Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:39

Xanımana Əlibəyli

Xanimana-AlibeyliXANIMANA ƏLİBƏYLİ

(1920-2007)

Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular.  Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur.

16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuş, 1942-ci ildə institutu uğurla başa vurmuşdur. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən çap olunmuşdur.  Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim edirdi

O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir.  "Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir. Xanımana bu poemada heyvanlar və quşlar aləminin ən tipik təmsilçilərini çəpişi, quzunu, xoruzu, tülkünü, kirpini, meymunu, qazı, durnanı, iti bir məclisdə təsvir edir. Özü də onların təqdimi üçün hər bir obrazın səciyyəvi əlamət və cizgilərini əks etdirən özəlliklər tapır və uğurlu şeir parçaları əsasında təqdim edir.

Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir. 

GÜNƏŞ OLARAM

 

Qışda şaxtada, buzda

Günəş çimir hovuzda.

Bərk istisində yayın,

Çimir suyunda çayın.

Odur ki, par-par yanır,

Hər tərəf işıqlanır.

Qoy gətirim ləyəni,

Su tök yuyundur məni.

Ay ana, böyüyəndə

Günəş olaram mən .                          

 

İNCİ

 

Bir körpə gülümsədi,

Elə bil nəsə dedi.

Anasına Sənubər

Bildirdi sevincini,

Göstərdi səhər-səhər

Ağzındakı incini.

Ana dedi: – Şad xəbər!

Qızımın çıxar dişi!

O bizimlə bərabər

Yeyəcəkdir bişmişi.                               

 

YOL

 

Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur.

Bostan yolu, dağ yolu

 

Bir yol var ki, dünyada

Onu getmirsən hədər.

Həmişə düşür yada, –

Qoca olana qədər.

Bax, uşaqla doludur, –

O, məktəbin yoludur.

 

TAPMACALAR

 

əli var, ayağı,

Kimdir gəzir bu otağı?

Mürəkkəbi töküb mizə,

Görünməyir dəcəl gözə.

Saçlarımı tutub yoldu,

Heç bilmədim necə oldu?

(Külək)

 

Rəngbərəngdirçələng deyil,

Zolaqlıdırpələng deyil.

Göylər geyər mavi donu

Öz belinə dolar onu.

(Göy qurşağı)

 

Hoppandı navalçaya,

Axdı, tuta, alçaya.

(Yağış)

 

O, ürəkdə bəslənir,

Nəğmə kimi səslənir;

Quştək qonur kağıza,

Düşür dilə, ağıza.

(Şeir)

 

Günəş kimi girdədir,

Göydə deyir, yerdədir.

Rəngi qızılı-sarı,

Baxır günəşə sarı.

(Günəbaxan)

 

Saqqalı al rəng olur,

Tükləri qəşəng olur.

Oxuyur neçə dəfə,

Səs düşür hər tərəfə.

Əlbəttə, artist deyil,

Ancaq səsi pis deyil.

(Xoruz)

 

TAPMACALAR

 

O, ağacda yaşayır,

Qozla fındıq daşıyır.

Qoy qonaq gəlsin hər qış

Ona dostu, yoldaşı.

Bilir hara yığmış

Çox yaxşıdır yaddaşı.

(Dələ)

 

O görmür səhər çağı,

Çox itidir caynağı.

Gecələr qırıb-çatır,

Gündüzlər düşüb yatır.

(Bayquş)

 

O, hansı canlıdır heç səsi yoxdur,

Quruya çıxmağa həvəsi yoxdur.

(Balıq)

 

Bostanda şar kimidir,

Ağappaq qar kimidir.

Üst-üstə geyib donu

Soyuq kəsməsin onu.

(Kələm)

 

Öz evciyini almış

Gecə-gündüz dalına;

İstəyir yağsın yağış

Kar etməyir halına.

(İlbiz)

 

Başında var budağı,

Gəzir meşəni, dağı.

(Maral)

 

O çayın üstə yatır,

islanır, batır.

(Körpü)

 

O MƏNİ TƏRİFLƏSİN

 

Gülərdən aram-aram

Xahiş elədi Səlim:

Otağı bulamaram,

Olar içəri gəlim?

