Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub
Fevralın 24-də Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
M. Əliyeva mərasimdə çıxış edərək Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan danışıb. O, Fondun yeni layihəsinin əhəmiyyətini qeyd edib.
Sonra proqramın təqdimatı olub.
Daha sonra baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış ediblər.
M. Əliyeva sonda bildirib ki, Heydər Əliyev Fondunun indiyədək həyata keçirdiyi digər proqramlar kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurlu olacaq