Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 22 Avqust 2013 15:02

Dövlət Komitəsi: Azərbaycanda məktəbli forması istehsalı üçün iki təsərrüfat subyektinə sertifikat verilib

formaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formaları ilə bağlı məlumat açıqlayıb. Komitədən APA-ya daxil olan məlumatda bildirilir ki, komitəyə valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər gəlməkdədir. Belə ki, son günlərdə Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər.

Komitə çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikasında məktəblilər üçün geyim dəsti istehsalını “Bakı Tikiş Evi” ATSC (Bakı şəhəri ərazisində və digər yerlərdə) və “Bakı Tekstil Fabriki” MMC (Sumqayıt şəhəri, Abşeron rayonu və digər yerlərdə) həyata keçirir. Qeyd olunub ki, komitə tərəfindən təsdiq olunmuş hər iki müəssisəyə məxsus texniki şərtlərdə məhsulun keyfiyyətinə olan zəruri, insan sağlamlığı, əmlakının qorunması üçün təhlükəsizliyi təmin edən məcburi tələblər öz əksini tapıb: “Şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri valideynlərin, məktəb direktorlarının və şagirdlərin iştirakı ilə seçilib, razılaşdırılıb və təsdiq olunub.

Hər iki müəssisənin istehsal etdiyi məhsulların laboratoriya sınaqları aparılıb, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilib və Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.

Adıçəkilən müəssisələrdən başqa məktəbli formalarının istehsalı ilə bağlı Komitəyə heç bir müraciət daxil olmayıb. Ona görə də, valideyn və məktəblilərə keyfiyyəti və təhlükəsizliyi təsdiq olunmuş müəssisələrin məhsullarını almağı tövsiyə edirik”.

Oxunub 1978 dəfə