Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 04 Sentyabr 2012 06:45

AYI VƏ ÇÖLLÜ

İvan Andreyeviç Krılov

AYI VƏ ÇÖLLÜ

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Bu doğrudur bərk ayaqda qulluq lazım olur bizə,

Bu da var ki, hər yetəndən çarə olmaz dərdimizə,

Allah özü əsirgəsin, axmaqlardan olaq uzaq,

Düşməndən də betər olur bizə xidmət edən axmaq.

Deyirlər ki, bir qəribə, tənha sonsuz kişi vardı,

О şəhərdən xeyli uzaq sıx meşədə yaşardı.

Çöldə ömür sürməyi biz nə qədər də şirin yazsaq,

Tək və tənha yaşamağı bacarmayır hamı, ancaq.

Bir qaydadır insan bölür sevincini, ələmini,

İnsanlarla keçirirsən həyatının hər dəmini.

Birdən-birə sual verib deyəcəksən indi mənə,

Sözün nədir - sıx meşəyə, dağ döşünə, göy çəmənə?

Əlvan geymiş gülşənlərə, suyu sərin bulaqlara?

Şaqır-şaqır axan çaya, qayalara, dik dağlara?

Bunlar gözəl deyilmidir?.. Söz yox bunlar gözəl, fəqət,

Usanarsan təbiətdən tapılmasa bir həmsöhbət.

Bax bu çöllü tənha qaldı, yalqızlıqdan gəldi саnа,

Bir həmsöhbət tapsın deyə, о üz qoydu sıx ormana.

Meşədə bir qurd tapılar, yalnız bir də ayı olar,

Doğrudan da çöllü gəldi gördü burda bir ayı var.

Çarə yoxdu ayı ilə salamlaşdı çöllü dayı,

Əl verdilər, görüşdülər, yoldaş oldu ona ayı.

Bir az sonra dostlaşdılar, gəzişdilər bir-birilə,

Bu iki dost ayrılmadı, gecə-gündüz bir an belə.

Bir-birinə bağlandılar, oldu gözəl ülfətləri,

Lakin mənə bəlli deyil nədən idi söhbətləri.

Onlar gəzib bir-birilə zarafatmı eləyirdi?

Çəmənlikdə cövlan edib, yoxsa nağıl söyləyirdi?

Çöllü çox az danışandı, ayı isə fitrətdən lal

Belə rəfıq tapmağına çöllü oldu xeyli xoşhal.

Bir-birindən ayrılmırdı ayı ilə çöllü bir an,

Bir-birinə canlarını eləyirdi onlar qurban.

Bir gün hava bərk istiydi, üz qoydular sərin yerə,

Düzənlərə, göy dağlara, yaşıl geymiş çəmənlərə.

İnsanlardan güclü olur ayı, aydın bir işdir bu,

Ayı ilə çöllü gəldi, axır onu yollar yordu,

О ayıdan dala qaldı, Ayı dedi: - A qardaş, gəl!

Bir qədər yat, yorulmusan, keşiyini çəkim, dincəl.

Çöllü sözə baxan idi, sərələndi yerə, yatdı.

Uzun yolun yorğunluğu yuxusuna şəkər qatdı.

Ayı durub ayaq üstə burda keşik çəkdi ona,

Bu zaman bir milçək gəlib qondu onun tez burnuna.

Bu milçəyi görən kimi acıqlandı Ayı lələ,

Qovdu dostun burnundakı milçəyi tez pəncəsilə.

Milçək yenə gəldi qondu bu çöllünün ayağına,

Ayı qızdı, acıqlandı, bərk toxundu damağına.

Dedi: - Bəsdir yoldaşımı narahat eylədin, əl çək!

Çöllünün gah sifətinə, gah burnuna qondu milçək.

Ayı yaman qəzəbləndi, yerdən böyük bir daş aldı,

Var gücüylə ağır daşı milçək qonan yerə çaldı.

Daş dağıtdı gicgahını, çöllü baba oldu tələf,

Ayı isə üz döndərib getdi birbaş çölə tərəf.

Oxunub 9298 dəfə