Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 12:45

XOŞBƏXT VƏ BƏXTSİZ

XOŞBƏXT VƏ BƏXTSİZ

Macar nağılı

b
ilmirəm bu əhvalat doğrudur, yoxsa yalan, amma yaşlı adamlar danışırlar ki, bir zamanlar bir kənddə iki rəfiqə-iki qonşu yaşayardı. Onlar hər işi birlikdə görərdilər. Hətta ərə də bir gündə getmişdilər, eyni gündə də qızları doğulmuşdu. Bir qız çox sağlam, qəşəng idi, ona görə də adını Xoşbəxt qoydular. О biri qız isə sısqa və xəstə doğulmuşdu. İkinci qızın adını isə Bəxtsiz qoydular.

О vaxtdan rəfiqələrin arasından sanki qara pişik keçdi. Xoşbəxtin anası varlandı və əvvəlki rəfiqələrini saya salmadı. Bəxtsizin anası isə səhərdən axşama kimi işləyirdi və onlar çox çətinliklə dolanırdılar.

Qızlar böyüdülər və ərə getmək vaxtları yetişdi. Xoşbəxtin anası bazardan gah balıq başı, gah da böyük bir balqabaq gətirib qızına dadlı yeməklər bişirərdi. Bəxtsizlə anası isə gecə-gündüz iplik əyirər, dəsmal, hərdən də kətan toxuyardılar. Bu ağır zəhmət müqabilində qazandıqları qəpik-quruş olardı, ona görə də onlar yarıac-yarıtox dolanardılar.

Bir gün onların ipliyini siçanlar dolaşdırdı. Bəxtsizin anası ipləri açdı, onları zənbilə qoyub günəşə çıxardı. Özü isə sabunu götürüb çaya paltar yumağa getdi. Bəxtsiz evdə qalıb ipliyin keşiyini çəkməyə başladı.

Birdən, hardansa bərk külək əsdi, ipliyi qaldırıb apardı.

Bəxtsiz göz yaşlarına qərq oldu.

-     Ağlama, Bəxtsiz, gedək mənimlə, mən sənə ipliyini qaytararam, - dedi ona külək.

Bunu eşidən Bəxtsiz küləyin dalınca getdi. Yolda ona bir inək rast gəldi.

-     Hara belə tələsirsən, Bəxtsiz? Gəl mənim pəyəmi təmizlə, zəhmət olmasa, - deyə inək xahiş etdi.

Bəxtsiz gözlərini sildi, pəyəni təmizlədi, inəyə su verdi və küləyin ardınca qaçdı.

Bir qədər keçdikdən sonra о bir gavalı ağacına rast gəldi.

-     Hara gedirsən, Bəxtsiz? Mənim dibimi ot-alaq basıb, zəhmət olmasa, onları çıxar, - gavalı ağacı xahiş etdi.

Bəxtsiz dayandı, gavalı ağacının ətrafındakı ot-alağı çıxardı və yoluna davam etdi.

Uzaqlaşmağa macal tapmamış onu armud ağacı saxladı:

-     Hara tələsirsən, Bəxtsiz? Mən susuzluqdan yanıram, zəhmət olmasa, məni sula!

Bəxtsiz armud ağacını suladı, dibinə tökülmüş yarpaqları yığdı, ətrafı qaydaya saldı və küləyin ardınca qaçdı.

Qarşısına bir at çıxdı.

-     Bəxtsiz, hara qaçırsan? Mənə bir qucaq ot verə bilərsənmi? - deyə at soruşdu.

Bəxtsiz ata ot verdi və yoluna davam etdi.

Nəhayət külək sakitləşdi və qız varlı bir evin qarşısında durdu. Evdə heç kəs yox idi, yalnız eyvanda bir qoca qarı oturub ip əyirirdi. İplərdən bir göz qırpımında bir neçə şal əmələ gəlirdi.

Bu qarı Ayın anası idi.

-     Qarının yanına get, Bəxtsiz, ondan bir az iplik istə, - deyə külək pıçıldadı.

Bəxtsiz qarıya yaxınlaşdı və baş əydi.

-     Nənəcan, - dedi o, - külək mənim bütün ipliyimi aparıb, indi bizim axşama yeməyimiz olmayacaq.

Mənə bir az iplik ver, nənəcan!

Ayın anası ay işığı kimi ağ saçlarını arxaya atdı və qarşısında balaca bir qız gördü: qızın səsi incə və qənd kimi şirin idi.

