Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 09:59

DƏLƏ VƏ OVÇULAR

DƏLƏ VƏ OVÇULAR

Fin nağılı

b
iri vardı, biri yoxdu bir dələ, onun dörd balası vardı. Onlar sakitcə öz yuvalarında oturmuşdular, birdən itin hürməsini eşitdilər. Səs getdikcə yaxınlaşırdı. Deyəsən meşədə ovçu peyda olmuşdu. Dələ balaları qorxdular, ana dələ isə deyirdi:

-      Gələnin necə ovçu olmasına baxmaq lazımdır. Bəlkə heç ondan qorxmağına dəyməz. Baxın görün, görkəmi necədir?

Dələlər başlarını koğuşdan çıxarıb aşağı nəzər yetirdilər və güldülər:

-      О çox qəribədir! Əməlli-başlı geyinib keçinib, başında lələkli şlyapa,

ayaqlarında cilalanmış çəkməlәr var. Silahına da qızıl kimi parıldayan mis bəzəklər vurulub. İtə də deyəsən yaxşı baxırlar, dərisi parıldayır.

-      Onda qorxmaq lazım deyil, rahat yatın, - deyə dələ qərar verdi, belə ovçu bizi tapa bilməz.

Həqiqətən də, ovçu bir xeyli dayanıb gözlədikdən sonra iti ilə meşənin dərinliyinə doğru getməyə başladı.

-      Boş ağacdır, - dedi о öz-özünə, - orda dələ-filan yoxdur.

Ertəsi gün daha bir ovçu dələ yuvası olan ağaca tərəf gəldi.Tənbəlcəsinə baltasının sapı ilə ağacın gövdəsinə vurdu, iti isə bir-iki ağız hürdü.

-      Balalarım, baxın görüm nə ovçudur elə bura təşrif buyuran? -deyə dələ buyurdu.

-      Ovçunun əynində bahalı geyim var, silahı da möhkəmdir, iti isə

piylidir, görünür çox yedirilir, dərisi parpar-parıldayır.

-      Qorxulu bir şey yoxdur, rahat yatın, - dedi dələ, - bu ovçular

fərasətsizdirlər, onlar bizi tapa bilməzlər.

Ovçu az gözlədi, çox gözlədi, sonra itini də götürüb getdi.

Üçüncü gün ağacın yanında yenə də bir it hürməyə başladı.

Dələ balaları başlarını oğuşdan çıxarıb dedilər:

-      Ovçunun geyimi və tüfəngi çox köhnədir, iti isə qayışbaldırdır. Özü də çox cəlddir, ağacımızın yanından əl çəkmir.

Dələ narahat olmağa başladı, balalarını tələsdirməyə başladı: - Bu nə müsibətdir biz düşdük! Bu ki, əsl ovçudur! Tez burdan qaçmalıyıq!

Dələlər hoppanıb hərə bir tərəfə qaçdı, bu minvalla da canlarını ovçunun əlindən qurtardılar.

 

Oxunub 8644 dəfə