həmçinin qonaqpərvərlik, dost münasibəti və kollektivin yüksək qiymətləndirilməsinə görə Belorusa minnətdarlıq hissi ilə qayıdıblar...
Qeyd edək ki, “Şaqi” beynəlxalq forum iki ildə bir dəfə Belorus və xarıcı ölkələrdə teatr təhsilinin inkişafı məqsədilə keçirilir. Bu il festivala Belorus, Rusiya, Litva, Latviya, Estoniya və Azərbaycandan olan kollektivlər qatılmışdır. Bütün tamaşalar Belorus, Estoniya və İtaliyadan olan yüksək ixtisaslı münsiflər tərəfin qiymətləndirilmişdir