-     Dayan, gözlə bir az, mənim ay üzlüm, - dedi qarı. - Bax о otaqda şal və paltarlar var. Onları götür, nohura iki dəfə baş vur, sonra elə həmin otağa qayıt bir az yemək ye. Sonra yanıma gəl, ipliyini götür.

Bəxtsiz cürbəcür gözəl şal və paltarlar olan otağa getdi. Amma о özünə yuyulub köhnəlmiş bir şal və paltar seçdi, bir parça sabun götürüb çimməyə getdi.

Bəxtsiz bir az sabunlanıb suya endi.

Suya girən kimi о tayı-bərabəri olmayan bir gözələ çevrildi. Özü də necə gözələ! Aya deyirdi sən çıxma mən çıxım, Günə deyirdi sən çıxma, mən çıxım! Qız ikinci dəfə suya baş vurdu - bu dəfə onun əlləri və ayaqları büsbütün ləl-cəvahiratla doldu.

Başdan ayağa qızıl və bərq vuran daş-qaşlara bürünmüş qız asta-asta qalxdı və həmın otağa geri

qayıtdı. Burda onu hazır yemək gözləyirdi. Belə ləziz yeməkləri Bəxtsiz heç yuxuda da görməmişdi. О bir küncdə təvazökarcasına əyləşdi və yalnız bir az sıyıq yeyib qarının yanına yollandı.

-     Gəlmisən, mənim əziz balam? - deyə Ayın anası ona tərəf çevrildi. - İndi bax о otağa get,

sandıqdan mənə bir az iplik gətir, - deyə qarı ən uzaq qapını göstərdi.

Bəxtsiz həmin otağa tərəf getdi və orda çoxlu sayda həm kiçik, həm böyük sandıq gördü. oyuncaq sandığa oxşayan kiçik bir sandıq seçdi və onu qarının yanına gətirdi.

-     Mənim əziz balam, mənə bu sandıq artıq lazım deyil, -dedi Ayın anası. - Sənin ipliyin ordadır. İndi sən evə, ananın yanına qayıt. Bu qızıl qozla dolu səbəti də özünlə götür.

Bəxtsiz qarıya təşəkkür etdi, sandığı və səbəti götürüb evə qayıtdı. Qaş qaralırdı və Ayın anasının evindən Bəxtsizin evinə qədər olan yol qaranlıqda itirdi. Amma qız cürətlə addımlayırdı: suyun ona bağışladığı ləl-cəvahirat onun yolunu aydınladırdı.

Çox keçmədən at onu saxladı:

-     Bəxtsiz, ay Bəxtsiz, mənə yaxınlaş, bunu götür. At ona füsunkar qanadlı bir ayğır verdi.

Qız ata təşəkkür etdi və yoluna davam etdi. Ayğır onun arxasınca qaçırdı. Bir qədər də keçdikdən sonra qızı gavalı ağacı səslədi:

-     Yaxın gəl, yaxınlaş, Bəxtsiz, bunu götür.

Gavalı ağacı ona qızıl pulla dolu bir küpə verdi. Qız ağaca təşəkkür etdi və yoluna davam etdi. Amma uzaqlaşmağa macal tapmamış onu armud ağacı çağırdı:

-     Yaxın gəl, Bəxtsiz, bunu götür.

Bunu deyib ağac qıza bir böyük salxım qızıl armud bağışladı. Bəxtsiz armudları səbətə qoydu və yola düşdü. İndi də ona inək rast gəldi:

-     Bəxtsiz, ay Bəxtsiz, gəl bunu götür.

İnək ona sehrli bir buzov bağışladı.

Bəxtsiz qızıl pulla dolu küpəni və qızıl armudlarla birlikdə səbəti ayğıra yüklədi, buzovun ipindən tutub yoluna davam etdi.

-     Bəxtsiz, ay Bəxtsiz, harda qalmısan? İplik hardadır? - deyə anası hər yerdə nigarançılıqla qızını axtarırdı. Amma о Bəxtsizi görcək təəccübdən hətta qışqırdı:

-     Sən bu neçə vaxtı harda idin? Ay mənim evimin dirəyi, bütün bunları hardan almısan? - deyə

qadın qızını bərk-bərk qucaqladı.

Bəxtsiz anasına başına gələn bütün əhvalatı danışdı. Küləyin onun ipliyini necə aparınasını, Ayın anasının ona verdiyi hədiyyələri, inəyi də, atı və ağacları da unutmadı. Fərəhlənmiş qadın qızı ilə birlikdə Xoşbəxtin anasının yanına getdi. Axı necə də olmasa onlar əvvəllər rəfiqə idilər, sevinclərini də, qəmlərini də bölüşərdilər.

