Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 11:36

İT ÖZÜNƏ NECƏ DOST TAPDI

İT ÖZÜNƏ NECƏ DOST TAPDI

Moldov nağılı

b
ütün b
unlar çox qədim zamanlarda baş vermişdi. Meşədə yalnız bir it yaşayırdı. О çox darıxırdı. Uzanıb fikirləşirdi: "Kaş heç kimdən qorxmayan bir dostum olaydı. Biz bir yerdə yaşayardıq".

Günlərin bir günü о meşədə dovşana rast gəldi və onа dedi:

-      Dovşan, ay dovşan, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Nə deyirəm ki, olaq, - deyə dovşan razılaşdı. Axşama yaxın onlar küknar ağacının altında özlərinə rahat bir yer tapdılar və yuxuya getdilər. Gecənin bir yarısı bir siçan yavaşca onların yanından keçdi. İt iti qulağa ilə xışıltını eşitdi, yerindən atılıb hürməyə başladı! Dovşan qorxudan yerindən sıçradı, qulaqları tir -tir titrəməyə başladı.

-  Niyə belə bərk hürürsən?! - dedi o. - Canavar -   eşidib gələr, bizi yeyər!

İt fikirləşdi: "Belə dost olar? Canavardan qorxur. Mənə belə dost lazım deyil. Bəlkə canavarın yanına  gedim? Yəqin о heç kimdən qorxmur".

Səhər it dovşanla sağollaşdı və canavarı axtarmağa getdi. Sıx meşəlikdə ona rast gəldi və dedi:

-      Canavar, ay canavar, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Nə deyirəm ki,  dost olaq,  - deyə canavar  razılaşdı , - birlikdə əylənərik.

Gecə düşdü, onlar yuxuya getdilər. Yanlarından hoppanaraq qurbağa keçdi.

İt iti qulağı ilə xışıltı duyub bir hürdü ki, gəl görəsən! Canavar qorxudan yerindən sıçradı və qışqırdı:

-      Niyə belə bərkdən hürürsən? Ayı eşidər, gəlib bizi parçalayar!

İt yenə fikirləşdi: "Belə dost olar? Ayıdan qorxur. Mənə belə dost lazım deyil. Bəlkə ayının yanına gedim? Yəqin о heç kimdən qorxmur".

Səhər it canavarla sağollaşdı və ayını axtarmağa getdi. Onu tapdı və dedi:

-      Ayı qardaş, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Razıyam, - dedi ayı, - səni öz kahama dəvət edirəm.

Gecə it iti qulağı ilə kahanın qarşısından bir koramalın sürünüb keçdiyini eşitdi. Yerindən atılıb elə hürdü ki, gəl görəsən! Ayı qorxudan yerindən sıçradı və iti danlamağa başladı:

-      Niyə belə bərk hürürsən?! İnsan eşidər, gəlib bizim dərimizi soyar!

İt fikirləşdi: "Bu da qorxaq çıxdı! İnsandan qorxur. Bəlkə insanın yanına gedim? Yəqin о heç kimdən qorx­mur".

İnsanın yanına gəlib dedi:

-      İnsan qardaş, gəl dost olaq, bir yerdə yaşayaq.

İnsan itə yemək verdi, öz evinin yanında onun üçün yaxşı bir dam tikdi. Gecə it evi qoruyur, bir şey eşidən kimi hürürdü. О vaxtdan it və insan dost olub bir yerdə yaşamağa başladılar.

Oxunub 9539 dəfə