Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 Dekabr 2011 17:14

ÇƏKMƏLİ PİŞİK

ŞARL PERRO

(1628-1703)

ÇƏKMƏLİ PİŞİK

(Tərcümə edəni Şəfiqə Ağayeva)

b
iri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Bunun üç oğlu vardı. Dəyirmançı öləndə, var-yoxunu - dəyirmanın, eşşəyini, bir də pişiyini oğlanlarına qoyub getdi.

Qardaşlar atalarından qalan mirası о saat bölüşdürdülər. Böyük qardaş dəyirmanı götürdü, ortancıl qardaş - eşşəyi. Kiçik qardaşa pişik çatdı.

Kiçik qardaşın qanı yaman qaraldı. Axı ona düşən miras payı çox pis idi. О deyirdi:

-        Əgər qardaşlarım bir yerdə yaşasalar bir parça çörəyi düz yolla qazana bilərlər. Mənim işim çətindir. Mən Pişiyi yedikdən və dərisindən də əlcək tikdikdən sonra gərək acından ayağımı uzadıb öləm.

Pişik bu sözləri eşitdi, ancaq incimədi. О özünü tox tutub dedi:

-        Ağa, fıkir çəkmə. Sən mənə bir torba ver, bir də kolların arasında rahat gəzmək üçün, bir cüt uzunboğaz çəkmə. Onda görərsən ki, sənə düşən miras payı fıkirləşdiyin kimi də pis deyil.

Pişiyin ağası onun bu sözlərinə çox da inanmadı. Ancaq onun cürbəcür kələklərini yadına salıb fıkirləşdi ki: "Bəlkə Pişik doğrudan da bir şeylə mənə kömək etdi!"

Pişik ağasından çəkmələri alan kimi cəld geydi. Sonra torbaya kələm qoydu, torbanı dalına atıb çoxlu dovşan yaşayan meşəyə getdi.

O, gəlib meşəyə çatdı. Kolların dalında gizləndi, oturub gözlədi ki, cavan, axmaq dovşanlardan biri gəlib kələm üçün torbaya girsin.

Elə təzəcə gizlənmişdi ki, bəxti gətirdi: cavan, təcrübəsiz bir dovşan gəlib torbaya girdi. Pişik cəld torbaya tərəf atılıb bərk-bərk torbanm ağzını bağladı.

Ovunun belə müvəffəqiyyətlə baş tutmasından razı qalan Pişik birbaşa kralın sarayına getdi, qapıda xahiş etdi ki, onu kralın yanına buraxsınlar.

Onu kralın yanına apardılar, Pişik içəri girəndə baş əyib dedi: - Ey böyük kral! Markiz Karabas (Pişik ağasını belə adlandırdı) mənə əmr etdi ki, bu dovşanı sizə bəxşiş gətirim. Kral dedi:

Ağana de ki, mən onun göndərdiyi bəxşişdən razı qaldım, çox sağ olsun!

Pişik baş əydi və saraydan çıxıb getdi.

Yenə bir gün o, zəmiyə gedib buğda sünbüllərinin arasında gizləndi, Ovu aldatmaq üçün içində yem olan torbanın ağzını açıq qoydu.

Elə ki, torbaya iki dənə kəklik girdi, Pişik о dəqiqə kəklikləri krala apardı. Kral kəklikləri götürüb razılığını bildirdi, sonra əmr verdi ki, Pişiyi şəraba qonaq eləsinlər.

Pişik belə-belə, iki-üç ay dalbadal krala markiz Karabasın adından müxtəlif quşlar apardı.

Bir dəfə Pişik eşitdi ki, kral dünya gözəli olan qızı ilə karetdə çay sahilinə gəzməyə çıxmağa hazırlaşır. O, öz ağasına dedi:

Əgər mənə qulaq assan, bütün ömrün boyu xoşbəxt olarsan. Bu gün get çayda çimməyə, özü də mənim göstərdiyim yerdə; gerisi ilə sənin işin yoxdur!

