KRALIN TƏZƏ LİBASI
Hans Xristian Andersen
KRALIN TƏZƏ LİBASI
(tərcümə edəni Səkinə Hüseynova)
ox illər bundan qabaq dünyada bir kral yaşayırdı; о geyinib-bəzənməyi elə xoşlardı ki, bütün sərvətini geyiminə xərclərdi və böyük qonaqlıqlar, tamaşalar, şəhərkənarı gəzintilər ancaq təzə libasını camaata göstərınək üçün ona xoş gələrdi. Günün hər saatı üçün onun xüsusi geyimi vardı, başqa krallar barədə tez-tez “Kral şuradadır” deyiləndə, bunun barəsində deyirdilər: “Kral geyim otağındadır”
Bu kralın paytaxtında günlər şən keçirdi, az qala hər gün başqa ölkələrdən qonaqlar gəlirdi; günlərin birində bura iki yalançı gəldi. Onlar özlərini toxucu kimi qələmə verdilər, dedilər ki, misilsiz, heç kəsin ömründə görınədiyi parça toxuya bilirlər, parçanın qeyri-adi gözəlliyindən, bəzək və rəngindən başqa, qəribə bir xüsusiyyəti də var: bacarınadığı işdə işləyən, başıboş, küt adamların gözünə görünmür.
Kral fikirləşdi: “Вах, bu, qiyamət libas olacaq! Onda biləcəyəm mənim əyanlarımdan kim öz yerındə deyil, kim ağıllıdır, kim axmaqdır. Qoy bu parçanı mənimçün tez toxusunlar”.
O, yalançılara böyük məbləğdə beh verdi ki, yubanmadan işə başlasınlar.
Yalançılar iki toxucu dəzgahı qoydular, özlərıni elə göstərdilər ki, guya səylə işləyirlər, amma dəzgahda heç bir şey yoxdu. Utanıb-qızarmadan, işləri üçün çox zərif ipək və saf qızıl tələb edirdilər, hamısını da ciblərınə ötürür, səhərdən axşama kimi boş dəzgahların arxasında otururdular.
“İstərdim baxım görüm iş necə gedir!” - deyə kral fikirləşirdi.
Amma burdaca parçanın qəribə xüsusiyyəti yadına düşür, əhvalı dəyişirdi. Əlbəttə, о özü üçün nahaq qorxurdu, lakin... hər halda əvvəlcə başqa kim isə gedib baxsa yaxşıdır! Bu ara əcaib parçanın sorağı bütün şəhərə yayılmışdı, hər kəs də bir başqasının axmaq olduğunu, ya da bacarmadığı işdə işlədiyini tezliklə yəqin еləcək həsrətilə çırpınırdı.
Kral fikirləşdi: “Qoy onların yanına öz qoca, namuslu vəzirimi göndərim. O, parçanı görə bilər: ağıllıdır, öz yerınə də layiq adamdır”.
Budur, qoca vəzir iri otağa girdi, yalançılar boş dəzgahların arxasında oturmuşdular.
“Allah, sən saxla! - vəzir gözlərıni bərəltdi - Mən, axı, heç nə görmürəm!”
Amma bunu ucadan demədi.
Yalançılar ona hörmətlə təklif elədilər ki, yaxın gəlsin və desin görək parçanın naxışı, rəngi xoşuna gəlirıni. Bunu deyə-deyə boş dəzgahları ona göstərirdilər, yazıq vəzir gözlərini nə qədər bərəltsə də, heç nə görə bilmirdi. Axı, görınəli bir şey də yoxdu.
“Ау allah! - deyə fikirləşirdi. - Yəni mən axmağam? Belə şey ağlıma da gəlməzdi! Allah eləməmiş, bir adam bilər!.. Ya bəlkə tutduğum vəzifəmə yaramıram?.. Yox, yox, parçanı görmədiyimi gərək boynuma almayam!”
Toxuculardan biri soruşdu:
- Neyçin bəs bizə heç nə demirsiz?
- Ah, çox gözəldir! - qoca vəzir çeşmnəyinin üstündən baxıb, cavab verdi. - Naxışa bax, rənglərə bax! Bəli, bəli, mən kralа çatdıraram ki, sizin işiniz çox xoşuma gəldi!
- Çanla-başla hazırıq! - yalançılar parçanın qeyri-adi naxışı, rənglərın uyuşması barədə moizə oxumağa başladılar. Vəzir çox diqqətlə qulaq asırdı ki, sonra hamısını kralа yetirsin. Elə də elədi.
İndi yalançılar daha artıq pul, ipək, qızıl istədilər; onlar ancaq ciblərıni doldururdular, işdə bircə sap görünmürdü. Əvvəlki kimi, indi də boş dəzgah qabağında oturub, özlərıni elə göstərirdilər ki, guya toxuyurlar.
Sonra kral toxucuların yanına başqa bir ləyaqətli əyanını göndərdi. O, işin gedişinə baxmalı və nə vaxt qurtaracaqlarını bilməli idi. Birıncinin başına gələn əhvalat onun da başına gəldi. Çox baxdı, çox diqqət yetirdi, boş dəzgahlardan savayı heç nə görə bilmədi.
- Hə, necə, xoşunuza gəlır? - yalançılar parçanın əsər-əlaməti olmayan naxışını guya göstərə-göstərə ondan soruşdular.
Əyan fikirləşirdi: “Mən axmaq deyiləm. Demək, mən öz yerimdə deyiləm? Əcəb işdir! Ancaq gərək özümü heç о yerə qoymayam!”
O, görmədiyi parçanı tərifləməyə, naxışına, rənglərın uyarlığına heyranlığını bildirməyə başladı.
- Çox gözəldir, çox gözəldir! - dedi.
Çox keçmədi ki, bu heyrətamiz parçanın sədası bütün şəhərə yayıldı.
Nəhayət, kral özü, dəzgahdan çıxarılmamış, bu qəribə parçanı görmək arzusunu bildirdi.
Əyanların, hörmətli saray adamlarının müşayiətilə, - onların arasında parçanı əvvəlcə görmüş о iki nəfər də vardı, - kral, boş dəzgah arxasında oturub canla-başla parça toxuyan kələkbaz yalançıların yanına gəldi.
- Qiyamətdir! Elə deyil? - əvvəlcə burda olmuş əyanlar səs-səsə verdilər. - Lütfən buyurub baxın! Naxışlar, rənglər... necə də gözəldir!
Onlar barmaqlarını boş havaya uzadır, elə fikirləşirdilər ki, başqaları da parçanı görürlər.
Kral düşündü: “Bu nə olan şeydir! Mən heç nə görmürəm! Heç yaxşı iş deyil! Yəni mən axmağam? Ya Krallığa yaramıram? Bu çox pis olardı!”
Kral nəhayət:
- Bəli, çox gözəldir, çox! - dedi. - Bəyənirəm.
O, boş dəzgahlara baxa-baxa razı halda başını tərpədirdi, boynuna almaq istəmirdi ki, heç nə görmür. Kralın məiyyəti gözlərıni bərəldib baxır, amma kralın gördüyündən artıq bir şey görmürdü, ancaq birağızdan təkrar eləyirdilər “Çox gözəldir, çox!” və kralа məsləhət verirdilər ki, gələcək təntənəli mərasim üçün özünə libas tikdirsin.
- Qiyamətdir! Gözəldir! Qəşəngdir! - Hər tərəf dən elə bu sözlər eşidilirdi; hamı parçaya heyran qalmışdı! Kral kələkbazları cəngavər xaçı ilə təltif elədi, onlara saray toxucuları rütbəsini verdi.
Təntənəli mərasim gününə кесәn gecə yalançılar səhərəcən işlədilər, on altı dənə şam yandırdılar, hamıya bəlli idi ki, onlar kralın libasını vaxtında tikib qurtarmaq istəyirlər. Gələnbazlar özlərini elə göstərirdilər ki, guya parçanı dəzgahdan çıxarırlar, iri qayçılarla biçir və sapsız iynə ilə tikirlər.
Nəhayət, onlar dedilər:
- Hazırdır!
Kral öz məiyyətilə libasını geymək üçün yalançıların yanına gəldi. Yalançılar əllərini yuxarı qaldırır, elə bil nəsə tuturdular.
- Bu dar dizlik, bu Kamzol, bu da don, - deyirdilər. - Gözəl libasdır! Hörümçək toru kimi zərifdir, elə bil əynində heç nə yoxdur! Gözəlliyi də bundadır!
Saray adamları:
- Bəli, bəli! - deyirdilər və heç nə görmürdülər, axı, görməli bir şey də yoxdu. Yalançılar kralа dedilər:
- İndi isə, kral həzrətləri, lütfən soyunub burda, iri güzgünün qabağında dayanın! Biz sizi geyindirək!
Kral soyunub çılpaq oldu, yalançılar da onu geyindirib-bəzəndirməyə başladılar: özlərıni elə göstərdilər ki, guya libası bir-bir krala geydirirlər, axırda da çiyinlərinə, belinə nəsə bənd eləyirlər, bu, guya kral əbası idi! Kral da güzgü qabağında dörd tərəfə fırlanırdı.
Məiyyət içində pıçıltı eşidilirdi:
- İlahi, necə də yaraşır! Əynində nə gözəl görünür! Naxışa bax, rənglərə bax!
Baş təşrifatçı ərz elədi:
- Taxt-rəvan gözləyir!
Kral:
- Mən hazıram! - dedi. - Libas əynimdə yaxşı qalırmı?
O, güzgü qabağında bir də döndü: təzə geyimini diqqətlə gözdən keçirdiyini oradakılar görməli idilər.
Kral əbasının uzun ətəyini aparacaq kamergerlər elə hərəkət elədilər ki, guya döşəmədən nəsə götürüb qaldırdılar və əllərini irəli uzadıb, kralın ardınca yeridilər; heç nə görmədiklərıni bildirməyə cəsarət də eləmirdilər.
Budur, kral bərli-bəzəkli taxt-rəvanda küçələrlə təntənə ilə yeriyir, camaat da deyirdi:
- Ah, kralın bu təzə libası necə gözəldir! Nə gözəl yaraşır! Nə qiyamət əbadır!
Bircə nəfər tapılmadı desin ki, heç nə görmür, heç kim boynuna almaq istəmirdi ki, axmaqdır, ya da tutduğu iş yerınə layiq deyil. Kralın hər bir libası belə sevinclə qarşılanmışdı.
Birdən balaca bir oğlan çığırdı:
- О ki, çılpaqdır!
Uşağın atası da:
- Görün bu günahsız körрә nə danışır! - dedi və hamı da uşağın sözünü pıçıltı ilə bir-birinə ötürməyə başladı.
Nəhayət, bütün adamlar birdən çığırdılar:
- О ki, tamam çılpaqdır! Bax, bu oğlan deyir ki, onun əynində libas yoxdur!
Kralı vahimə götürdü: ona elə gəldi ki, camaat haqlıdır, amma mərasimi axıra çatdırmaq lazımdı axı!
Kral taxt-rəvan içində özünə daha möhtəşəm görkəm verir, kamergerlər də olmayan əbanın ətəyindən tuta-tuta onun dalınca addımlayırdılar.