Dedi bacısı Mələk:

Olar otağa gələk?

Silmişəm döşəməni,

Çöldən edin tamaşa.

Hirsləndirməyin məni,

Keçin aşağı başa.

Çölü gəzib çəkməniz,

Altında toz-moz olar.

Girsəz evə, düşər iz,

Döşəmə bomboz olar.

Anam tarladan gələr,

Təmiz evdə dincələr.

Qoy o məni hər kəsin

Yanında tərifləsin.

 

 

 

ƏKS-SƏDA

 

Mən onu səsləyərək,

Meşədə gəzirəm tək.

Əks-səda danışır,

Lap tutur məni gülmək.

Çağırdım: – Tez gəl bura,

Meşə boyanıb nura.

Çığırdı: Ura! Ura!

Mən dedim əks-sədaya:

Sonra gedərik çaya.

O dedi: – Aya! Aya!

Meşədə xeyli müddət

Etdik onunla söhbət.

Əks-səda mənimlə

Aya uçacaq, əlbət.

 

QARANQUŞUN SEVINCİ

 

Qaranquş yuva salır

Küncündə bizim damın;

Hərdən sanki ney çalır,

Xoşu gəlir adamın.

 

Qaranquş öz evinə

Lələk, palçıq daşıyır,

О sevinə-sevinə

Bu dünyada yaşayır.

 

DƏNİZIM XƏZƏR

 

Xəzər evimizlə durur üzbəüz,

Sulara baxıram mən gecə-gündüz.

Günəş yuxusundan ertədən durur,

Xəzər dənizinə çox bəzək vurur.

 

Səhərlər girəndə al-əlvan dona,

Sevinclə dayanıb, baxıram ona.

Gecələr edirəm ona tamaşa,

Biz onunla yuxulayırıq baş-başa.       

 

LALƏ

 

Mən yurdumun qızıyam

Yanağı qırmızıyam.

Çəmənləri bəzərəm,

Dildən-dilə gəzərəm.

 

Yurdumda sərin külək

Əsəndə axşam çağı,

Mən başımı əyərək,

Öpürəm bu torpağı.

 

MƏNİM BEŞ QARDAŞIM VAR

 

Çox sevirəm Ramizi,

O hər bir işdə başdır.

Sirkə apardı bizi,

Axı böyük qardaşdır.

Sovxoz bağına birbaş

Gedir Aydınla, Tağı,

Bağbandır iki qardaş,

Onlar becərir bağı.

Odun qırır hər səhər

Kiçik qardaşım Qara.

Arpa səpir Elsevər

Fermada toyuqlara.

Becərdim gül ləkini,

Mən də çox iş bilirəm.

İstəkan, nəlbəkini

Təmiz yuyub silirəm.

Beş əziz qardaşım var,

İşləyirik hamımız.

Mənim altı yaşım var,

Evdə bircə mənəm qız.

 

 

MƏNƏ

 

A Gəray, bizim camış

Bu gecə balaladı,

Heç ayağa durmamış,

Balasını yaladı.

Mənə !

Dağlara yağdı dolu,

Sel basdı, bağda yolu.

Batdı orda əkdiyim

Neçə çiyələk kolu.

Mənə !

Səhər keçirdim çayı.

Tullandı bir şahmayı.

Zənbilə qoyub dedim:

«Bu da nənəmin payı».

Mənə !

Susuzdu qoyun-quzu,

Tökdüm arxın yanına.

Gördüm bir çöl donuzu

Soxulub bostanına.

Başını tutdu Gəray,

Qaçaraq dedi: – Haray!

 

GÖZƏL PİRŞAĞI

 

Odur, bax gəlib maşın,

Uşaqlar, hazırlaşın!

Gözləyir səhər çağı

Sizi gözəl Pirşağı.

Bağçanız köçür bağa.

Dovşan! Çanaqlı bağa!

Orda da var yuvanız.

Qoy dəyişsin havanız.

Bil ki, bağa gedir,

Sarı bülbül oxudu

Maşina yığdı Nadir

Bəslədiyi noxudu.

Gördü hamıdan qabaq

Oturub xallı pişik,

Ətrafına oyuncaq

Yığılıb yeşik-yeşik...

