Fikrət Sadıq
FİKRƏT SADIQ
(Sadıqov Fikrət Abbas oğlu)
(1930)
Şair, publisist, ssenari müəllifi, kino redaktoru Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975). Hazırda Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən). Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).
Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur.
AYDAN
Aydan dedi: Mən Aydanam Məni Aydan Alıb anam. Mən baxanda Ay top olur. Dolu olur. Yumru olur. Baxmayanda Ay saralır, Para olur, Yarı olur . Hamı ona İnandı; Aydan,axı Aydandı. |
ALMA HARDA BİTİR?
İki qardaş,bir bacı: Faiq,Çingiz və Sona. Mübahisə etdilər Alma yeyəndən sonra. Faiq dedi ki:-Alma Ağacdan dərilibdir. Çingiz dedi:-Anamın Zənbilindən gəlibdir. Kiçikdir hələ Sona Di gəl,onu inandır. Qardaşlar nə dedisə Sona dedi:-Yalandır! Almanı mən həmişə Süfrəmizdə görmüşəm.
|
ƏLİFBA DƏRSİNDƏ Baş açmıram bu işdən Çaşıb qalmışam düzü. Anama oxşayır lap, Yazdığım “ana” sözü. Bu bir “a”,bu da bir “a” Anamın iki gözü. İki “a” arasında “N” da anamın üzü.
|
DƏCƏL KÜLƏK
-Açım qapını, ana ! Yaman tövşüyür külək, Bəlkə yorulub yazıq, Bəlkə üşüyür külək? -Açım qapını ,ana ! Bəlkə qorxaqdır külək Gör necə də ağlayır Sanki, uşaqdır külək ! Qapını tıqqıldadır Külək burda yalandan. Hamımızı aldadıb Güllə kimi o yandan Pəncərəni sındırıb Evə təpir özünü Uşağın dodağından Qapır “ana” sözünü.
|
RİYAZİYYAT DƏRSİNDƏ
-Uşaqlar,bu çevrəni Bütün vətərləriylə Kim köçürər lövhəyə Elə-beləcə düzgün? -Müəllim, Mən deyim. -De! -Güzgü!
|
GİLƏ
Qəşəng qızam-adım Gilə. Qonaq getdim dayımgilə. Yagış yağdı gilə-gilə. Ayaqqabım batdı gilə.
|
AY
Ay ana,Aya bir bax! Keşlədə idi bayaq. Avtobusa minmədi, Metroda görünmədi, Biz gəldik,o da gəldi; Amma piyada gəldi, Özü də bizdən qabaq. Ay,ana Aya bir bax! Fırlanıram fırlanır, Dayanıram dayanır, Gedirəm,gedir o da, Yaman dəcəldir o daş Yaxın düşmür oynayaq. Ay,ana ona bir bax! Küşəmizə gedir Ay, Yoxsa bizə gedir Ay?! Aya bax,irəlidə, Qalxdı pillələri də. Astanamıza çatdı, Birdən nə oldu batdı? Yoxa çıxdı Ay,ana, Axı,çıxdı Ay,ana?! Hara qaçdı bilmədim. Niyə bizə gəlmədi? |
KÖRPƏ Vüqar hələ Lap körpədir. Nə bilsin ki, Qardaş nədir. İlqar evdə Darıxır tək, Deyir:-Qardaş, Dur bir gəzək. …Vüqar durmur. İlqar hərdən Evcik qurur... Deyir:-Qardaş, Gəl sən də qur. …Vüqar qurmur. İlqar səhər Yeyir sıyıq. Deyir:-Qardaş, Ye bir qaşıq. …Vüqar yemir. Vüqar hələ Lap körpədir. Nə bilsin ki, Qardaş nədir...
|
ÇANAQLI BAĞA İLƏ QURBAĞA
Bir çanaqlı Çağa bağa Girdi bağa, Oynamağa. Bir qurbağa Onu görüb Qoydu lağa: -Buna bax,a! Buna bax,a! Əynindəki Qına bax,a! Yaman qorxdu, Çana bağa. Elə qaldı Baxa-baxa. Sonra dedi: -Sən də bağa, Mən də bağa. Təkcə “qur” un Artıqdı,ha! Çox döşünə Döymə, qağa! Quruldama Lovğa-lovğa. |