Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 13 Sentyabr 2013 08:24

Dövlət Komitəsi: İki müəssisədən başqa digərlərinin tikdiyi məktəbli formaları saxta hesab olunur

Yeni mektebli formalari 030210“Məktəbli formasının tikmək üçün üçüncü müəssisə yoxdur ki, öz məhsulunun keyfiyyətinə əmin olub, bizə müraciət etsin”. Bunu APA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

 

F. Talıblı bildirib ki, məktəbli forması xüsusi geyim növü hesab edildiyindən, mövcud dövlətlərarası standartın tələblərinə əsasən, bununla bağlı texniki şərt işlənməlidir: “Məktəbli formasının eskizi təsdiq edilməli, müvafiq qurumlar tərəfindən razılaşdırılmalıdır. Daha sonra müəssisə tərəfindən texniki şərt qəbul edilib, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir. Yalnız bundan sonra həmin o texniki şərtin tələbləri əsasında məktəbli formasından nümunələr götürülüb laboratoriyada sınaqlara aparılır. Sınaqların nəticəsi müsbət olarsa, məktəbli forması kimi sertifikatlaşdırılır və sertifikatla bazara çıxır. Hazırda Azərbaycanda yalnız “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC məktəbli formasının istehsalı üçün sadaladığım qanunvericiliyin tələblərini yerinə yetirilir. Bu  məhsulların təhlükəsizliyi və keyfiyyəti sübut olunaraq məktəbli forması istehsalını həyata keçirirlər”.

F. Talıblı bu iki müəssisədən başqa bazarda satılan müxtəlif şirkətlərin məhsullarının niyə saxta hesab edilməsinin səbəbini açıqlayıb: “Bizə həmin sertifikatı əldə etmək üçün başqa müəssisələrdən müraciət olunmayıb. Komitə təkcə məktəbli formasının parçasına yox, ümumilikdə tikilməsinə nəzarət edir. Komitə tərəfindən ona görə bu iki müəssisəyə sertifikat verilib ki, üçüncü şirkət bizə müraciət etməyib. Başqa şirkətlər də müraciət etsin, eyni qayda ilə texniki şərt hazırlasın, həmin şərti qeydiyyatdan keçirtsin, sertifikatını alsın, o da fəaliyyət göstərsin”.

Qeyd edək ki, satış məntəqələrində “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-dən başqa digər şirkətlərin tikdiyi məktəbli geyimlərinin satışına da rast gəlinir.

Oxunub 1772 dəfə