“Təbəssüm”ün növbəti konserti
2011-ci ilin dekabr ayının 29 Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində “Təbəssüm” Usaq Musiqili teatrının konserti baş tutmuşdur. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan “Təbəssüm” həmişə olduğu kimi, milli və xarici vokal və rəqs nömrələrindən ibarət zəngin proqramla tamaşaçıları sevindirmişdir.
“Günay”ın Yeni il hədiyyəsi
Dekabrın 28-də “Günay” Uşaq Teatrı uşaq evlərinin şagirdləri qarşısında “Şelkunçik” Yeni il tamaşası ilə çıxış edib. Teatrın çıxışı uşaq evlərinin şagirdləri tərəfindən qurultulu alqışlarla qarşılanıb. Tamaşadan sonra Şirvanşahlar Sarayının rəhbərliyi uşaqları Yeni il hədiyyələri ilə sevindirib.
Yeni il sevincləri
Ç.F.Mustafayev adına 25 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi ənənəvi olaraq uşaqların istedadlarının üzə çıxarılmasına dair müxtəlif istiqamətli tədbirlər keçirir. Belə tədbirlər vasitəsilə uşaqların istedadları, bilik və bacarıqları nümayiş olunur, dərnək məşğələlərində əldə etdikləri nailiyyətlər üzə çıxır. Tədbirlər uşaqların asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, intellektual səviyyələrini, dünyagörüşlərini də yüksəldir. Mütəmadi olaraq belə tədbirlərin keçirilməsi dərnək üzvlərində yüksək əhval-ruhiyyə yaradır, stimullarını artırır.
"Xoş gəlmisən Təzə İI"
Dekabrın 28-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Xoş gəlmisən Təzə il” adı altında Yeni il şənliyi keçirilmişdir. Şənlikdə Mərkəzin "Nağıl və debat", "Erudit", "Günəş" rəsm studiası, rəqs qrupu, "Folklor" dərnəyi, Pontomima teatrının aktyorları, şən klounlar, şaxta baba və qar qız iştirak etdi.
Mərkəzin akt zalında yolka qurulmuş, bayraqlar, plakatlar, stendlərlə bəzədilmiş, xüsusi ayrılmış yerlərdə Mərkəzin "Günəş" rəsm studyasının üzvlərinin, qışı və yeni ili təsvir edən əl işləri sərgilənmişdi.
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Mənin rəngli dünyam” adlı rəsm sərgisi
2011-ci ilin dekabrın 15-də Abşeron rəsm qalereyasında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyasının 6 yaşlı üzvü Mələk Şəfiyevanın “Mənin rəngli dünyam” adlı fərdi sərgisi keçirilmişdir. Iki ildən çoxdur ki, dərnəkdə rəsm sənətinin sirlərini müəllimi Nərmin Abdullayevadan öyrənən Mələyin 60-a yaxın rəsm işi sərgidə nümayiş olunmuşdur. Tədbirdə uşaq və valideynlərlə yanaşı Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov və digər qonaqlar iştirak etmişdir.