Odur, onlar çatdılar

Bağda qum təpəsinə.

Səslərini qatdılar

Ləpələrin səsinə.

 

 

AMAN, OVÇU

 

- Aman, ovçu, vurma məni,

Mən sevirəm bu çəməni.

Yaşıl atlas budaqları,

Zümrüd rəngli bulaqları.

 

Bax o dağa, bax o daşa,

Mənə deyir: - Ölmə, yaşa!

Dəymə mənə, qalım burda,

Həsrət qoyma doğma yurda!

 

 

ŞAXTA ВABA

 

Gəl bu xoşbəxt elimizi,

Təbrik elə, bir-birimizi,

Təzə gələn ilimizi

Şaxta baba, şaxta baba

 

Saçların ağ, saqqalın ağ,

Hansı evə getsən qonaq,

Hörmət edər hər bir uşaq

Şaxta baba, şaxta baba. 

 

 

QARDAŞIMIN KÖYNƏYİ

 

Anam dedi: - Ütü çək

Namiqin köynəyinə.

Ütülənəndə köynək,

Çox yaraşır əyninə.

 

Qardaşım çox sevindi

Baxaraq köynəyinə,

Geyinib, gedir indi

O, foto dərnəyinə.

 

 

 

QONAQ GƏLİN

 

Dünən rast gəldik ilbizə,

Qonaq gəlin dedi bizə.

Gəlib gördük özü yoxdur,

Bir məktub qoyub dəhlizə:

"Sizə çox hörmətim vardır,

Bağışlaym, yerim dardır."

Ona belə cavab yazdıq:

"Yalançılıq bir azardır,

Təki geniş olsun ürək,

Çıx bayıra, səni görək!"

 

 YAĞIŞ YAĞIR

 

Hələ səhər açılmamış

Şırıltıyla yağır yağış.

Göylər buludları sağır,

Yağış yağır, yağış yağır.

O çəp yağış yağa-yağa,

Bir sərinlik düşər bağa.

Sərv ağacı, söyüd və şam

Hey yuyunar səhər-axşam.

Yorulmadan təbil çalar,

Uzun-uzun navalçalar.

 

 QIZIL ŞAR

 

Gün çıxdı qıpqırmızı,

Qızıl don geydi Xızı.

Alışdı göydə par-par,

O yupyumru qızıl şar.

Şüşəbəndə düşdü zər.

Yuxudan-durdu Azər.

Yoxladı sağ-solunu,

Tez qaldırdı qolunu

Birbaş günəşə sarı,

İstədi tutsun şarı.

 

ÜRƏYİMƏ YATMAYIR

 

– Kirpi, nə çox iynən var,

Bədəninə batmayır?

– İynəsiz oldu paltar,

Ürəyimə yatmayır.

 

 YAXŞI ADAM

 

Bir yaxşı adamdı həkim,

Həkimdən qorxmasın heç kim,

Xəstəliyi qoymur yaxın,

Siz onun sözünə baxın.

 

KƏLBƏTİN

 

Fərhad, sənə sözüm var,

Danışan kəlbətindir.

Hər yerə vurma mismar,

Çıxarmaq çox çətindir.

 

ULAQ VƏ İNƏK

 

Uzandıqca qulağı,

Dərd alırdı ulağı;

Ona söylədi inək:

– Gəl sən ağıl dərdi çək!

 

 ÖRDƏK DEDİ

 

Suda desən üzərəm,

Havada da süzərəm.

Yeri demə amandır,

Yerişim çox yamandır

 

 KARTOF DEYİR

 

Nə almayam, nə qozam,

Yerdən çıxdım, bombozam.

Bişir, qataraq ətə,

Bax, məndəki ləzzətə.

 

GÜNƏŞİM

 

Anam qəşəng geyindi.

Ağ idi onun donu.

Nənəm baxıb sevindi,

«Maral» çağırdı onu.

 

Yox, qoy anama baxıb,

Gözəl ad fikirləşim.

Yaxasına gül taxıb,

Ona deyim «Günəşim

 

 DUR! DUR!

 

Kənddəki nənəsinə

Qonaq gəldi Elsevər.

