Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 11:35

QOCA ŞAXTA VƏ CAVAN ŞAXTA

QOCA ŞAXTA VƏ CAVAN ŞAXTA

Litva nağılı

b
iri vardı, biri yoxdu, bir qoca Şaxta vardı. Qoca Şaxtanın bir oğlu vardı - cavan Şaxta.

Bu oğul elə lovğa idi ki, gəl görəsən! Sözlə deyiləsi deyil. Ona qulaq asanda adama elə gəlirdi ki, dünyada ondan ağıllısı, ondan güclüsü yoxdur. Bir dəfə cavan Şaxtanm ağlına bir şey gəldi, о fikirləşdi:

“Atam artıq qocalıb! İşini yaxşı görə bilmir. Mən həm cavanam, həm də güclüyəm - mən ondan daha yaxşı insanları dondura bilərəm! Mənim əlimdən heç kəs qaça bilməz, mənimlə heç kim bacara bilməz: hamının öhdəsindən gələ bilərəm!”.

Bunu deyib cavan Şaxta yola düşdü, dondurmağa adam axtarmağa başladı. Yola çıxıb gördü ki, tox bir atın qoşulduğu bir arabada pan (pan - коhпә Polşada mülkədar, ağa) gedir. Kök panın əynində xəzli kürk var idi, ayaqları isə isti xalça ilə örtülmüşdü.

Cavan Şaxta pana baxıb gülməyə başladı.

"Eh - deyə о fikirləşdi, - bürün, yoxsa bürünmə, onsuz da əlimdən qurtara bilməyəcəksən! Mənim qoca atam sənə bəlkə də təsir etməzdi, amma mən səni elə donduracam ki, gəl görəsən! Nə kürk, nə də xalça səni xilas edə bilməz!"

Şaxta uçub pana yaxınlaşdı və onun zəhləsini tökməyə başladı: xalçanın altına girir, qollarından içəri soxulur, yaxasından üfürür, burnunu göynədirdi.

Pan öz arabaçısına atı daha sürətlə qovmağı əmr etdi:

-     Tez ol! - deyə о qışqırdı, - yoxsa donacam!

Cavan Şaxta isə onu daha çox bezdirir, burnunu daha çox göynədir, ayaq və əl barmaqlarmı dondurur, nəfəs almağa macal vermirdi.

Pan gah elə, gah belə oturur, büzüşür, sıxılır, yerində fırlanırdı.

-     Tələs, - deyə qışqırırdı, - tez sür!

Sonra isə qışqıra da bilmədi: səsi batdı.

Pan gəlib öz malikanəsinə çatdı: onu arabadan güclə düşürdülər, tamam donmuşdu.

Cavan Şaxta atasının, qoca Şaxtanın yanına uçdu. Başladı lovğalanmağa:

-     Görürsən, mən necəyəm! Bax, mən necə güclüyəm! Sən, ata, mənə çata bilməzsən! Görürsən, panı necə dondurdum! Gördün isti kürkün altına necə girdim! Sən belə kürkün altına heç vaxt girə bilməzsən! Sən belə panı heç vaxt dondura bilməzsən!

Qoca Şaxta gülümsədi və dedi:

-     Yaman gopçusan! Sənə gücünlə, bacarığınla öyünmək hələ çox erkəndir! Düzdü: sən gombul panı dondurdun, onun isti kürkünün altına girdin. Bu elə də böyük iş deyil! Bax, yolla cındır kürklü arıq kəndli öz arıq yabısına minib gedir. Onu görürsən?

-     Hə, görürəm.

-     Bu kəndli meşəyə odun qırmağa gedir. Gör onu dondura bilərsən? Əgər dondura bilsən, onda sənin gücünə inanaram!

-     Pah, nə böyük işdir! - deyə Cavan Şaxta cavab verdi. - Mən onu bir göz qırpımında donduraram!

Cavan Şaxta dövrə vurub yuxarı qalxdı, kəndlinin ardınca uçdu. Kəndliyə çatıb onu təngə gətirməyə başladı: gah bir böyründən, gah о biri böyründən hücum çəkir, kəndli isə heç vecinə almırdı. Cavan Şaxta onun ayaqlarından yapışdı. Kəndli kirşədən düşdü və atının yanınca qaçmağa başladı.

"Belə oldu, - deyə Cavan Şaxta fikirləşdi, onda özünü gözlə! Mən səni meşədə donduracam!"

Kəndli meşəyə gəlib çatdı, baltasını əlinə aldı və küknar ağaclarını, ağcaqayınları baltalamağa başladı, ətraf talaşalarla doldu.

Cavan Şaxta isə ondan əl çəkmirdi: əllərindən, ayaqlarından yapışır, yaxasından üfürürdü...

Cavan Şaxta nə qədər cəhd göstərirdisə, kəndli də bir о qədər bərk qızışırdı, odunları daha bərk baltalayırdı. Axırda elə qızışdı ki, hətta əlcəklərini də çıxardı.

Cavan Şaxta kəndliyə çox hücum çəkdi, nəhayət yoruldu.

"Yaxşı, - deyə о fikirləşdi, onsuz da səndən əl çəkməyəcəm! Evə qayıdanda səni sümüklərinə kimi donduracam!"

Bunu deyib kirşəyə yaxınlaşdı, əlcəkləri görüb onların içinə girdi. Oturub istehza ilə gülməyə başladı: "İndi görüm, əlcəklərini necə taxacaqsan: onları elə dondurmuşam ki, taxtaya dönüblər!"

Cavan Şaxta kəndlinin əlcəklərinin içində oturmaqda davam edir, kəndli isə elə bir yandan odun qırırdı.

Kəndli arabanı ağzına kimi odunla doldurdu.

-     İndi - dedi o, - evə qayıda bilərəm!

Kəndli əl atıb əlcəklərini götürdü, geymək istədi, amma onlar sanki dəmirdən idilər.

"Hə, indi görüm neyləyəcəksən?" - deyə Cavan Şaxta öz-özünə gülümsəyirdi.

Kəndli gördü ki, əlcəkləri əlinə taxa bilməyəcək, baltanı götürüb onları döyəcləməyə başladı.

Kəndli əlcəkləri baltanın küpü ilə vurduqca Cavan Şaxta əlcəklərin içində ah-of edirdi. Kəndli Cavan Şaxtanı elə bərk əzişdirdi ki, о qaçıb canmı zorla qurtardı.

Kəndli evə qayıdır, odunu daşıyan atını haylayırdı. Cavan Şaxta isə axsaya-axsaya atasının yanına gedir, ufuldayırdı. Qoca Şaxta onu görüb gülməyə başladı:

-     Bu nədir, oğul, ayaqlarını güclə sürüyürsən?

-     Kəndlini dondurum deyə əldən düşdüm.

-     Bəs, ay oğul, niyə belə inildəyirsən?

-     Kəndli məni bərk əzişdirdi!

-     Bax, oğul, bu sənə dərs olsun: pan kimi avaraların öhdəsindən gəlmək elə də çətin deyil, amma kəndli ilə isə heç vaxt, heç kim bacara bilməz! Bunu unutma!

Oxunub 7056 dəfə