Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:45

Hikmət Ziya

HİKMƏT ZİYA

(Hikmət Ziya oğlu Əfəndiyev)

 

(1929-1995)

 

Şair, tərcüməçi Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Sonra valideynləri Ağdam şəhərinə köçür və Himətin uşaqlıq illəri Qarabağda keçir. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.

 

Ədəbi yaradıcılığa 1952-ci ildə «Azərbaycan pioneri» qəzetində çap edilən «Qeqola» adlı ilk şeiri ilə başlamışdır. 1952-1969-də «Azərbaycan pioneri» qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyib. 1969-1984-də «Göyərçin» jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləmişdir.

 

 İlk satirik şeirləri, eyni zamanda «Atamın hədiyyəsi» (1957), «Bahar gözəldir, ya qış?» (1959), «Milçək ürəyi» (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur.  «Sınaq», «Ekiz qardaşlar» pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına («Nənəmin nağılı», «İkilərin sərgüzəştləri», «Solğun çiçəklər») və şeirlərinə musiqi bəstələnmişdir.

 

Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir.

 

«Mozalan» satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, «Azərbaycan pioneri» və «Literaturnıy Azerbaydjan» jurnalı redaksiya heyətinin üzvü olub.

 

Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi, uşaq aləmindən yazdığı əsərlərlə tanınan Hikmət Ziya oğlu Əfəndiyev 1995-ci il avqustun 2-də Bakıda vəfat edib. Şairin ölümündən sonra onun adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilmişdir.

 

QISA TƏMSİLLƏR

DOVĞA VƏ ÇÖMÇƏ


Daşdı qazanda Dovğa,
Öyündü lovğa-lovğa:
- Görürsünüz, hamıya
Necə can yandınram?
Tax.ta Çömçə nəyimdir,
Onu dolandınram?!

FİL UDAN CÜCƏ


İlk dəfə hindən çıxıb,
Yan-yörəsinə baxıb,
Cücə böcək udanda
Civildədi biaram:
- Mən istəsəm, lap filin
Özünü də udaram!..

VURAĞÄN KEÇİ


Kim keçidən qorxub qaçsa,
Ona hücum eləyirdi,
Buynuzları ələ keçsə,
Yazıq-yazıq mələyirdi.

 

 

ZÜRAFƏ


Zürafə yarpaq yedi
Elə əyib budağı.
Unutdu bir dəfəlik
O, kitab oxumağı.
Kim söyləsə: - Kitabsız
Əmr etmək olmaz axı!
Dedi: - Ekranlaşdırın,
Televizorda baxım!

QABAN VƏ ÇƏMƏNZAR


Gül-çiçəkli çəmənzara
Baxıb yan ötdü Qaban.
Fısıldadı, xoruldadı,
Yaman dad etdi Qaban,
- Göz oxşayan heç nə yoxdur,
Canım, belə yer olar?
Ha baxırsan nə çamuru,
Nə də bataqlığı var!

SARMAŞIQ


Qucaqlayıb palıdı
Söyləyirdi Sarmaşıq:
- Baxın, əl-ələ verib,
Göylərə ucalmışıq.




GECӘQUŞU


Qaranlıqda Yarasa,
Quştәk uçan olurdu.
İşıqda büzüşәrәk,
Әsil Siçan olurdu.

NAĞARA İKİ ƏLDƏ


Nağaraçı vuranda
Hava çaldı nağara.
Naşı əl toxunanda
Səs-küy saldı nağara.

TISBAĞA QAÇIŞA QİYMƏT VERƏNDƏ


Qaçan bir Dovşana baxıb Tısbağa,
Deyindi: - Sürətin zəifdir, qağa...

 

ULAQDAN   RAZI AYI


Ulaq dedi:-һeyranam,
Ayıda olan başa...
Ayı bunu eşidib,
Söylәdi:-Ulaq, yaşa!
Meşәmizdә mәni dә,
Demәk başa düşәn var.
«Zәrin qәdrini zәrgәr
Bilәr»-demiş babalar.

MEHRİBANLAŞAN KEÇİ

Keçi yolda bir axşam
Quzu ilә öpüşdü.
Quşlar gördü, budaqda
Qәşş elәyib, gülüşdü:
    Gör nә meһriban olub,
Tanımazsan onu sәn.
Yәqin azad edilib,
Keçi,  vәzifәsindәn.

TÜLKÜ İKİÜZLÜLÜYÜ

 

Tülkü bacarsa, Qurdu

Didmәyә dә һazırdı.

Gәl ki, onun һaqqında

Tərifnamə yazırdı.

 

 

PӘLӘNG QÜSSӘSİ

Pәlәng gördü, meşәdә ağlayır qoca Çaqqal,
Dedi:-Nә olub sәnә, bir mәni dә başa sal!
    Heç! Fәrsiz çıxıb mәnim üç balamın üçü dә.
Oğurluq üstdә һindә tutulub bir gecәdә.
Pәlәng nәrildәdi:-Sәn
Niyә fәryad edirsәn?
Heyrәtlik bir işmi var?!-
Özünә oxşayıblar.
Heç dinmә ki, deyәrlәr: «Bu ki, naqqallıq edir».
Dәrd mәnimkitәk olar,
Bircә dәnә balam var,
Mәn Pәlәng ola-ola, gedib çaqqallıq edir.

 MEHRİBANLAŞAN KEÇİ

Keçi yolda bir axşam

Quzu ilә öpüşdü.
Quşlar gördü, budaqda
Qәşş elәyib, gülüşdü:
    Gör nә meһriban olub,
Tanımazsan onu sәn.
Yәqin azad edilib,
Keçi,  vәzifәsindәn.

 

 

 

 

MӘRDANӘ CAVAB

 

Çәkic Kәlbәtinә zәnk vurdu:-Alo!..

Bala, demәk sәn dә qudurdun?.. Alo!..

Eşitmirsәn, nәdir! Cavab versәnә!

-      Nәzakәtli olun, nә olub yenә?!

-      Mәn vuran Mismarı çıxartma, qağam!

-      Xeyr, әyri vursan, çıxardacağam!

 

 

 

 

 

 

 

 

 

 

 

QUQU CӘHDİ


Ququ quşu gecә-gündüz,
Sәsini çәkdi zilә,
Bәlkә o da Bülbül kimi,
Bir «cәһ-cәһ» vura bilә.
Әldәn düşdü, dildәn düşdü,
Qәsd elәdi canına,
Ancaq gedә bilmәdi o,
«Qu-qu-qu»dan o yana.

AYI VƏ KİTAB


Ayı dedi: - Kitabla, doğrusu yoxdur aram,
Amma, vərəqlərinə bal sürtsələr, yalaram!

 

 

 

«MӘN»  DEMӘK  İSTӘYӘN   QOYUN

Qoyun:-«Mәn! Mәn!»-demәk istәyib һәrdәn,
Güc-bәlayla: «Mә... Mә...»-deyirdi һәr dәm.



 

ALMA QURDU

Alma Qurdu almanı tәkcә yesәydi, nә dәrd?!
Həm dә onu içindәn çürüdürdü bu namәrd.

ŞÜŞƏ

Şüşə çilikləndi dönsün almaza,
Süpürüb yığdılar bir xəkəndaza.

 

MİŞAR HƏYATI


Mişar-
Dişiylə yaşar.

 

Oxunub 54227 dəfə