Dedi: – Kimin səsinə

Mən oyandım bu səhər?

 

Ay nənə, o səsdir

Bağçadan gəldi qur-qur?

Çox yatdın, daha bəsdir

Qurbağa dedi: – Dur! Dur!

 

 QARĞA

 

O palıddan şamacan

Yüz dəfə uçub azı.

«Qarr!» deyir axşamacan,

Heç ağrımır boğazı.

«Qarr… qarr… qarr!»

Əlbət deyir: «Yağsın qar»,

Çoxlu qar düşsün bağa.

Qarğanın da xoşu var

Qartopu oynamağa.

 

TEZ DUR, TEZ YAT

 

Tez durub, tez yatırsan,

Boya-başa çatarsan.

Dostu olsan idmanın,

Salamat olar canın.

Dərs vıaxtı tutmaz əsnək,

Vaxtında yesən yemək.

Sevsən təmiz havanı,

Unudarsan dərmanı,

Kim sevərsə zəhməti,

Olar gücü, qüvvəti.

 

 

 

 BİR ŞAFTALI

 

Əlimə fırça alıb,

Çəkmişəm bir şaftalı.

Şirinlikdən az qalıb

Yerə tökülsün balı.

Elə meyvədir ki, bil

Əgər kim onu dada

Nə az, nə çox, düz yüz il

Yaşayar bu dünyada.

Yoxsa elə bildin sən

Bağdakının tayıdır?

Bax, ona dəyməyəsən

O, atamın payıdır.

 

 YALANÇI XƏSTƏ

 

Müəllim dedi: – Sərdar,

Gəl keçən dərsi danış.

– Başımda bərk ağrı var,

Naxoş olmuşam bu qış.

Müəllim dedi: – Dayan,

«Qaçdı-tutdu» oynayan

Sən deyildin bayaqdan?

Oynamaq sənə xoşdur?

Mən qıvrağam ayaqdan,

Mənim başım naxoşdur.

 

 

 

XƏRÇƏNG VƏ BALIQ

 

Xərçəng dedi balığa:

– Nə girmişik bu lığa,

O gözəl sahil bizim…

Sudan çıxaq, əzizim!

Balıq gəlmişdi təngə,

Baxıb, dedi xərçəngə:

– Yox, məni tutma dilə,

Get, özün çıx sahilə.

 

Səsini yavaşladı,

Xərçəng yenə başladı:

– Oynayarıq o qəşəng,

Sahildə gəzə-gəzə.

Balıq dedi: – A xərçəng,

Anam vermir icazə

 

 

 MƏNİ GÜNƏŞƏ AT

 

Səhər çağı qəfildən

Bağırtı qopdu fildən:

– Qulağımda var nəsə,

Qulağımda var nəsə!

 

Bir sərçə gəldi səsə,

Baxıb: – Milçəkdir, – dedi,

Tutub milçəyi yedi.

Fil olan kimi rahat,

Dedi: – İndi mükafat,

Bəs, mən verim sənə?

Sərçə dedi ki, – heç ,

çətinlik var bunda;

Belə işləri unut!

Arzum var xortumunda,

Məni günəşə at, tut.

 

BİR OĞLAN VAR

 

Bir oğlan var Muğanda, –

Tanıyırsız Elcanı?..

Hər səhər gün doğanda,

Biçir çöldə yoncanı.

 

Tövlədə ana camış,

Ona dikib gözünü.

Yuxudan oyanmamış,

O yetirir özünü.

 

Ləklərinə su çəkdi,

Əkdi turpu, xiyarı.

Yollarda çinar əkdi,

Gözəl olsun diyarı.

 

 

 

HACILEYLƏK ƏFSANƏSİ

 

Tülkünün düşür gözü

Bulaqda bir leyləyə.

Daha ötməyir sözü,

Qalır axı neyləyə?..

Ayağına daş vurur

Su içində bulaqdan.

Bir ayaq üstə durur

Hacıleylək o çağdan.

 

 

ANA BALA

 

Qucağında Elxana

Belə söyləyir ana:

Buludlar ala-ala,

Sənə baxırlar, bala.

O çinar kimi böyü,

Gəzib, seyr elə göyü.

