Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 12:46

SEHRLİ XƏZİNƏ

SEHRLİ XƏZİNƏ

Moldov nağılı

b
iri vardı, biri yoxdu, bir ata vardı. Onun üç oğlu vardı. Ata çox çalışqan və zəhmətkeş idi. Heç vaxt işsiz oturmazdı. Sübh açılandan qaş qaralana kimi yorulmaq bilmədən işləyərdi. Hər işini çatdırardı.

Оnun oğulları isə boylu-buxunlu, yaraşıqlı və güclü olsalar da işləməyi heç xoşlamırdılar.

Ataları isə həm tarlada, həm bağda, həm də evdə çalışırdı, oğulları isə ya ağacların kölgəsində oturub söhbət edər, ya da Dnestr çayına balıq tutmağa gedərdilər.

-     Siz niyə heç vaxt işləmirsiniz, atanıza kömək etmirsiniz? - deyə qonşular soruşardı.

-     Biz niyə işləyək ki? - deyə oğullar cavab verərdilər. - О bizim yerimizə işləyər!

Bu minvalla illər ötdü.

Oğullar böyüyüb boya başa çatdılar, ataları isə qocaldı, taqətdən düşdü və artıq əvvəlki tək işləyə bilmirdi. Evin bağı baxımsız qaldı, tarlanı alaq basdı.

Oğullar bunu görürdülər, lakin yenə də işləmək istəmirdilər.

-     Ay, oğullar, niyə axı işsiz oturmusuz? - deyə ata soruşdu. - Nə qədər ki, cavan idim, mən çalışırdım, indi sizin növbənizdir!

-     Hələ vaxt var, - deyə oğulları cavab verdilər.

Qoca belə tənbəl oğulları olduğuna görə çox kədərləndi. Dərddən beli büküldü və о xəstə düşdü. Ailə artıq yoxsulluq içində yaşayırdı. Bağı ot basmışdı, gicitkən və sirkən elə boy verib qalxmışdılar ki, onların ardından ev görünmürdü.

Bir dəfə ata oğullarını yanına çağırdı və onlara dedi:

-     Hə, oğullarım, mənim bu dünyadan köçmək vaxtım yetişib. Bilmirəm mənsiz necə yaşayacaqsınız? Nə əlinizdən bir iş gəlir, nə də bunu xoşlayırsız.

Oğulların ürəkləri sıxıldı, ağlamağa başladılar.

-     Atacan, heç olmasa son dəfə bizə öyüd-nəsihət ver, -deyə böyük oğul xahiş etdi.

-     Yaxşı, - dedi ata. - Sizə bir sirr açacam. Bilirsiniz ki, mən də, sizin rəhmətlik ananız da yorulmaq bilmədən bütün ömrümüz boyu işləmişik. Uzun illər ərzində qazandıqlarımızı qızıla çevirib sizin üçün yığmışıq. Qızılı bir küpün içində bağda basdırmışam. Amma basdırdığım yeri xatırlamıram. Bu xəzinəni axtarıb tapın. Onda ehtiyacın nə olduğunu bilmədən firavan yaşayarsınız.

Ata oğıılları ilə vidalaşdı və öldü.

Oğullar qocanı dəfn etdilər, qəm-qüssəyə batdılar.

Böyük oğul dedi:

-     Hə, qardaşlarım, bizə yoxsulluq üz verib. Çörək almağa pulumuz da yoxdur. Atamızın ölümqabağı dediklərini xatırlayırsız? Gəlin, qızıl küpünü axtaraq!

Qardaşlar bellərini əlinə alıb evin yanında, bağda balaca quyular qazmağa başladılar. Az qazıdılar, çox qazıdılar, amma qızıl küpünü tapa bilmədilər.

Onda ortancıl qardaş dedi:

-     Qardaşlar! Əgər biz belə qazımağa davam etsək, heç vaxt atamızın dediyi xəzinəni tapa bilməyəcəyik. Gəlin evin ətrafındakı bütün torpağı qazaq!

Qardaşlar razılaşdılar. Yenidən bellərini əllərinə aldılar, torpağın altını üstünə çevirdilər, amma qızılla dolu küpü yenə də tapa bilmədilər.

-     Eh, - dedi kiçik qardaş, - gəlin torpağı bir də qazıyaq, amma bu dəfə daha dərindən! Bəlkə atamız xəzinəni dərinə basdırıb.

Qardaşlar razılaşdılar. Çünki atalarının onlara miras qoyduğu xəzinəni bacardıqca tez tapmaq istəyirdilər!

Yenidən işə başladılar.

Böyük qardaş az qazıdı, çox qazıdı, birdən onun əlindəki bel bərk və böyük bir əşyaya   toxundu. Həyəcandan ürəyi döyünməyə başladı, sevincək qardaşlarını çağırdı:

-     Tez yanıma gəlin! Mən xəzinəni tapmışam!

Ortancıl və kiçik qardaşlar qaçıb onun yanına gəldilər, böyük qardaşa kömək etməyə başladılar.

Çox əlləşdilər, axırda torpaqdan qızıl küpü əvəzinə ağır bir daş çıxardılar.

Onlar məyus oldular və dedilər:

-     İndi bu daşı nə edək? Onu burda qoymayacağıq ki, gəlin onu aparıb yarğana ataq!

Belə də etdilər. Daşı apardılar, yenə də torpağı qazımağa başladılar. Bütün gün aclığı unudub dinclik bilmədən işlədilər! Torpağı bir də başdan-başa bellədilər. Torpaq boşaldı və yumşaldı. Amma qızılla dolu küp yenə də tapılmadı.

-     Nə edək, - dedi böyük qardaş, - torpağın altnıı üstünə çevirdik, indi onu belə qoya bilmərik ki. Gəlin bu torpaqda üzümlük salaq.

-     Doğrudur, - qardaşlar razılaşdılar. - Heç olmasa zəhmətimiz hədər getməz.

Onlar bağda üzüm tənəyi əkdilər və onlara qulluq etməyə başladılar.

Çox keçmədən bağda böyük və əla üzümlük yetişdi. Şirəli və dadlı salxımlar dəydi.

Qardaşlar çox yaxşı məhsul götürdülər. Özlərinə lazım olan qədər saxladılar, qalanını satdılar - yaxşı gəlir əldə etdilər.

Onda böyük qardaş dedi:

Bu torpağı əbəs yerə qazmadıq: biz doğrudan da atamızın ölümqabağı bizə dediyi qiymətli xəzinəni tapdıq!

Oxunub 7887 dəfə