Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« January 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

ifaÜmumi təhsil məktəblərinin şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir.

Avropa-resmAvropa Birliyinin Azərbaycandakı nümayəndəliyi “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi keçirir. APA-nın xəbərinə görə, müsabiqə Avropa Günü münasibətilə təşkil olunub. Müsabiqədə 5 yaşından 14 yaşına qədər uşaqlar iştirak edə bilər. Rəsmlər mayın 8-nə qədər Bakı Müasir İncəsənət Qalereyasına təqdim olunmalıdır. Qaliblər iki yaş kateqoriyası (5-9, 10-14) üzrə seçiləcək.

23.04.2012 sarayAprelin 21-də Heydər Əliyev Sarayında Ç.F.Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi  tamaşaçıları qarşısında “Bizim irsimiz” adlı hesabat konserti ilə çıxış etdi. Anşlaqla keçən konsertdə məktəbdənkənar müəssisənin mahnı və rəqs kollektivləri, xalq çalğı alətləri ansamblı və bədii qiraət dərnəyinin üzvləri səhnədə istedadlarını nümayiş etdirdilər. Bayatılar, tapmacalar, yanıltmacılar kimi xalq yaradıcılığının incilərini səsləndirən gənc istedadlar hələ uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcəklər.

Qeyd edək ki, 1970-ci ildə Nəsimi rayonu Pioner və Məktəblilər Evi kimi təsis edilmiş məktəbdənkənar müəssisə 1992-ci ildən Milli Qəhrəman, telereportyor Çingiz Mustafayev adını daşıyır.

FOTOQALEREYA

Cefer CabbarliAprelin 23-də Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müasir dramaturgiyamızın banisi Cəfər Cabbarlının 113 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Məlumatı yayan AzərTac görkəmli dramaturqun xatirəsini yad etmək məqsədilə keçiriləcək tədbirdə İncəsənət Gimnaziyasının şagirdlərinin ədibin yaradıcılığından nümunələr səsləndirəcəklərini xəbər verir. Ədəbi-bədii gecədə ədəbiyyat və teatr xadimləri, musiqişünaslar və ictimaiyyət nümayəndələri iştirak edəcək. 

20.04.2012gimnaziyaAprelin 20-də Milli Konservatoriyanın nəzdindəki Respublika İncəsənət Gimnaziyasının Təsviri və Tətbiqi Sənət Şöbəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş rəsm sərgisi və geyim nümayişi təşkil etmişdir.

İncəsənət Gimnaziyasının akt zalında keçirilən tədbirdə Azərbaycanın incəsənət xadimləri, dövlət qurumlarının təmsilçiləri, xarici qonaqlar və KİV nümayəndələri iştirak etmişdir.

 

 

 

FOTOQALEREYA

20.04.2012Aprelin 20-də Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının “Zambaq” Uşaq Bağçasında uşaqların əl işlərindən ibarət sərgi açılıb. Lent.az-ın məlumatına görə, sərgidə balacaların çəkdikləri rəsmlər, əl işləri, fantaziyaları hesabına müəllimlərinin köməyi ilə hazırladıqları müxtəlif kompozisiyalar nümayiş olunub.

Sərgini balacaların valideynləri ilə yanaşı Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəhbəri Məsut Kurnaz, Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Sərhat Aktaş da izləyiblər. Müəssisənin rəhbəri Sərdar Çelik bildirib ki, onların bu tipli tədbirləri ənənə halını alıb: “Biz balacaların istedadlarını üzə çıxarmaq üçün mütəmadi olaraq belə sərgilər, musiqi gecələri, yarışmalar təşkil edirik. Böyüklərin belə tədbirlərdə iştirakı, onlara dəstək olması balacaları həvəsləndirir”.

FOTOQALEREYA