Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 16 Sentyabr 2013 15:24

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 158 saylı orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər

430614 01Bu gün Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra olunur. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsil mühüm rol oynayır.

 

Azərbaycanda əldə olunan bu uğurların daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Son illərdə ölkədə yüzlərlə məktəb tikilmiş və ya əsaslı təmir edilib. Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə aparılan yenidənqurma işləri də bu tədbirlərin davamıdır.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verib ki,  1961-ci ildən fəaliyyət göstərən bu təhsil müəssisəsində əsaslı təmir və yenidənqurma işlərinə may ayında başlanılıb. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış olublar. Burada ulu öndər Heydər Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotostend qurulub. Üç tədris və bir yardımçı korpusdan ibarət olan 1850 şagird yerlik bu məktəbdə 198 müəllim işləyir.
Məktəbin idman zalı da yenidən qurulub. Zalda idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mümkündür. Təhsil kompleksində ən müasir standartlar səviyyəsində qurulan və yeni avadanlıqla təchiz edilən fənn kabinetləri yaradılıb. Bütün siniflər əyani vəsaitlərlə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 40 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Təhsil ocağının sinifləri interaktiv lövhələrlə təchiz olunub.
Şagirdlərin istifadəsinə iki informatika kabineti də verilib.
Dövlətimizin başçısı ayrı-ayrı fənn kabinetləri ilə də tanış olub. Məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 350 nəfərlik geniş akt zalı da yaradılıb. 

Oxunub 1639 dəfə