Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 08:56

QAPLAN ULDUZU NECƏ SÖNDÜRDÜ

ZAHİD XƏLİL

 QAPLAN ULDUZU NECƏ SÖNDÜRDÜ

b
ir dəfə Qaplan ağzını göyə tutub hürürdü. Elə belə. Darıxdığı üçün ağzını göyə tutub zingildəyirdi.

– Uuuuuuaaaaa!

Gecənin bu vaxtında göydə nə ola bilərdi?! Heç olmazsa gecəquşu uçsaydı, Qaplan onu məmnuniyyətlə qorxudardı. Amma onlar da yox idi. Yəqin ki, hardasa başqa yerlərdə uçurdular və onları başqa küçüklər qorxudurdular. Qaplanın gecəquşularını qorxudan itlərə paxıllığı tutdu və onların acığına bir az da bərkdən hürdü:

– Uuaauuaauuuuuuu!

Birdən göyün tən ortasında gözünə parlaq bir ulduz dəydi. Bu ulduz o qədər parlaq idi ki, az qala Qaplanın gözünü qamaşdıracaqdı. Qaplan həmin o sarsaq ulduza hürməyə başladı:

– Uuuu!

Səsini kəsib bir anlıq dayandı. Kəndin başqa itləri də ona səs verdilər. Bu lap yaxşı oldu. Qaplan bu dəfə cani-dildən hürdü:

– Uuuuuuuuuuuu!

Bir anlıq dayanıb ulduza baxdı. Eləbil ulduzun işığı azca azalan kimi oldu.

– Aha, yaxşı əlimə düşmüsən. Indi mən səni kömür kimi qaraldaram. –  Bu sözləri deyib Qaplan uzun bir səslə uladı. O elə uladı ki, kəndin bütün itləri səslərini kəsib dinşədilər, görsünlər Qaplana nə olub. Amma Qaplan elə ulayırdı. Boğazını mümkün qədər göyə uzatmışdı ki, ulduzun işığını lap tez söndürə bilsin.

Bir anlıq dayanıb baxdı. Ulduzun işığı deyəsən əməlli başlı azalmışdı. Bundan sonra Qaplanı saxlamaq olmazdı. Demək olar ki, səhərəcən uladı və günəş doğmağa az qalmış hiss etdi ki, bоğаzı bərk ağrıyır. Dincini almaq üçün dayananda gördü ki, təkcə o parlaq ulduz deyil, göydəki ulduzların hamısı görünməz olub.

– Bax belə –  deyə Qaplan bir-iki ağız da hürdü ki, hamı onun igidliyini başa düşsün. Bəli bir dəfə Qaplan belə bir igidlik göstərə bilmişdi.

Oxunub 11605 dəfə