Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 02 Dekabr 2011 11:35

Rəfiqə Məmmədova

AĞACLARIN MƏHƏBBƏTİ


ünəş yenicə çıxmışdı. Şəfəqi bağı gözəlləşdirmişdi. Kərim baba bağda işləyirdi. Həmişə beləydi - yeni ağac əkəndə gecəni yata bilmirdi. İllah ki, bostan vaxtı. Ağacların ara-bərəsində tərəvəz əkirdi. Bunlar çox tər, zərif, rəngi gözəl olurdu.

Yuxudan yenicə oyanmış Azər babasının yanına getdi.

- Sabahın xeyir, baba, nə tezdən durmusan? Arıqlamısan, elə bil xəstəlikdən durmusan. Çox işləmək səni üzər. Mənim yay tətilimdi. İndi sən dincəl, mən işləyim!

- Arıq olmağıma baxma, oğul bala, canım möhkəmdi. İşləmək məni yormur, toxtaq saxlayır, yoxsa üzülərəm.

Azər yaxınlaşıb diqqətlə ağaclara baxdı. Parıldayan gövdələrinə toxunub, yarpaqlarını sığalladı. Dizini yerə qoyub külək salan dirəkləri ağaclara söykədi.

Babası onu təriflədi:

- Əcəb iş gördün. Üzüm salxımları bol günəş işığı görəcək. Qızıl qum, ilıq nəfəs... məhsul bol olacaq!

Azər iri tut ağacının yanında dayandı. Başını qaldırıb ağacın budaqlarına baxdı. Qəşəng, hamar budaqdan gözünü çəkmədi. Tullanıb ondan tutdu. Tut ağacının six kölgəsi onu xoşhallandırdı. Nəmliyi çəkilməmiş otların üstündə ayaqyalın gəzdi. Quşların səs-səsə verib nəğmə oxumasına qulaq asdı. Babası dodağının altında zümzümə edirdi:

          Bağban Əvəz

          Əkdi üvəz.

          Buğum-buğum

          Gözəl küknar,

          Şipşirin nar...

-        Baba, Əvəz kimdi?

- Əvəz uşaqlıq dostumdu. Kənddə yaşayır. Mən şəhərə gəldim. О isə öz ata-baba yurdunda qaldı. Ağacların dilini gözəl bilir.

-        Baba, ağacların da dili var?

-        Bəli, var. Onlar da insan kimi bir-birinə mehr salırlar. Bir-birini sevməyəndə yola getmirlər. Üvəz ağacı küknar ilə qonşu olanda tez boy atır. Fındıq ağacının yanında moruq bitəndə ağac tez şaxələnir, bərkiyir, torpağa kök atır. Əvəz baba çox zarafatcıl kişidi. Sözü bu olardı: "Fındıq sanki quyruq əmir, moruqla bir bitəndə". Lobya xiyarla dostdur. Bunları bilmək lazımdır. Ağacların bir-birinə məhəbbəti olmasa, yola getməzlər, ikisindən biri mütləq quruyar! Bunu gərək biləsən, oğul bala. Bilməsən, əməyin hədər gedər. Bağbanlıq bax belədi.

Nənənin səsi gəldi:

-        Ay kişi, gör gün hara qalxıb, az qala günortadır. Bu qədər də işləmək olar?! Düz bir neçə saatdır ki, qumun içində

əlləşirsən! Yemək hazırdır. Samovar cızıltısını eşitmirsən?

Yuyunub stol başına keçdilər. İlıq yumurta, südlü sıyıq yedilər.

Azər soruşdu:

Nənə, bitkilər, ağaclar kimi yeməklər də bir-biriylə yola getmir?

Əlbəttə, yola getmir. Bal yeyəndə qəndlə çay içsən, baş ağrısı verər. Toyuq çığırtmasının üstündən süd içsən, qulunc olarsan.

Yox, ağacların dili yaxşıdır, - deyə Azər təbəssümlə dilləndi.

Oxunub 5504 dəfə Last modified on Çərşənbə axşamı, 26 İyun 2012 20:13
Daha çox bu kateqoriyadan: DOLU »