Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə cinayət əməlləri və hüquq pozuntuları törətmiş 290-dan çox uşaq cəlb edilib
2007-2012-ci illər ərzində Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə müxtəlif cinayət əməlləri və hüquq pozuntuları törətmiş 290-dan çox uşaq cəlb edilib. Mərkəzdən APA-ya verilən xəbərə görə, mərkəzə cəlb olunanlar 10-18 yaş arası az ağır və bəzi ağır cinayətlər, inzibati xətalar törətmiş, ictimai qaydalara zidd davranışa yol vermiş uşaqları əhatə edir. Həmin uşaqlar və onların ailələri ilə 4-6 ay müddətində psixoloji, sosial, pedaqoji iş həyata keçirilib və tam reabilitasiya olunublar. Mərkəzə cəlb olunan uşaqların peşə təhsilinə istiqamətləndirmə həyata keçirilib, onlardan bir çoxu peşə məktəblərində təhsilini davam etdirir.
Qeyd edək ki, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi 24 may 2012-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında fəaliyyət göstəri