Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 21 Sentyabr 2013 13:00

İnternat məktəblərdə şagirdlərin qidalanması ciddi nəzarətə götürüləcək

bufet 02Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlayıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanıb.

 

Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilib.

Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir.

Bundan əlavə, uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili, yeməkxanaların nəfis dizaynı, süfrə tərtibatı, xidmətin müvafiq qaydalar çərçivəsində aparılması, yemək çeşidlərinin müxtəlifliyi və seçim imkanının yaradılması uşaqların yüksək mədəni-estetik zövqünün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin qidalanma qaydalarından düzgün istifadə iştahın artmasına, həzm prosesinin optimallaşmasına, qidalanma mədəniyyətinin və müvafiq gigiyenik vərdişlərin yaranmasına gətirib çıxarır.

Oxunub 1941 dəfə