Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:38

Zahid Xəlil

ZAHİD XƏLİL

(1942)

 

 QAR

 

Qar yağıb çiçək - çiçək,

Qar yağıb lopa - lopa.

Qar geyinmiş təpələr

Bənzəyir bir ağ topa.

Atıb yaşıl kürkünü,

Ağ bürünüb ağaclar.

Baxırsan elə bil ki,

Qar gətirib ağaclar.

Hələ Muğana, Milə

Nə qədər qar düşübdür.

Deyirsən, bu düzlərə,

Ağ buludlar düşübdür.

Görün, necə parlayır

Qar dümağ ipək kimi.

Evlər qarın altından

Çıxıb göbələk kimi.

AYI BALASI

 

Bir boz ayı balası

Çıxdı yaşıl təpəyə.

Gördü bal arıları

Düzülübdür pətəyə.

Yerdən bir daş götürüb

Atdı pətəyə sarı.

Ayı qəzəbləndirdi

Çalışqan arıları.

Cumub onu sancdılar

Qulağından, belindən.

Ayı zorla qurtardı

Arıların əlindən.

 

 

 

 

 QARANQUŞ

 

Rəngi qara, döşü ağ,

Ay quyruğu haça quş.

Sən göylərdə uçanda

Balaca təyyarəyə

Oxşayırsan qaranquş.

 

 

 

 


 

 

 

 

 

 

MƏKTƏB YOLLARI

 

Dünyada əziz nə var,

Məktəb yolları kimi?!

Açılır qarşımızda

Ana qolları kimi.

Cığırlar boyunbağı,

Cığırlar sapa bənzər.

Uşaqlar muncuq kimi

Bu saplara düzülər.

Baxın bizim məktəbə,

Dayanıbdı dağ kimi.

Bu dağdan axıb gedir,

Cığırlar bulaq kimi.

Dünyada əziz nə var,

Məktəb yolları kimi.

Açılır qarşımızda

Ana qolları kimi.

GÖBƏLƏK

 

Göbələk, ağ göbələk,

Ay ağ papaq göbələk!

Dağlarda qar əriyib

Qarışanda sellərə,

Çimib yaz yağışında

Səpələn bu çöllərə.

Kol dibində bitirsən,

Elə bil ki, çətirsən.

Gizlənmə uşaqlardan,

Qoy hər an görək səni.

Səbətlərə doldurub

Evə gətirək səni.

 

 

 

 

 

DURNALAR

 

Təkcə uçardı göydə,

Gəzərdi çöldə durna.

Yekə qara nöqtəyə

Bənzərdi göldə durna.

Bir gün durnalar dedi:

- Niyə nöqtə olaq biz?!

Gəlin uca göylərə

Yolumuzu salaq biz.

Başlarını ox kimi

Tutub havalandılar.

Onlar təyyarələr tək

Göydə qatarlandılar.

O vaxtdan nöqtə deyil,

Düz xətt oldu durnalar.

Yerlə göy arasında

Sərhəd oldu durnalar.

 

HƏRFLƏR

 

Əlifba kitabını

Açdı balaca Əsəd.

“A” hərfi söylədi:

- Məni yazmaq istəsən,

Sözlərimə əməl et.

Bir nöqtədə birləşən

İki qolum var mənim.

Ortamdan bir xətt keçir,

Sağım – solum var mənim.

“O” hərfi söylədi:

Təkərə oxşayıram.

“C” dedi ki, amma mən

Kəmərə oxşayıram.

“T” dedi: - Eh teleqraf

Ağacıyam elə bil.

Məni yazmaq, oxumaq

O qədər çətin deyil!

Əsəd dedi: - Dayanın

Axı, bu səs - küy nədir?!

Öyrənərəm bu gündən

Hamınızı birbəbir.

 

QANQAL

 

Qanqal bir gün söylədi:

Tikanım var, kirpiyəm.

Dəvəyə bax, dəvəyə

Ayaqları tərəzi.

Elə bil ki. lampadı

Gözlərinin hərəsi.

Bu vaxt dəvə qanqalın

Lap yanına çatırdı.

Qanqal isə gizlicə

Dəvənin ayağına

Tikanını batırdı.

Eh, dəvəyə nə var ki,

Dəyişmədi heç halı.

Otların arasından

Tapıb yedi qanqalı.

 

 

 

 

 

 

 

ÜÇ RƏFİQƏ

 

Biz üç qızıq,

Üç ulduzuq.

Lalə mənəm.

Bu, Qərənfil,

O da Nərgiz.

Üç rəfiqə,

Üç bacıyıq.

Üçümüz də

Birinciyik.

Üçümüz də

Əlaçıyıq.

Kimi deyir

Biz çiçəyik,

Kimi deyir

Bir inciyik.

 

 

 

 

 

 

 

BALDIRĞAN

 

Körpə vaxtı uzun olur

Baldırğan.

Baldır kimi yoğun olur

Baldırğan.

Başında ağ çiçəklərdən

Çətiri var...

Baldırğanda ilk baharın

Ətiri var.

GİCİTKAN

 

Hasarların dibində

Gördüm tala-taladı.

İstədim yığım onu,

Əllərimi daladı.

Uşaqları incitmə

Ay davakar, gicitkan,

Tikanların var deyə

Niyə lovğalanırsan?

QANTƏPƏR

 

Kiçik günəbaxana

Oxşayır bu qantəpər.

İncə ləçəklərində

Xallı böcəklər gəzər.

Onun rəngi sarıdır,

Yaxın dostu arıdır.

Bu çiçəyi qurudub

Çay dəmləyər nənələr.

Deyərlər: - Neçə dərdin

Dərmanıdır qantəpər.

 

KEÇİSAQQALI

 

Dovşan keçisaqqalı

Gördü yaşıl çəməndə.

Söylədi: - Hələ saqqal

Deyirəm buna mən də -

Bu, eləcə yemlikdir,

Bir az yarpağı çildir.

Dilimə də vurmuram

Onu bir neçə ildir.

Saqqala bax, saqqala,

Daranmayıb, pırpızdır.

Dilim - dilim yarpağı

Mənim bığımdan azdır.

Əgər bu düz deyilsə

Qoyun uşaqlar desin.

Şirin, südlü saqqalı

Dəcəl çəpişlər yesin.

 

LALƏ

 

Baxmayıb çəməndəki

Dostlarının sözünə,

Lalə qara gecədən

Bir göz aldı özünə.

Sonra qızıl günəşin

Paltarını geyindi.

Bu qara gözlü qızı

Hamı sevdi, bəyəndi.

GÜNƏŞİN ZARAFATI

 

Alatoran çəkildi,

Səhər gözünü açdı.

Bənövşənin boynundan

Bir şeh muncuğu asdı.

Bir azdan doğdu Günəş,

Şeh muncuğu əritdi.

Küsdü körpə bənövşə,

Boynunu əydi tutdu.

ÇOBANYASTIĞI

 

Səhər çobanyastığı

Şehdə yudu üzünü.

Günəşə baxmaq üçün

Geniş açdı gözünü.

Birdən gözü qamaşdı,

Bəbəkləri saraldı.

Tez qapadı üzünü,

Kirpikləri ağ qaldı.

QAYMAQÇİÇƏYİ

 

Sarı qaymaqçiçəyi,

Çiçəklərin göyçəyi.

Dedi: - Ya sarı qaymaq,

Ya da məndən yağ istə.

Ondan bir dəstə yığıb

Qoydular nəhrə üstə.

Çalxadılar yağ oldu,

Qaymaqçiçəklərinin

Gördüm kefi çağ oldu.

 

QUŞƏPPƏYİ

 

Quşəppəyi səpilib

Çəmənliyə, yamaca.

Duza batırıb yesən

Dadlı olar yamanca.

Gülnur quşəppəyiylə

Doldurdu ətəyini.

Dedi: - Quş kimi mən də

Sevdim quşəppəyini.

AĞACDƏLƏN

 

Rəngi qara,

Gözləri ağ

Ağacdələn.

Qonar bir-bir

Ağaclara

Ağacdələn.

Təpəsinin

Düz ortası

Qırmızıdır.

Lələkləri

Pırpızlıdır.

Budaqları

Dələr hərdən

Ağacdələn.

SIRĞAÇİÇƏYİ

 

Yazda, sırğaçiçəyi

Qızıl düymələr kimi

Parıldadı, açıldı.

Zəlihənin, Gülnurun

Qulağından asıldı.

QOVUT

 

Buğdanı qovur,

Lap narın üyüt.

Şirin südə qat,

Qoy olsun qovut.

Oxunub 15425 dəfə