İşıqforun bilməyən torba
İradə Aytel
İşıqforun bilməyən torba
(Hekayə)
əşadın atası sürücü idi. Rəşad da atası kimi sürücü olmaq istəyirdı. Ona görə də o, babasının aldığı şəkilli kitablardan yol hərəkəti qaydalarını öyrənməyə çalışırdı. Rəşad bilirdi ki, sərnişin maşın yolunu yeraltı və ya, yerüstü keçiddən keçməlidir. Bu keçidlər olmadıqda isə işıqforun qaydalarına əməl etmək lazımdır.
Rəşad babasi ilə şəhərə çıxmağı çox sevirdi. Babası onu müxtəlif karusellərə, yelləncəklərə mindirir, şəkilli kitablar, şirniyyatlar alırdı.
Bu gün də o, babası ilə parka gedirdi. Onlar yolu keçmək üçün işqforun yanında dayandılar. Rəşad həvəslə babasına izah etməyə başladı:
- Baba, indi qırmızı işıq yanır, keçmək olmaz. Bax indi sarı yandı deməli hazır olmalıyıq ki, yaşıl işıq yananda yolu keçək. Elə bu an bayaqdan bəri səkinin üzəri ilə külək atına minib o yan-bu yana yellənən salafan torba maşın yoluna çıxdı. Bunu görən Rəşad tez babasının pencəyini dartmağa başladı:
- Baba, baba, bir bax, torba maşın yoluna çıxdı, axı o işıqforun qaydalarını bilmir, indi onu maşın vuracaq.
Artıq işıqforda yaşıl işıq yanırdı. Onlar yolu keçərkən Rəşad torbanı götürüb yaxınlıqdakı zibil qabına atdı. Babası nəvəsinin saçına sığal çəkərək dedi:
- Bax, Rəşad maşın onu vurmadı, axı sən yol hərəkəti qaydalarını bilirsən, bilməyənə kömək elədin.
Rəşadın sevinci yerə-göyə sığmırdı.