Baş vur dumana, çənə,

Yerdən baxarıq sənə.

Qoy şad olsun bu kəndim,

Mənim şəkərim, qəndim.

HƏSƏN ÇOX GÜLPƏRƏSTDİR

 

Həsən çox gülpərəstdir,

Hər cibində gül tumu.

Bir deyən yoxdur, bəsdir,

Toplamısan toxumu!

Elə ki, oldu bir il,

Gül toxumu açdı dil,

Dedi: – Bizi, görəsən,

Haçan əkəcək Həsən?

 

 

ÇOXBİLMİŞ ÇƏPİŞLƏR

 

Üç çəpiş bəzənib verdi qol-qola,

Sevinclə düşdülər bir səhər yola.

Onlar yol boyunca nəğmə oxudu,

Hara gəldi özlərini toxudu.

Rast gəlib canavar soruşdu: – Hara?

Çəpişlərdən biri dedi: – Bazara.

Canavar dilləndi çatanda tinə,

Ardı…

 

 

ULDUZLARIN QUCAĞINDA

 

Hörmətli rejissor Ulduz xanıma

Körpələr bərk yatanda,

Gül yastığa batanda,

Nənəni Elxan bala

Tutdu sorğu-suala:

Ay niyə yatmır nənə?

O elə baxır mənə.

Ardı…

 

 

İSA MUSA

 

Keçmişdə bir nənənin

Bir inəyi var idi.

O inək göy çəmənin

Üstündə otlar idi.

Onun ceyran gözünü

Dəyişməzdi heç nəyə.

Ürəyinin sözünü

Söyləyərdi inəyə.

Ardı...

 

PAMBIQÇI GÜNƏŞ

 

Geniş Muğan düzündə

Günəş düşdü tarlaya.

Parladı yer üzündə

Ağ pambıq taya-taya.

O, nə gəzməyə dağa,

Nə də ki, çaya düşdü.

Səhər pambıq yığmağa,

Günəş tarlaya düşdü.

Oxşadı narın-narın,

Pambığın tellərini.

O, isitdi qızların,

Yorulmaz əllərini.

 

NELLİ

 

Mənim kuklam Nellidir,

Qara, qıvrım tellidir.

Bircə dişləri ağdır,

Onun evi uzaqdır.

Mənim kuklam zəncidir,

dişləri incidir.

Qapqara üzü vardır,

Vətəni Zənzibardır.

Mənim kuklam qəşəngdir,

Gözləri qara rəngdir.

Əynində var donu,

Özüm tikmişəm onu.

 

QARIŞQA

 

Bir qarışqa dikdiri

Dırmaşırdı hər zaman.

Xortumunda da iri

Özündən ağır saman.

Bir səhər ağcaqanad

Ona dedi: – Yükü at!

Şələn zindandan ağır,

Yorulmusan, a fağır!

Qarışqa təngənəfəs

Belə dedi barıda:

Gərək işini heç kəs

Tullamasın yarıda!

 

TAR

 

Bir axşam qışda, qarda,

Qardaşım çaldı tarda.

Yığışdıq xoş avaza,

Qışımız döndü yaza.

Sarı simlər elə bil,

Bülbül kimi açdı dil.

 

QARDAŞIM ÇALDI TARDA

 

Qardaşım qışda – qarda,

Bir segah çaldı tarda.

Yığışdıq xoş avaza,

Qışımız döndü yaza.

Tarın teli elə bil,

Bülbül kimi açdı dil.

 

 MEŞƏLƏRİN SƏSİ

 

Ağacların öz səsi var,

Pəstdən və zil nəğməsi var,

Pəstən nəğmə gözəl olur,

Hərdən gecə külək dolur

Meşə adlı o mənzilə,

Nəğmələri qalxır zilə.

 

XƏZƏRƏM

 

Xəzərəm ay, Xəzərəm,

Mən Bakını bəzərəm.

Üzümlü bağlarını

Sahil boyu gəzərəm.

Körpünü bol saldılar,

Sinəmə yol saldılar,

Çinar-çinar buruqlar.

Boynuma qol saldılar.

 

KÖRPƏ ÇİNAR

 

Atam bizə keçən il

Gətirdi iki şitil.

