Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:39

Ağasəfa

AĞASƏFA
(Ağasəfa Qafur oğlu Yəhyayev)

(1942)

agasefaŞair, tərcüməçi Yəhyayev Ağasəfa Qafur oğlu 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir.

Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən).

Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. "Ən şirin söz", "Qapədan qovdu məni", "Gəlin öyrənək" uşaq şeirlərinin müəllifi olan Ağasəfa bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir. "Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) kitablarını tərtib etmişdir.

 

ƏN ŞİRİN SÖZ

- Ən şirin söz hansıdır?

Birdən soruşdu Gülgəz.

"Ən şirin söz hansıdır?"

Yalçından çıxmadı səs.

Yalçın qəlbində hələ

"Bu nə sözdür?" deyirdi.

Qımışıb gülə-gülə

Gözİərini döyürdü.

Çıxdı qabağa Əvəz:

- Qoy mən deyim, yana dur!

Dünyada ən əziz söz,

Ən şirin söz “Ana”dır.

QAPIDAN QOVDU MƏNİ

Dünən dostum Rövşənin

Küçüyünə daş atdım.

Yaman qorxdu, yüyürüb

Qaçdı məndən beş addım.

Bu gün getdim çağırım

Oynamağa Rövşəni,

Küçük çıxdı bayıra,

Qapıdan qovdu məni.

 

 

 

 

GƏLİN ÖYRƏNƏK

Hər axşamçağı

Bacım Firuzə

Rəqs eləməyi

Öyrədir bizə.

Gəlin öyrənək

Biz oynamağj,

Bayram şənliyi

Olacaq axı?!

 

 

 

 

 

 

 

 

 

 

Oxunub 13906 dəfə