Məmməd Namaz
MƏMMƏD NAMAZ
(1942)
AZƏRBAYCAN Öpüm ulu torpağını, Bu əyilməz bayrağını, Başı qarlı Azərbaycan, Şah vüqarlı Azərbaycan. Mənə leldir qara daşın, Uca olsun, uca başın. Duz-çörəkli Azərbaycan, Saf ürəkli Azərbaycan. Öğlun-qızın sənə qurban, Qurban, dönə-dönə qurban. Allı-güilü Azərbaycan, Aylı-günlü Azərbaycan. Sənə nəğmə yaza-yaza, Dərdimi dedim Araza. Yetərik bir gün murada, Möhkəm dayan, Azərbaycan, Dalğalanan Azərbaycan...
|
VƏTƏN Vətən yolunda Qurbandı oğul. Oğul-Vətənə Qurban doğulur.
Gör necə qəribə Doğulmuşuq biz; Bir Vətənimiz var, Bir ürəyimiz.
Ürəkdə qüdrətə, Hikmətə bir bax: Vətən havasıyla Döyünər ancaq...
|
ƏLLƏR BƏLƏKDƏ Bu evdə bir beşik var, Beşikdə sonbeşik var. Nəfəsi gül qoxuyur, Qığıldayır, oxuyur... Anasını görəntək. Üzündə açır çiçək. Durub uçmaq istəyir, Onu qucmaq istəyir. Ancaq əllər bələkdə, Bir köməyə gələk də..
|
YARPA QÜSTƏ XƏRİTƏ Yarpağın üstü Damar-damardı. Deyirsən burda Xəritə vardı. Rəssam təbiət Durub qəsdinə: Xəritə çəkib, Yarpaq üstünə... |
BƏBƏ Bəbəyə bax, bəbəyə, Bürüyüblər bələyə. Gözlərinə baxın bir, Mirvaridir elə bil. Gözləri göz muncuğu, Gözəldir öz muncuğu...
|