Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:45

Mirmehdi Seyidzadə

MİRMEHDİ SEYİDZADƏ

(1907-1976)

 

DARĞA QARĞA

 

Quşların şaһı tәrlan,

Adlı-sanlı һökmran,

Әmr edib dedi:- Qarğa,

Edirәm sәni darğa!

Yaşıl meşәdә, bağda,

Çәmәnlikdә, yaylaqda,

İradәnlә, һökmünlә,

Nә istәyirsәn elә!

Qarğa yaman sevindi,

Düşünüb dedi:-İndi

Var mәndә böyük qüdrәt,

Әlimә keçib fürsәt,

Gәrәk nәğmәkar quşlar,

Bülbüllәr, qaranquşlar,

Gәlib yaşıl bağlarda,

Oxumasın baһarda.

Hәr tәrәfdә qarğalar

Qışqırıb desin qar, qar.

El zövq alsın sәsindәn.

Qarğa vәzifәsindәn,

Olub elә bәdgüman,

Lap çıxmışdı yadından

Onun miskin qarğalıq.

Edәn zaman darğalıq,

Oldu başqa һәvәsdә...

Qondu bir gün leş üstә.

Göydәn elә bu zaman

Şığıyıb gәldi tәrlan.

Qarğa saymadı onu,

Pis oldu işin sonu,

Tәrlan bәrk acıqlandı.

Qәzәbdәn qәlbi yandı,

Elә vurdu qarğanı,

Çıxdı lovğanın canı.                    

DARGÖZ YAPALAQ

 

Bağda dargöz yapalaq,

Әldәn-ayaqdan uzaq,

Yuva qurdu özünә.

İstәmәdi gözünә

Görünsün bir göyәrçin.

Durna, bülbül, bildirçin.

Gәldi bir bülbül, sәһәr

Oxudu şәn nәğmәlәr.

Qәlbi od tutdu yandı,

Yuvasından boylandı,

Yapalaq dedi:-Bülbül,

Sәni coşdurubdur gül,

Oxuyursan һәvәslә,

Sәһәr-sәһәr zil sәslә.

Ancaq bilmirsәn ki, mәn,

Xoşlanmıram nәğmәdәn.

Hәr nәğmәn yüz rәng olur.

Qulaqlarım dәng olur,

Bülbül dedi:-Yapalaq,

Dargözlәrin deyil bağ.

Burda һәr cürә quş var,

Torağay, qaranquş var.

Hamı sevir nәğmәni.

Gözәl sәs yalnız sәni,

Naraһat edirsә gәl,

Olma quşlara әngәl!

Get xarabә küncünә,

Nәğmәkardan incimә!

                                                           

 

 

 

 

 

BAHAR NƏĞMƏSl

 

Bir quş uçdu bizim bağa,

Səhər-səhər oxumağa.

Qondu yaşıl bir budağa,

Dedi: - Gözəl bahar gəlir!

Günəş güldü, əridi qar,

Yerdən göyə qalxdı buxar.

Coşan sellər, daşan çaylar,

Dedi: - Gözəl bahar gəlir!

Çiçəkləndi hər dağ, meşə,

Qızıl lalə qondu döşə,

Pıçıldayıb göy bənövşə

Dedi: - Gözəl bahar gəlir!

Çoban qalxdı bir yaylağa,

Sürüsünü yaydı dağa,

Baxdı sola, baxdı sağa,

Dedi: - Gözəl bahar gəlir!

Tütəklərin incə səsi,

Kəkliklərin şən nəğməsi,

Bulaqların zümzüməsi,

Dedi: - Gözəl bahar gəlir!

Uçan bulud, çaxan şimşək,

Yağan yağış, əsən külək,

Təbiəti duyan ürək,

Dedi: - Gözəl bahar gəlir!

 

 

 

 

 

LOVĞA ÇIRAQ

 

Çıraq gecә yanırdı,

Yaman loğvalanırdı.

Deyirlәr:-Yaraşığım,

Könül açan işığım,

Yayılıbdır dünyaya,

Dәyәr Günәşә, Aya...

Açıldı aydın sәһәr,

Parıldadı şәfәqlәr,

Göydә al Günәş yandı,

Yer üzü işıqlandı.

Yüz rәng aldı çiçәklәr,

Uçuşdu kәpәnәklәr.

İşıqlandı һәr otaq.

Ölgün görünüb çıraq.

Söndü bütün nәfәsi,

İtdi, getdi şölәsi.

TİKAN VӘ QIZILGÜL

 

Tikan çox tәәccüblә,

Söylәdi qızılgülә:

 Bir kolda, bir budaqda,

Yetişirik biz bağda.

Bәs sәbәb nәdir ki, sәn,

Hamıya sevimlisәn,

Mәni sevmәyir һeç kәs?

Gül dedi:-Deyil әbәs,

Bir yerdә olsaq da biz,

Ayrıdır xislәtimiz.

Sәn һәr әlә batırsan,

İncidib qanadırsan.

Mәn könül oxşayıram,

Qәlblәrdә yaşayıram.

 

DOLÇA VƏ PİYALӘ

 

Piyalә dedi:-Dolça

Olsa da mәndә uca,

Qabağımda әyilir,

Özünü kiçik bilir.

Baxsalar ona gendәn,

Deyәrlәr qorxur mәndәn..

Dolça dedi:-Piyalә!

Uyma bu xam xәyalә.

Boşlar göstәrәr qürur,

Dolular olmaz mәğrur.

Sәn boşsan, mәn doluyam,

Әyilsәm dә uluyam.

Әskilmәyir һörmәtim,

Yaxşılıqdır niyyәtim.

 

ALMA

Ağ alma, göyçək alma,

Açmısan çiçək, alma!

Bağda sənə baxmayıb,

Biz necə keçək, alma?!

Ağ alma, sarı alma,

Bağların barı alma.

Şirin, şəkər kimisən,

Bax mənə sarı, alma!

Ağ alma, qızıl alma,

Saplaqdan üzül, alma!

Bizə qonaq gələndə,

Boşqaba düzül, alma!

 

***

Keçdi dəniz, aşdı dağ,

Gəldi bizə bir qonaq,

Saçları qardan dümağ,

Söylədik alqış, baba!

Şaxtababa, qışbaba!...

***

Quzum, gəl, ay quzurn, gəl,

Ay mənim yalqızım, gəl.

Sənin zərif boynuna, :

Zınqırovlar düzüm, gəl.

Mən gəzirəm çəməndə,

Yoldaş ol mənə sən də.

Duyaq yazın ətrini

Nərgizdə, yasəməndə.

YASƏMƏN

Adım yasəmən,

Yerim bağ, çəmən.

Qəlb oxşayıram

Xoş ətrimlə mən.

Dərmə budaqdan,

Ayırma bağdan.

Bax mənə zövq al

Gendən, uzaqdan.

 

 

 

 

 

LALƏ

Qonağısan yaylağın,

Hər çəmənin, hər bağın.

Alov kimi yanırsan,

Xallı olur yanağın.

Adındır bahar qızı,

Donun olur qırmızı.

Açanda bəzəyirsən

Sevimli yurdumuzu.

DUMAN

Duman tutdu dağları,

Səfalı yaylaqları.

Görünmədi dərələr,

Çiçəkli mənzərələr.

Tutdu hər yanı külək,

Qovdu dumanı külək.

Qalmadı onun izi,

Açıldı göyün üzü.

QAR

Qara bax, qara,

Gör neçə yağır.

Çıxsan bayıra,

Məni də çağır.

 

Qalın geyinək,

Həyətə enək.

 

 

 

 

 

 

Oxunub 25938 dəfə