Nəzakət dərsi
SAMUİL MARŞAK
Nəzakət dərsi
(Tərcüməçi İsa İsmayılzadə)
Beş-altı yaşlı ayını
Öyrətdilər bala-bala –
Bəlkə о da "adam" ola: -
Yaxşı-yaxşı qulaq as!
Qonaqlıqda Olmaz
Nə çığırmaq, nə bağırmaq.
Tanışları görən tək
Tezcə baş əyəsən gərək;
Çıxarasan papağmı,
Yeriyəndə heç kəsin
Əzməyəsən ayağını,
Birələri qapmayasan,
Dörd ayaqla çapmayasan!..
Marçıldatma ağzını,
Əsnəməkdən gözünü çək!
Əsnəyəndə pəncəni
Ağzına tutasan gərək!
Üzüyola mehriban ol,
Yolu kəsmə, söz qanan ol,
Qocalara hörmət elə;
Hərdən ayı nənəni də
Dumanda, şaxtada, çəndə
Evə ötür gülər üzlə.
Hə... ayıya bax, beləcə
Dərs verdilər gündüz, gecə.
Dərsin xeyri olmadı,
Ayı lələ ayılıqdan qalmadı.
Qonşulara - ayılara,
Tülkülərə baş əydi,
Tanışları görən tək
Yer verərək,
Üstəlik,
Çıxardı papağını,
Tanış olmayanların
Tapdadı ayağını.
Harda aşdı –
Orda başdı,
Ot-əncəri tapdaladı,
Başına min oyun açdı.
Metrolarda harın-harın
Hara gəldi atlanırdı.
Qocaların, qarılarm
Qabırğası çatlayırdı.
Beş-altı yaşlı ayını
Öyrətdilər, bax beləcə,
Əbəs yerə gündüz-gecə -
Dərsin xeyri olmadı,
Ayı lələ ayılıqdan qalmadı.