Çərşənbə axşamı, 23 Oktyabr 2012 06:09
Göy qurşağı
SAMUİL MARŞAK
Göy qurşağı
(Tərcüməçi İsa İsmayılzadə)
Göy üzündə çaxdı şimşək,
Tez gözünü yum görək!
Asta-asta yağış yağır,
Üzə gülür göy qurşağı.
Uşaqlar, tez olun,
Çıxın, çıxın həyətə!
Uşaqlar, düzülün!
Şehli otlar içində
Ayaqyalın qaçarıq,
Qaçarıq,
Tullanarıq,
Göy üzünə uçarıq.
Uşaqlar tez olun,
Göy qurşağı üstündə
Düzülün!
Əl çalm, əl çalın!
Göy qurşağı rəngbərəng
Çiçək kimi açılıb.
Göy qurşağı
Boyunca
Gedək üzü aşağı,
Göy üzünü dolaşaq.
Göy qurşağı üstündən
Yerə mayaflaq aşaq.
Materialın kateqoriyası
Samuil Marşak