Əkizlər yeni dünya rekorduna imza atdılar
Emi və Keti bacılarının 87 gün fərqlə dünyaya gəlməsi faktı “əkizlərin anadan olmasının arasında ən uzun interval” kimi Qinnes rekordlar kitabına düşəcək. Mariya Cons-Elliot əkiz-qızlarını bağrına basaraq onları “mənim balaca möcüzələrim” deyə cağırır. Mariya vaxtından dörd ay əvvəl Emini, üç aydan sonra isə Ketini dünyaya gətirib.
34 yaşlı Mariya "Emi inkubatorda, Keti isə ana bətnində yaşamaq uğrunda mübarizə aparırdılar. Bu, bizim həyatımızda ən ağır üç ay olub. Lakin həyat yoldaşım Kris “həyat olan yerdə ümid kəsilməz” deyə, təkrar edirdi”, deyə, bildirir.
Hamiləlik dövrü rahat keçirdi, lakin 23-cü həftədə Mariyanın sancıları başlayır. Körpənin çəkisi 520 qramm idi və o, dünyaya gələn kimi anasının sancıları kəsilir. Həkimlərin səyinə baxmayaraq ikinci körpə ana bətnində qalır. “Sabahı gün həkimlər süni sancılar yaratmağa çalışdılar, lakin bu bir nəticə vermədi. Bir neçə saat davam edən səmərəsiz cəhdlərdən sonra Krislə qərara gəldik ki, təbiətə etibar etmək lazımdır”, - deyə, Mariya izah edir.
Yeni doğulmuş körpənin sağlamlığı təhlükə altında olsa da, həkimlər əllərindən gələni edir. 3 aydan sonra isə 2,5 kq çəkidə Keti dünyaya gəlir. Doğuşdan dərhal sonra tibb bacısı körpəni bacısının olduğu inkubatorun yanına qoyur və Emini görən Keti gülümsəyir. Əkizlərin atası Kris isə bu qeyri-adi hadisəni Qinnes rekordlar kitabına saldırmaq üçün dərhal qeydə aldırır.