Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:42

Oqtay Zülfüqarov

OKTAY ZÜLFÜQAROV

(1929)

SAĞ-SOLU ÖYRƏNMİŞƏM

Mən daha böyümüşəm,

Sağ, solu öyrənmişəm.

Bu sol əlim, ayağım,

Bu sol gözüm, qulağım.

Mən daha böyümüşəm,

Sağ, solu öyrənmişəm.

Bircə sualım vardır:

Burnum soldur, ya sağdır?

 

ÜÇRƏNGLİ BAYRAQ

Əlimdə tutmuşam

Üçrəngli bayraq,

Göy, qırmızı, yaşıl

Üçrəngli bayraq.

Qızıl ayparalı

Üçrəngli bayraq.

Ulduzlu şüalı

Üçrəngli bayraq.

 

AKVARİUM

Akvarium dənizdir,

Şüşələri təmizdir,

Üzür gözəl balıqlarım,

Qızıl pullu balıqlarım.

Suyunu təmizlərəm,

Onlara yem verərəm,

Üzər mənim balıqlarım,

Gümüş pullu balıqlarım.

 

TƏZƏ DİL AÇIB BACIM

Təzə dil açıb bacım

Hər sözünə gülürlər,

Sözünü təkrar etsə,

Nə istəsə verirlər.

Bayrağa “baylaq” deyir,

Barmağa “balmaq” deyir,

Burnuna “bulun” deyir,

Qarnına “qalın” deyir.

Darağa “dalaq” deyir,

Qarğaya “qalqa” deyir,

Ördəyə “öldək” deyir,

Kirpiyə “kilpi” deyir.

Aylar keçər, il keçər,

Bacım bir il böyüyər.

Hansı sözdə «R» varsa,

«R» hərfini düz deyər.

 

ÜRƏKLƏRİ SEVİNDİRƏK

Can soydaşlar, xoş gəlmisiz,

Bizə səfa gətirmisiz.

Görüşümüz qoy şən olsun,

Ürəklərə sevinc dolsun.

Gəlin, dostlar, şənlik edək,

Ürəkləri sevindirək.

Bu gün şadlıq donun geyək,

Gülək, çalaq, rəqs eləyək.

Gülsün gözlər, gülsün sözlər,

Qoy yayılsın təbəssümlər!

Musiqinin sədaları

Sevindirir uşaqları,

Günü-gündən çiçək açır

Onların xoş arzuları.

 

 

 

 

 

 

 TOPU AT MƏNƏ

Nənə, ay nənə,

Oyna mənimlə,

Topu at mənə,

Tutum əlimlə.

Nənə, ay nənə,

Kömək et mənə.

Dəyir top yerə,

Qalxır lap göyə.

Nənə, ay nənə,

Topa sən dəymə.

Babam hədiyyə

Alıb tək mənə.

 

 

 

 

 

 

TƏBRİK EDƏK QADINLARI

Anaların qayğısıyla,

Nəfəsiylə boy atırıq,

Babaların torpağında

Çiçəklənib gül açırıq.

Təbrik edək qadınların

Ətir saçan baharını,

Balalara həyat verən

Anaların bayramını.

Xalaları, bibiləri

Anamız tək çox sevirik.

Hər gələndə onlar bizə

Şadlanırıq, sevinirik.

Uzun ömür, can sağlığı

Arzulayaq analara,

Ana adı müqəddəsdir

Yer üzündə insanlara.

AZƏRBAYCAN XÖRƏYİ

Dovğa, qutab, düşbərə...

Bişirir bizim nənə.

Qutabı sumaq ilə,

Düşbərə nanə ilə.

Dovğanı reyhan ilə

Sevə-sevə yeyirik,

Yeyib «bəh-bəh» deyirik.

Nənəmin xörəkləri

Ən dadlıdır dünyada,

Azərbaycan xörəyi

Ləzzətlidir dünyada.

Bozbaş, xəşil və dolma

Tez-tez bişirir anam.

Bozbaşı soğan ilə,

Xəşili doşab ilə,

Dolmanı qatıq ilə

Sevə-sevə yeyirik,

Yeyib «bəh-bəh» deyirik.

Kabab, plov və xəngəl,

Sən acısan, bizə gəl.

Kababı lavaş ilə,

Xəngəli pendir ilə

Sevə-sevə yeyərik,

Yeyib «bəh-bəh» deyərik.