Qardaşım əkdi narı.

Mən əkdim bu çinarı.

Körpə çinar yaz çağı

çox düymə bağladı!?

Rişə atıb torpağı

Dörd əlli qucaqladı.

 

ROL BÖLƏNDƏ

 

Müəllimə rol böləndə,

Mənə düşdü keçi rolu.

Bu gün keçi kimi mən də,

Mələmişəm bütün yolu.

Yolda dedim: – Keçi mənəm!

Evdə gəzdim dizin-dizin.

Baxıb dedi mənə nənəm:

Biri artdı keçimizin.

 

TÜLKÜ VƏ TOYUQ

 

Torba atıb çiyninə,

Tülkü yanaşdı hinə.

Toyuq dəydi gözünə,

O dedi öz-özünə:

«Ağ toyuğu mən necə

Oğurlayım bu gecə?»

Ardı...

 

DEYƏ BİLMƏDİ

 

Ayı balası getdi,

Səhər meyvə bağına.

Uzaqdan hücum etdi

O, armud budağına.

Hansı dəydi gözünə,

Onu budaqda yedi.

Ardı...

BİR GÖLÜN SAHİLİNDƏ

 

Bir səhərçağı Leylək

Şap-şup, şap-şup edərək

Düz getdi Durnagilə

Sevinib gəldi dilə:

– Ah!..

Xoş ətri gəlir çölün

Ardı...

LƏPƏLƏRİN NAĞILI

 

Batır günəş, qaralır qaş,

Abşerona düşür sərin.

Eşidilir yavaş-yavaş

Bu nağılı ləpələrin

Ş-ş, ş-ş, ş-ş, ş-ş:

– Biri varmış, biri yoxmuş,

Bir qağayı adlı ağ quş,

Ardı...

 

AXI, HARDAN BİLİM MƏN

 

Danışmayır İsrafil

Məktəbdə səhərçağı.

Acıqlıdır elə bil,

Tökülüb qaş-qabağı.

Gah görürsən gözünü

O, bir nöqtəyə dikir,

Gah qaçırır özünü,

Ardı...

NOĞUL

 

Noğul almışdı nənə,

Şipşirin, dənə-dənə;

Bağlayaraq boğçaya,

Qoymuşdu sandıqçaya.

Nəvəsinə dedi: – Sən

Açmayasan sandığı.

Xortdan çıxar içindən,

Ardı...

YUXUDA

 

İşıq düşəndə evə,

Gözünü açdı nəvə,

Soruşdu ondan nənə:

- Yuxunda nə gördün, nə?

- Qaranlıq idi, nənə,

Heç nə görmədim, heç nə! 

 

 

ÖYRƏNDİM ƏLİFBANI

 

Biz bitirmişik dünən

Məktəbdə əlifbanı.

İndi öyrədirəm mən

Öz bacım Mehribanı

Siz bizə qalın-qalın,

Yeni kitablar alın.

 

 

DAYAN, YAY!

 

– Nə tez köçünü tutdun,

Nə tez bizi unutdun?

Gözlərində gur işıq,

Biz səndən doymamışıq.

Hanı o xoş çağların?..

Yanında uşaqların

Çimərdin çayda, göldə,

Gəzərdin düzdə, çöldə.

Toplayardıq çiçək, gül,

Qal bizimlə sevin, gül!

– Uşaqlar, darıxmayın!

Bitdi fəsili yayın.

Hər vaxtın var bir sonu.

Əynində qızıl donu

Ardımca şən qız gəlir,

Bir gözəl payız gəlir.
BAL ARISI

 

Altında əlvan çiçək,

Bu dayanan arıdır.

Yetirdiyi balıtək

Bədəni sapsarıdır.

Elə bil gündə yanıb,

Üzü olub qəhvəyi.

Necə tezdən oyanıb,

Sevir çox işləməyi.

Gəl işləyək bərabər,

Ay arı, həvəsim var

Bağda zəhmət çəkməyə,

Qızıl güllər əkməyə.

Birdən daşıdığın yük

Olsa daş kimi ağır, –

Gümüş qanadını bük,

Məni köməyə çağır.

 

Oxunub 32731 dəfə