Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Qasim bey ZakirQasım bəy Zakir (1784-1857)

Görkəmli şair Qasım bəy Əli oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində Qarabağda məşhur olan Cavanşirlər nəslində dünyaya göz açmışdır. Onun ulu babası Kazım ağa Pənah xanın doğma qardaşı olub. İlk təhsilini mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir.  Firdovsi, Nizami, Sədi, Hafiz kimi sənətkarların əsərləri ilə tanış olmuş, Qacarın Qarabağa hücumu, şuşalıların müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi, İbrahim xanın vəhşicəsinə güllələnməsi onun dünyagörüşünün formalaşmasına təsir etmişdir. Zakir çar ordusunun könüllü atlı dəstəsinə qoşulmuş, 1813, 1826-1828-ci il Rus-İran müharibələrində iştirak etmişdir. Döyüşdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

İlin yay fəslini Şuşada, qalan vaxtı Mehdiqulu xanın ona bağışladığı Xındırıstan  kəndində keçirirdi. Tarxan-Mouravov Zakiri qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandırıb həbs etdirir. Şair bir il Şuşada saxlanıldıqdan sonra məhkəməsiz Bakıya sürgün edilir.

Zakir dostları Axundzadə, M.Kolyubakin, Qutqaşınlı və Orbelianinin köməyi ilə həbsdən azad edilir, ancaq ömrünün sonuna qədər nəzarətdə və ehtiyac içində yaşayır. Dostlarının səyilə şairin aliyyəti nəzərə alınaraq «Rus dövlətinə göstərdiyi xidmətlərə görə» 1857-ci ildən başlayaraq 36 manat təqaüd təyin edilmişdir. Lakin təqaüd kağızı Şuşaya çatanda artıq qoca şair dünyasını dəyişmişdi. 1857-ci ildə Şuşada vəfat etmiş şair Mirzə Həsən qəbirstanlığında dəfn olunmuşdur.

Qasım bəy Zakirin "Dərviş və fəqir", "Dəvəsi itən kəs", "Aslan, Qurd və Çaqqal" və "Tülkü və qurd" əsərləri "Vətən dili"nə salınmışdır.