Ağa Pişiyin sözünə qulaq asıb çayda çimməyə getdi, amma bunun ona nə xeyri olacağını bilmirdi.

O, çayda çimdiyi zaman kral çayın sahilindən keçirdi.

Pişik dayanıb onu gözləyirdi, elə ki, karetin yaxınlaşdığını gördü, var gücü ilə çığırmağa başladı:

Kömək eləyin! Kömək eləyin! Markiz Karabas batır.

Kral bu çığırtını eşidəndə karetdən başını çıxardıb baxdı. Dəfələrlə onun üçün quş gətirən Pişiyi tanıdı. Öz nökərlərinə əmr etdi ki, tez markiz Karabasa köməyə qaçsınlar.

Markizi çaydan çıxarana kimi Pişik karetə yaxınlaşıb krala danışdı ki, markiz çiməndə onun paltarlarının hamısını oğrular aparıblar, o, Pişik nə qədər çığırdısa "Oğrular!", amma köməyə gələn olmadı.

Əslində ağasının paltarlarının bu kələkbaz özü yekə bir daşın altında gizlətmişdi.

Kral öz saray adamlarına əmr etdi ki, onun ən yaxşı geyimlərindən birini bu saat gedib markiz Karabas üçün gətirsinlər.

Elə ki markiz geyindi, kral onunla mehriban-mehriban danışmağa başladı, sonra ona karetə minib onlarla gəzməyi təklif etdi.

Dəyirmançının oğlu həm qəşəng, həm də boy-buxunlu idi. Odur ki, kral geyimində о daha da gözəlləşmişdi, cavan şahzadə xanım bir könüldən min könülə ona vuruldu.

Pişik sevinirdi ki, tutdıığu işlərin hamısı onun öz istədiyi kimi olur. O, karetdən xeyli qabağa qaçdı, biçənəkdə otçalanları görüb onları səslədi.

-        Ey, otçalanlar! Əgər siz krala deməsəniz ki, bu biçənək markiz Karabasındır, hamınızı tikə-tikə doğrayacaqlar!

Karet biçənəyə çatanda kral otçalanlardan soruşdu ki, işlədikləri bu biçənək kimindir.

Pişiyin hədəsindən qorxan otçalanlar bir ağızdan cavab verdilər ki:

Cənab markiz Karabasın! Kral dedi:

Bah, markiz, sizin nə qiyamət biçənəyiniz vardır!

-        Bəli, hökmdar! - deyə markiz cavab verdi. - Hər il bu biçənəkdə qiyamət ot olur.

Pişik yenə qabağa qaçdı; biçinçiləri görüb onları səslədi:

-        Ey biçinçilər! Əgər siz krala bu tarlaların markiz Karabasın olmasını deməsəniz, hamınızı tikə-tikə doğrayacaqlar!

Karet tarlaların yanından keçəndə kral bilmək istədi ki, bıı tarlalar kimindir.

-        Cənab markiz Karabasındır! - deyə biçinçilər cavab verdilər. Kral yenə markizin malikanələrini təriflədi.

Pişik karetdən yenə qabaqda qaçır, qarşısına çıxanlara həmin sözləri demələrini əmr edirdi. Kral markiz Karabasın belə hədsiz-hesabsız dövlətinə heyran qalmışdı.

Axırda Pişik qaçıb qəşəng bir qəsrə çatdı. Bu qəsr dünyada ən dövlətli sayılan bir Adamyeyənin idi. Bu tarlaların, biçənəklərin, kralın gördüyü bu yerlərin sahibi də həmin bu Adamyeyən idi.

Pişik qabaqca öyrənib bimişdi ki, bu Adamyeyən cürbəcür heyvana çevrilə bilir. O, Adamyeyənin yanına gəldi, baş əyib dedi ki, qəsrin hörmətli sahibinin hal-əhvalını bilməmiş onun yanından keçə bilmədi.