 

TƏBİƏTİ QORUYAQ

Gəlin, çıxıb seyr edək

Meşələri, bağları,

Bir-bir çayları keçək,

Qalxıb enək dağları.

Tanrı yaradıb bizi,

Bizim yer kürəmizi,

Torpağa sadiq qalaq,

Təbiəti qoruyaq.

Bəsləyək ağacları,

Qayğımızla boy atsın.

Hər yaz quşlar gələndə

Özünə yuva tapsın.

Gəzə-gəzə zövq alaq

Bulaqlardan, göllərdən,

Boruların tüstüsü

Qoy, yox olsun göylərdən.

Bizim bir arzumuz var,

Sərvətimiz bol olsun!

Azərbaycan torpağı

Daha da gözəl olsun!

TAPMACALAR

Pələngə bənzəyir

Qaçıb, hoppanır,

Yemək istəyəndə

Miyoldayır.

“Pişik...”

Bizə yol göstərir

Səhər, axşamlar,

Onun üç gözünə

Baxır adamlar.

“İşıqfor...”

Rəngli şəkilləri,

Yazıları var,

Ağzı yox, dili

Nağıl danışar.

“Kitab...”

Aram-aram qaçır,

Çik-çik eyləyir,

Hər səhər zəng çalıb,

Bizi səsləyir.

“Saat...”

Yer altında böyük,

Gözəl şəhər var.

Tez-tez gəlib-gedir

Yaşıl qatarlar.

“Metro...”

Yayda da, qışda da

Düm yaşıl olar,

Dəysən yarpağına

İynə tək sancar.

“Şam ağacı“

Qat-qat geyimi var,

Düyməsiz olar.

Onu soyundursan,

Səni ağladar.

“Soğan”

Balta bel qurşağında

Oturmuşdu maşında.

Harasa tələsirdi

Dəmir papaq başında

“Yanğın söndürən”


 

UŞAQLARIN BAYRAMI

 

Gül-çiçəyə bənzəyir

Gözəl qızlar, oğlanlar,

Səhnəmizi bəzəyir

Balaca istedadlar.

Musiqi bayramına

Gəlin, uşaqlar,

Hər tərəfə yayılsın

Bizim mahnılar.

 

Uşaqların bayramı

Güllü, çiçəkli olsun,

Dövrə quraq, rəqs edək,

Hamı bizə qoşulsun.

 

 Bu şənliyə gələnlər,

 Gözəl şeir deyənlər,

 Deyək, gülək, sevinək

 Bayramı şən keçirək.

 

MƏN DÜZLÜYÜ SEVİRƏM

Xoşlamıram arada

Xəbərçilik edəni,

Olmayan yalanları

Özündən düzəldəni.

Sən deyəndə sözünü,

Çalış çəkmə özünü,

Düz danış, qaç yalandan,

Özünə hörmət qazan.

Yerdə çör-çöp görəndə

Tez əyilib yığıram,

Pinti olan hər kəslə

Bilin, heç yoxdur aram.

Təmizkaram əvvəldən,

Öyrədib məni nənəm.

Təmizliyi sevirəm,

Ona əməl edirəm.

Oğlan qızı saçlasa,

Cəld əlindən tutaram

Aralayıb onları

İncitməyə qoymaram.

Hamı həyətdə bilir,

Mən düzlüyü sevirəm.

Əyriliyi görəndə

Heç vaxt dözə bilmirəm.

SƏRİN SU

 

Nə var, suya bağlıdır,

O vacibdir dünyada,

Onda olan oksigen

Nəfəs verir havaya.

 

Su dəniz, dəryadadır,

Su çayda, bulaqdadır,

Su buzlu dağlardadır,

Su yağışda, qardadır.

 

Su həyatdır insana,

Su lazımdır heyvana,

Susuz yaşamaz quşlar,

Dənizdəki balıqlar.

 

Gözəl şəlalələrdə

Göy qurşağı görünməz,

Yetişən meyvələrdə

Su heç şirəyə dönməz.

 

Su bəzəyir göyləri,

Çəmənləri, gülləri,

Şaxta suyu vuranda

Parıldadır çölləri.

 

Susuz fəsillər olmaz,

Aylar, illər dolanmaz,

Günəşin şüasından

Su göyə buxarlanmaz.

 

İstərdim yay çağında,

Tut ağacı altında.

Rahatlanıb, dincəlib

İçim bulaq suyundan.

 

 

Oxunub 18440 dəfə