Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 09:15

QAPLAN VƏ KƏPƏNƏKLƏR

ZAHİD XƏLİL

QAPLAN VƏ KƏPƏNƏKLƏR

b
ir dəfə Qaplan gördü ki, həyətlərində bitən sarı çiçəklər bir anda qanadlanıb uçdular. Əlbəttə uçan sarı kəpənəklər idi, amma Qaplan işin nə yerdə olduğunu başa düşənə kimi onlar həyətin ortasına qədər uçdular.

– Hav, hav, hara belə, sarsaqlar?! Harda görünübdü ki, çiçək uçsun?!

Kəpənəklər Qaplanı heç veclərinə də almadılar. Bir-birini qova-qova dağlara tərəf üz tutdular. Yox, yox, buna dözmək olmazdı. Bu ağılsız çiçəkləri harda olsa tutub öz yerlərinə qaytarmaq lazımdı.

– Kimin ağlına nə gəlir, onu da edir – deyə Qaplan kəpənəklərin dalınca yorta-yorta qaçır və fikirləşirdi.

Kəpənəklər isə bal arılarının yanınа uçurdular. Arılar dağın gözəl bir yarğanında bal hazırlayıb öz qonaqlarını gözləyirdi. Kəpənəklər sarı yaylıq kimi süzür, bəzən də uçan sarı çiçəkləri xatırladırdılar. Qaplan isə boğazı yırtılana qədər hürürdü və onları bir an da gözdən qoymurdu. Kəpənəklər dərin dərələrin üstündən asanca keçdikləri halda Qaplan dərənin dibinə kimi gedib yenidən dağa dırmaşmalı olurdu. Buna görə də kəpənəklər ondan xeyli uzaqlara uça bilmişdilər. Qaplan uzaqdan baxıb gördü ki, kəpənəklər nəhəng qoz ağacının yaxınlığındakı çəmənliyə qondular.

– İndi sizin ağlınızı başınıza gətirərəm – deyə fikirləşdi və çəmənliyə doğru götürüldü.

Çəmənlikdə isə arılar öz dostlarını çox mehriban qarşıladılar. Soruşdular ki, nə olub, niyə belə həyəcanlıdırlar.

– Odur bax, deyə Sarıköynək dilləndi. – Bax bu avara bizi səhərdən qovur.

Sarıköynək bu kəpənəyin adı idi. Onun dostunun isə adı Ballıbəy idi. Sarıköynək sözünü təzəcə qurtarmışdı ki, Sarıləçək gözünün yaşını tökdü:

– Siz bir buna baxın, kənddən bura kimi bizi qovub. – Sarıləçəyin sözü Dadlı bəyi riqqətə gətirdi. Axı Dadlıbəy də Sarıləçəyin dostu idi.

– Eybi yoxdur – deyə Dadlı bəy xəncərini qurşadı, nizəsini götürdü və döyüşə hazır dayandı. Qaplan isə hələ də çiçəklərin arasında öz həyətlərindən uçan çiçəkləri axtarırdı. Birdən arılar onun üstünə atıldılar. Ballıbəy onun qırmızı burnundan vaxtında bir dişdəm ala bildi. Dadlıbəy də xəncərini Qaplanın dodağına sancdı. Bundan sonra nələr baş verdiyini Qaplan özü də başa düşmədi. Ayağı gəldikcə bu çəmənlikdən qaçır, başının üstündə isə bal arıları vızıldaşırdı. Onlar Qaplanı düz evlərinə qədər qovdular.

Qaplan kölgədə başını qoltuğunun altına soxub xeyli zingildədi. Ağlı başına gələndən sonra baxıb gördü ki, sarı çiçəklər elə öz yerlərindədir. Amma daha onlar tərəfə baxmaq belə istəmədi.

Oxunub 14662 dəfə