Həmin Adamyeyən Pişiyi adamyeyənlərə xas olan nəzakət və gülərüzlə qarşıladı və ona təklif etdi ki, qəsrdə qalıb dincəlsin. Pişik dedi:

Məni inandırdılar ki, siz istədiyiniz heyvana çevrilə bilərsiniz. Məsələn, siz şir və ya fil ola bilərsiniz. Bu düzdür, ya yox?

Düzdür! - deyə Adamyeyən sərt səslə cavab verdi. - Sizi şübhədən qurtarmaq üçün bu dəqiqə şirə çevrilərəm. Bir baxın!

Pişik, qarşısında nəhəng bir şirin durduğunu gördükdə elə qorxdu ki, dayana bilməyib cəld dama dırmaşdı, ancaq bunu eləmək onun üçün çox asan deyildi, çünki çəkməli-çəkməli dama çaxmaq çətindi.

Elə ki, Adamyeyən insan şəklini aldı, Pişik ehtiyatla damdan sürüşüb düşdü, boynuna aldı ki, doğrudan da o, bərk qorxub, elə qorxub ki, heç deyə bilmir.

Adamyeyən qəhqəhə çəkib güldü.

- Məni bir də inandırırdılar ki, - deyə Pişik yenə də dilləndi, -guya siz ən balaca bir heyvana da, məsələn siçana və ya siçovula dönə bilirsiniz. Sözün doğrusu, mən buna heç inana bilmirəm!

İnana bilmirsiniz? - deyə Adamyeyən bərkdən bağırdı. - İndi görərsiniz!

О həmin dəqiqə balaca bir siçana çevrildi və döşəmə üstə o yan-bu yana qaçmağa başladı.

Pişik siçanı görən kimi cəld onun üstünə atıldı və qamarlayıb yedi.

Bu vaxt kral qəsrin yanından ötürdü. O, Adamyeyənin bu gözəl qəsrini gördü, ayaq saxlayıb ona baxmaq istədi.

Pişik karetin çarxlarının səsini eşitdi, bildi ki, karet körpüyə çatıb, tez onun qarşısına çıxdı.

Əlahəzrət, markiz Karabasın qəsrinə xoş gəlib! - deyə səsləndi.

Kral ucadan dedi:

       Necə, bura cənab markizindir? Demək bu da sizin qəsrinizdir? Mən hələ belə qəşəng qəsr görməmişəm! Əgər icazə versəniz içəri girərik.

Markiz gənc şahzadə xanımın karetdən düşməsinə kömək etdi, onunla birlikdə kralın arxasınca qəsrə getdi.

Onlar böyük bir otağa girdilər. Burada Adamyeyənin dostları üçün müxtəlif yeməklər hazırlanmışdı. Dostları nahara Adamyeyənin yanına gəlmişdilər. Elə ki, eşitdilər kral qəsrdədir, içəri girməyə çəkindilər.

Kral bir dəqiqə də gözünü markiz Karabasdan çəkmir, həm onun qəşəngliyinə, həm də hesabagəlməz dövlətinə valeh olmuşdu.

Kral beş və ya altı qədəh şərab içdikdən sonra dedi:

- Cənab markiz, mənə qulaq asın, əgər mənim qızıma evlənmək ürəyinizdən keçirsə, bircə kəlmə sözünüz kifayətdir.

Markiz ehtiramla baş əydi. Belə bir hörmətə qarşı təşəkkürünü bildirdi və bu işə həvəslə razı oldu. Həmin gün şahzadə xanıma evləndi.

Bundan sonra Pişik xüsusi hörmət sahibi oldu. О daha siçanları ovlamırdı, ancaq hərdənbir, elə-belə vaxtını keçirmək üçün onlarla oynayırdı.

Oxunub 19436 dəfə