Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 08:57

BALACA TƏNQİDÇİ

Rəfiqə Məmmədova

BALACA TƏNQİDÇİ

(Hekayə)

A
yan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü. Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi.

O başını oyan- bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi.

Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı nazikdi. Ayan da öz ayağına baxdı. Quş balasıyla özünü müqayisə etdi. Onun da dırnağı incə idi.

Ayan üzünün cizgiləri gözəl, incə bir az da, enli olan qızdı. Saçları xurmayı və qıvrımdı, qonur gözlərində daima şən bir təbəssüm sezilirdi. Əynində sarı güllü çit don vardı. Bu don onu daha zərif göstərirdi.

Nənəsi radioya qulaq asırdı. Ayan da diqqətlə qulaq asdı.

Ayan :

-      Nənə, yazıçı xalanın söhbəti xoşuma gəlmədi

-      Niyə qızım ?

-      Yazıçı deyir ki, yazanlar güldən-bülbüldən əl çəkmir, nə qədər güldən-bülbüldən yazarlar ?! Səhv danışır.

Bağımızda bülbüllər cəh-cəh vurur,qızılgül,çiçək,ağac- çoxdur. Quşlar hər tərəfdə yuva qurub !

Ayanın rəngi qıp-qırmızı oldu ! Hirsləndi. Hamamda qaranquş yuvası var. Yuvada üç toppuş bala ! Hələ şanapipik,baş otağın altında, sərçə qarajda, ağaclarda nə qədər yuva var ! Şəkillərini əmim çəkdi !

Ayan quşlara baxıb əl-qolunu ölçərək danışırdı. Nənəsi, kiçik tənqidçinin veriliş haqqındakı qeydlərini dinləməkdən böyük həzz alırdı. Maraqla onu dinləyirdi. Nənənin nəzərində səadət dünyasına açılan bir pəncərə durdu. Bu balaca qızın işıqlı fikri onu sevindirdi. Gülə-gülə :

Balaca tənqidçi! – dedi.

Oxunub 14052 dəfə