“Günay” Uşaq Teatrı böyük turneyə çıxır
Bakı Uşaq Teatrının nəzdindəki “Günay” Uşaq Teatr-studiyası Azərbaycanı Macarıstanda keçiriləcək “Balaton-incəsənət-Gənclik” 13-cü Beynəlxalq festival-müsabiqədə təmsil edəcək. İyul ayının əvvəlində Teatrın gənc kollektivi Təşkilat Komitəsinin dəvəti ilə festivalda iştirak etmək üçün yola düşür. Teatrın böyük qrupu M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası, kiçik qrup isə Andersonun nağılları əsasında hazırlanmış “Su pərisi” tamaşası ilə çıxış edəcəkdir.
Beynəlxalq festivaldan sonra “Günay” Teatrı Avstriyanın Vena şəhərinə yola düşəcək. Orada gənc istedadları Azərbaycan səfirliyinin dəstəyilə Azərbaycan Mədəniyyət Mərkəzində, sonra Azərbaycanın Budapeştdəki səfirliyində görüş gözləyir.
ELS yeni layihənin təqdimatını keçirtdi
İyunun 7-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari ilin iyunun 1-dənhəyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirmişdir.
Tədbiri açan layihənin rəhbəri İradə Yaqubova mövcud milli uşaq mahnıları bazasından hazırda səmərəli istifadə edilməməsi, onların səsləndirilməməsi və təbliğ olunmadığı nəticəsində bu boşluğun böyüklər üçün yazılmış mahnılarla doldurulması ilə nəticələnməsi, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə, yəni yeni mahnıların və ya köhnə mahnıların müasir aranjmanda yazılmasına həvəsləri xeyli azalmasını qeyd etmişdir.
ELS yeni layihəyə start verdi
1 iyun 2013-cü il tarixindən “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir.
Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür
APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Mayın 9-da faşızm üzərində qələbədən 68 il ötür
Mayın 9-da Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasındadan 68 il ötür. 1941-ci il iyunun 22-də faşist Almaniyasının hücumu ilə başlanan Böyük Vətən müharibəsində Sovet İttifaqının bütün xalqları ilə yanaşı Azərbaycan xalqı da əsl qəhrəmanlıq və sücaət nümayiş etdirdi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 187 min nəfər döyüşçü vardı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi.
Mikayıl Cabbarov: “Təhsil Nazirliyi tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır”
APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti “2” olan şagirdlər buraxılış imtahanlarına buraxılmır. Eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı imtahandan “2” aldığı təqdirdə, onların yekun attestasiyası aparılmır: