Çərşənbə, 28 Dekabr 2011 11:01
Zeynal Xəlil
ZEYNAL XƏLİL
YENİ İL
Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə - dəstə uşaqlar.
Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.
Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,
Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir - birindən gözəldir!
Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,
Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: - Uşaqlar,
Oynayın qəşəng - qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,
Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!..
Materialın kateqoriyası
Çağdaş poeziya