Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

PushkinDahi rus şairi, nasir və dramaturq Aleksandr Sergeyeviç Puşkin 6 iyun 1799-cu il tarixində Moskvada anadan olmuşdur. Gənc Puşkinin dünyagörüşünün formalaşmasına böyük təsiri nənəsi Mariya Alekseyevna (Hannibal) göstərmişdir. O, hər yayını nənəsinin yaşadıgğı kənddə keçirərmiş. 1811-ci ildə Aleksandr Puşkin şairlik istedadının əmələ gəlməsinə əsaslı şəkildə təsir göstərmiş Tsarskoselsk liseyinə daxil olur və həyatının 6 ilini burada keçirir. Gənc Puşkinin ədəbi fəaliyyəti məhz həmin illərə təsadüf edir. 1816-cı ildə A.S.Puşkinin poeziyası “böyüyür” və ön plana onun lirikasının elegiya kimi sevimli janrı çıxır. 1817-ci ildə Puşkin Liseydə təhsilini başa vurur və Xarici İşlər Kollegiyasında işləməyə başlayır.

Dekabristlərlə ünsiyyət şairin yaradıcılığına təsir etməyə bilməzdi. Bir-birinin ardınca yazılan “Çaadayevə”, “Sərbəstlik”, “Kənd” kimi siyasi şeirlərə görə şair az qala Sibirə sürgün ediləcəkdir. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi cəzanı yüngülləşdirir və Aleksandr Puşkin iş yerindən Ekaterinoslav şəhərinə təyinat alır.

1823-cü ildə Puşkin “Yevgeni Onegin” romanı üzərində çalışmağa başlayır. 18 fevral 1831-ci il tarixində Moskvada Aleksandr Puşkinlə Natalya Qonçarovanın nigah mərasimi keçirilir və onlar yaşamaq üçün Tsarskoye selodakı (Çar-kənd) bağ evlərinə yollanırlar. Burada şair “Yevgeni Onegin” romanını nəhayət başa çatdırır.

1834-cü ildə Puşkin istefa haqqında ərizə verir və xahişi qəbul olunur. Şairin bundan sonrakı həyatı dərc etdirdiyi əsərlərdən əldə olunan qeyri-stabil gəlirlərdən asılıdır. Maliyyə problemləri, istedadının sonunu proqnozlaşdıran tənqidçilərin sərt hücumları şairin yaradıcılığında böhrana gətirib çıxarır.

1837-ci ilin qışında A.S.Puşkinlə Jorj Dantes arasında duellə nəticələnən münaqişə baş verir. Ölümcül yaralanan şair iki gündən sonra vəfat edir. Aleksandr Sergeyeviç Puşkin Mixaylovsk malikanəsinin yaxınlığındakı Svyatoqorsk monastırının divarları önündə dəfn edilib.