Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:41

Rafiq Yusifoğlu

RAFİQ YUSİFOĞLU

(1950)

PƏNCƏRƏDƏN

BAXAN GÜLLƏR

 

Evin havası pisdi,

Susur fağır çiçəklər.

Söykəyərək başını

Pəncərə şüşəsinə

Yola baxır çiçəklər.

Xatırlayır çölləri,

Xatırlayır düzləri.

Elə bil ki, yol çəkir

Bu güllərin gözləri.

Günəş öpür onları

Şüşənin o üzündən.

Silir göz yaşlarını

Çiçəklərin gözündən.

Yaxşı ki, insaflıdı,

Qəlbi kövrəkdi şüşə.

Çiçəkləri öpəndə

Mane olmur günəşə…

 

PƏNCƏRƏDƏN BAXAN BUDAQ

 

Budağa bax, budağa,

Hey ucalır, qalxır o.

Boylanıb pəncərədən

Evimizə baxır o.

 

Deyirəm ki, utanma,

Keç içəri, ay budaq.

Evdə tək darıxıram,

Gəl birlikdə oynayaq.

 

Yalvarıram nə qədər,

Bəs niyə baxmır sözə?

Yəqin anası ağac

Onu buraxmır bizə.

 

 

 

 

 

KİMİNDİ

 

-Ot kimindi?

 -Biçənin.

 -Süd kimindi?

 -İçənin.

 -Ad kimindi?

 -Dinənin.

 -At kimindi?

 -Minənin.

 -Köz kimindi?

 -Yananın.

 -Söz kimindi?

-Qananın

 

 

 

 

 

 

 

GƏLƏN BAHARA KİMİ

 

Dimdiyində çöp tutub,

Havada uçurdu quş.

Bir yarpaqsız ağaca

Qonub yuva qurdu quş.

Ağac yaman kövrəldi,

Qüvvət duydu dizində.

Yaş tumurcuq-tumurcuq

Gilələndi gözündə.

Sevindi, sevincindən

Ürəyi dağa döndü.

Açıldı tumurcuqlar

Yaşıl yarpağa döndü.

O yarpaqlar yuvanı

Gözdən iraq saxladı.

Aradan xeyli keçdi,

Yuva da yarpaqladı.

Yazıq ağac az qala

Sevincindən uçurdu.

Yumurta qönçələrdən

Qanad yarpaq açıldı.

Bir azdan körpə quşlar

Qanadlanıb uçdular.

Yarpaqlar da onların

Arxasınca düşdülər.

Yuva ilə ağacın

Matı-qutu qurudu.

Dərdli-dərdli hönkürdü

Kövrək payız buludu.

Ağac dinmək istədi,

Yuva dinmək istədi.

Peşman olan yarpaqlar

Geri dönmək istədi.

Ancaq bunlar əbəsdi,

Payız küləyi əsdi.

Yarpaqların budağa,

Qanadların yuvaya

Dönən yolunu kəsdi.

O ağacla o yuva

Mat qalıbdır gör necə?! -

Gələn bahara kimi

Susacaqlar beləcə…

BİZİM DAĞLAR

 

Zirvələri ağappaq,

Yamacları çiçəkli.

Dumanları tül kimi,

Buludları şimşəkli.

Bənövşəsi utancaq,

Laləsi ''əliqanlı''.

Çeşmələri nəğməli,

Çayları dəliqanlı.

Qoynu qartal yuvalı,

Meşələri fıstıqlı.

Üstü günəş yorğanlı,

Başı bulud yastıqlı…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

PARAŞÜT

 

Təyyarənin gözündən

Qopdu bir damla yaş tək.

Aşağıya endikcə

Onu şişirti külək.

Mavi göydə balaca

Adadı bu paraşüt.

Uçuşun sonundakı

Nidadı bu paraşüt…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxunub 16630 dəfə