Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 22 Aprel 2013 14:09

Millət vəkili AŞPA rəhbərliyinə müraciət etdi

78V6334Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə 5 sualının cavablandırılması xahişi ilə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq. Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənədi təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa vardır.

BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş edirəm:

 1.Avropa Şurasının üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?

 2.Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali dövlət rəhbəri olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bi müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?

 3.Ermənistan prezidenti olaraq Sərkisyanın fəaliyyət göstərdiyi dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı  aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini Cənubi Qafqazda gərginliyin artmasına yönəlmiş təxribat kimi dəyərləndirirsinizmi?

 4.Ermənistan bu ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Digər üzv dövlətin ərazilərini hərbi işğaltında saxlayan bir dövlətin Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma rəhbərlik etməsini necə dəyərləndirirsiniz?

 5.Işğalçı dövlətdə keçirilən seçkilərin demokratiklik müstəvisində qiymətləndirilməsi və ümumiyyətlə, işğalçı dövlətin Avropa Şurasında üzv dövlət kimi fəaliyyət göstərməsi demokratiya, söz azadlığı, qanunun aliliyi ilə ziddiyyət təşkil etmirmi?

Hörmətli həmkarlar, təssüf ki, Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar sizlərə ünvanladığım 18.03.2013-cü il tarixli bəyanatıma heç bir reaksiya olmadı. Lakin ümidvaram ki, ədalət zəfər çalacaq və Siz demokratiya, insan hüquqları və hüququn aliliyini dəstəkləyəcəksiniz.

 

Hörmətlə,

Elxan Süleymanov

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Oxunub 2112 dəfə