-     Ey xeyirxah qonşular! Xoşbəxt! - deyə qadın sevinclə çağırdı. - Artıq ağır günlərimiz arxada qaldı. Ваxın, görün mənim Bəxtsiz qızım qoca qarıdan, Аyın anasından nə qədər hədiyyə gətirib! Qoy Xoşbəxt də özünə bir qədər götürsün, Bəxtsizə yenə də çatar!

Xoşbəxtin anasının hiddətdən ağzı açıla qaldı. Gör ha! Dilənçi Bəxtsizə bir gündə bu qədər var-dövlət nəsib olmuşdu! Bəxtsizin anası onun sevimli qızına bu var-dövlətdən pay verməyə necə cürət edə bilərdi!

-     Çox lazımdır! - deyə о qışqırdı. - Elə eləməyin sizi burdan süpürləyim! Mən, Xoşbəxtin anası,

sizin dilənçi payınıza qalmamışam! Öz zir-zibilinizi də götürün!

Özü isə ürəyində fikirləşirdi: "Əgər Ауın anası bu yöndəmsizə bu qədər hədiyyə veribsə, onda mənim gözəl və ağıllı qızım Xoşbəxti də mağmın etməz. Mənim balam bunlardan da çox var-dövlət gətirər".

Bəxtsizlə anası qonşularının belə hərəkətindən çox peşman olub evə qayıtdılar. Gecə isə sandıqçanın içindən şah oğlu - Bəxtsizin adaxlısı çıxdı. О ata minib öz dodaqlarını sehrli inəyin südü ilə yudu və Bəxtsizi və onun anasını sehrli işıqla aydınlatdı.

Ertəsi gün Xoşbəxtin anası gizlicə darvazalarını bağladı, arxa qapıda iplik sərdi, dodaqaltı nəsə pıçıldadı, Xoşbəxtə ipliyin keşiyini çəkməyi tapşırdı, özü isə boğçasını götürüb çaya paltar yumağa getdi.

Tezliklə bərk külək əsdi, ipliyi götürüb apardı. Xoşbəxt küləyin ardınca qaçdı.

Birinci qız kimi Xoşbəxtin də qarşısına inək çıxdı.

-     Hara qaçırsan, Xoşbəxt? - deyə inək soruşdu. -Ayaq saxla, məni dinlə.

Lakin Xoşbəxt heç dönüb baxmadı da. О küləyin ardınca tələsirdi, hansısa inəyin xahişi onun heç vecinə də deyildi! Onu gavalı ağacı da, armud ağacı da, at da səslədilər, amma Xoşbəxt heç birinin xahişinə cavab vermirdi, yalnız hamıya kobud cavab qaytarırdı.

-     Yox bir, - deyirdi о, - işim-gücüm yoxdur, sizə qulaq asmalıyam! Orda Ayın anasının evində məni çoxlu var-dövlət gözləyir!

Küləyin arxasınca gedən Xoşbəxt gəlib qarının evinə çatdı.

-     Ay qarı, sən orda neynirsən? - deyə о kandardan ayağını içəri qoyan kimi tələsə-tələsə soruşdu. – Əlində işin varsa bir kənara at, tez mənə çatacaq var-dövləti ver, sonra öz ipliyini əyirərsən. Əgər sən maymaq Bəxtsizə о qədər pay vermisənsə, mənə ondan da çox verməlisən.

Bu sözləri deyən Xoşbəxt cəhrəni götürüb sındırdı.

-     Dayan, dayan, - deyə Ayın anası səsləndi, - sən hələ balacasan, amma özündən böyüklərlə belə kobud danışırsan, özünü də belə çirkin aparırsan!

Xoşbəxt nə deyəcəyini bilmədi, Ayın anası isə davam etdi:

-     Yaxşı, əgər tələsirsənsə, qoy sən deyən olsun. Get çim və yeməyini ye, sonra yerdə qalanlarını

alarsan.

Qarı sözlərini bitirməyə macal tapmamış, Xoşbəxt başılovlu qarının göstərdiyi evə getdi, özünə ən yaxşı ən gözəl paltarı seçdi. Özü ilə səndəl yağı olan küpəni və qabı götürüb çayın sahilinə endi. Orda о özünü, saçlarını yeddi dəfə yağladı, yeddi dəfə güzgüyə baxdı, yalnız bundan sonra suya girdi və çimdi.

Suya bir dəfə girdi,gözəl bir qız oldu, ikinci dəfə girdi, bədəni bəzək əşyaları ilə doldu. Amma bu ona azlıq etdi, qarının da sözünə baxmadı, hədiyyələrini almaq üçün tələsirdi.Buna görə də yan-yörəsinə baxıb fikirləşdi: “İki dəfə su mənə hədiyyə verdi, bəlkə üçüncü dəfə də çimim. Birdən yenə nəsə aldım”.

