Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:40

Tofiq Mahmud

TOFİQ MAHMUD 

(1931-1997) 

 

LAHIC USTALARI 

Çoxdandır heyran qoyub  

Obaları, elləri,  

Lahıc ustalarının  

İşləri, əməlləri.  

Buyur, dağ kəndinə gəl 

Hansı həyətə girsən,  

Burda zavoda bənzər  

Qaynar həyat görərsən,,,  

Qarsılayar ustalar  

Səni gülər baxışla.  

Tanış edər vurduğu  

Neçə-neçə naxışla.  

Görərsən ki, onların  

Qızıldandır əlləri,  

Min tərifə layiqdir  

İşləri, əməlləri.  

Çox böyükdür qüdrəti  

Lahıc ustalarının.  

Dünya gəzir şöhrəti  

Lahıc ustalarının.

 

EHEY, DURNALAR... 

 Ehey... ehey... durnalar,  

Qollarımı açıram,  

Sizinlə uçmaq üçün  

Arxanızca qaçıram. 

Ehey... ehey... durnalar,  

Bir anlıq dala baxın,  

Məni yerdən götürün,  

Cərgənizə buraxın!... 

Ehey... ehey... durnalar,  

Qanad açmaq istərəm.  

Mən də bu göy üzünə  

Qalxıb uçmaq istərəm. 

Ehey... ehey... durnalar,  

Sizi izləyəcəyəm.  

İndi qaçdığım yerdə  

Sizi gözləyəcəyəm.

 

 

 

 

PAPAQLAR 

Meşədə, ağaclarda  

Qara-qara papaqlar  

Saxlayır yuvaları – 

Papaqları budaqlar,  

Tökülüb papaqlara  

Çoxlu-çoxlu yarpaqlar.  

Onlan görsələr də,  

Əl uzatmır uşaqlar.  

Çünki quşlar papaqda  

Bala çıxaracaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

YAĞIŞ YAĞIR DƏNİZDƏ 

Damlalar nizə-nizə,  

Yağış yağır dənizə.  

Su üstü çopur-çopur,  

Her damla suya hopur.  

Üstü inci dolu sap  

Göydən asılıb qalır.  

Gətirmir bu yükə tab,  

Dəniz üstə qırılır,  

GaJh təyyarə yaradır,  

Gah fəvvarə yaradır.  

Dənizdən buxar kimi  

Uçub. qucur göyləri,  

Köçəri quşlar kimi  

Bu gün qayıdır geri.  

Qayıdır dəstə-dəstə,  

Şənlənir dəniz üstə,  

Bu quş - damla necə çox,  

Sayı-hesabı da yox.,,  

Bəlkə gəzir dən izi,  

Elə döyür dənizi.  

Köçəri quş - damlalar,  

Çalır sanki laylalar.  

Bu da xoş gəlir bizə,  

Yağış yağırdənizə...

ÜFÜQLƏR 

Üfüqlər gah bozarır,  

Üfüqlər gah qızarır.  

Gah gümüş kimi parlaq,  

Gah da mavi, sarı, ağ.  

Çəmən kimi min cürə  

Rəngə çalır üfüqlər.  

Belkə səhər çağından,  

Bəlkə axşam çağından, 

Bəlkə göy qurşağından  

Rənglər alır üfüqlər?! 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Oxunub 14602 dəfə