Amma, dəhşət! Üçüncü dəfə suya girən Xoşbəxtin bədənində qara ləkələr əmələ gəldi, saçları pırtlaşdı və pırpızlaşdı. Həmişə hamının gözəl saydığı Xoşbəxtin başına belə bədbəxtlik gəldi!

-     Bu nədir, mənə nə olub? - о hönkürərək qarının yanına qaçdı.

-     A, – deyə qarı səsləndi, - görürəm ki, bədbəxt qız, sən çaya üç dəfə girmisən! Tələsdin, sözümə baxmadın - bu da nəticəsi! Amma artıq gecdir. Ağlamağın faydası yoxdur. Sənə yemək lazımdır. Evə qayıt və yeməyini ye, əzizim.

Xoşbəxt qarını lənətləyərək onun göndərdiyi evə getdi. Orda onun üçün yemək hazırlamışdılar. Ləziz yeməklərin sayı-hesabı yox idi. Xoşbəxt qarnı partlayana qədər ən ləziz təamlardan və ən dadlı kökələrdən yedi, əllərini və ağzını yaxalayıb qarının yanına qayıtdı.

-     Hə, nənəcan, indi evə getmək vaxtımdır. Sən mənə bir şey verəcəksən, yoxsa yox? - səbirsizlikdən Xoşbəxt ayağını da yerə vurdu.

Ayın anası ona sandıqların saxlandığı otağı göstərdi.

Xoşbəxt qaldıra bildiyi ən böyük sandığı seçdi, başına qoyub amansızlıqla qarının yeddi nəslini söyərək və öz eybəcər görkəmindən gileylənərək evinə yola düşdü.

Xoşbəxtin qarşısına çıxan çaqqallar onun görkəmindən qorxaraq kənara sıçrayırdılar, üzbəüz gələn yolçuların isə ürəyi gedirdi.

Yolda at ona şıllaq atdı.

-     Ay, ay, ay! - deyə Xoşbəxt qışqırdı.

Onun qarşısına gavalı ağacının sınmış budağı düşdü.

-     Ah, ölümüm gəlib! - deyə Xoşbəxt fəryad etdi.

Armud ağacı isə onun başına çürümüş və qurdlu armudlar yağdırdı.

-     Mən batdım, batdım! - deyə о qışqırdı.

İnək isə başını əyib onu buynuzladı.

Qorxmuş və təngnəfəs olmuş Xoşbəxt nəhayət gəlib evinə çatdı.

Bu vaxt isə anası evi yığışdırdı, masanm üstünə ağ örtük saldı, masaya ən ləziz yeməkləri düzdü, hətta güldana çiçək də qoydu. Axı indicə qızı saysız-hesabsız var-dövlətlə evə qayıdacaqdı. Bayram etmək üçün səbəb vardı. Amma içəri girən Xoşbəxtin görkəmi onu çox qorxutdu. Ananın gözləri bərəldi, yerində yırğalanıb ürəyi getdi. Özünə gələn və bir az sakitləşən ana qızına dedi:

-     Bütün bunlar qonşuların təqsiridir. Məgər xəbərdar edə bilməzdilər ki, özünü orda necə aparınalısan? Bunu qəsdən ediblər ki, biz bədbəxt olaq. Sən, qızım sandığı içəri gətir. Əgər adaxlın çıxsa, bəlkə hər şey düzəldi.

Sandığı otağa gətirdilər.

-     Niyə mənim ayaqlarım ağrıyır? - deyə Xoşbəxt soruşdu.

-     Ayaqlarına zinət əşyalarmı tax, - deyə anası cavab verdi.

-     Niyə mənim bütün bədənim sızıldayır?

-     Ən gözəl paltarını gey, - dedi anası.

Sonra Xoşbəxtin əlləri gizildəməyə, boğazı və başı ağrımağa başladı. Lakin о geyinib-keçindi, bütün zinət əşyalarını taxdı, saçlarını tağ ayırıb oturub gözləməyə başladı.

Sakitləşmiş ana isə yatmağa getdi.

Gecə sandıq açıldı və ordan Xoşbəxtin adaxlısı -böyük və ac boa ilanı çıxdı. Dəhşətə gəlmiş qız kömək üçün anasının yanına qaçdı. Amma heç ikilikdə də ilanla bacarmadılar, arxalarına baxmadan qaçıb getdilər.

Oxunub 8016 dəfə