Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 11:54

DAYƏ TÜLKÜ

DAYƏ TÜLKÜ

Fin nağılı

b
ir gün ayı öz balaları üçün dayə axtarmağa getdi. Meşədə az dolaşdı, çox dolaşdı, canavara rast gəldi.

-      Babacan, yolun haradır? - deyə canavar soruşdu.

-      Balalarıma dayə axtarmağa gedirəm, - deyə ayı donquldadı.

-      Məni dayə götür, - canavar mırıldadı.

-      Sən oxuya bilirsən? - deyə ayı maraqlandı.

-      Əlbəttə bilirəm, - dedi canavar və ulamağa başladı: U-u-u! U-u-u!

-      Səndən dayə çıxmaz, çox pis oxuyursan, - dedi ayı və yoluna davam etdi.

Qarşısına bir dovşan çıxdı.

-      Babacan, yolun haradır?

-      Balalarıma dayə axtarmağa gedirəm.

-      Məni dayə götür.

-      Sən oxuya bilirsən?

-      Pu-pu, pu-pu, pu-pu!

-      Səndən dayə çıxmaz, çox pis oxuyursan, - dedi ayı və ayaqlarını sürüyə-sürüyə yoluna davam etdi.

Qarşısına bir tülkü çıxdı.

-      Babacan, yolun haradır?

-      Balalarıma dayə axtarmağa gedirəm.

-      Məni dayə götür.

-      Sən oxuya bilirsən?

-      Elə mən bacarıram da, - deyə tülkü öyündü və nəvazişlə oxumağa başladı:

Laylay beşiyim laylay,

Evim eşiyim laylay!

-      Səni dayə götürürəm, sən çox gözəl oxuyursan, - deyə ayı riqqətə

gəldi və tülkünü evinə apardı.

Ertəsi gün ayı meşəyə ova getdi, tülkü isə bir iş görmək istəmirdi, ayı balalarını yedirtmədi, üst-başlarını təmizləmədi.

Axşam evə qayıdan ayı soruşdu:

-      Balalarıma yaxşı baxmısan?

-      Bütün gün onlara mahnı oxumuşam, - deyə tülkü cavab verdi. Ayı elə yorulmuşdu ki, daha heç nə soruşmadı.

¾   Səhərisi ayı yenə də meşəyə ova getdi. Tülkünün isə ayı balaları heç

vecinə də deyildi. Ayı balaları bütün gün ac və natəmiz dolaşırdılar.

Ayı axşam evə qayıtdı, gördü ki, balaları ağlayır, уеmәk istəyirlər. Bunu görən ayı qəzəblənib tülkünün payını vermək istəyirdi ki, hiyləgər tülkü bir sıçrayışla küçəyə, ordan da quyruğunu уellәуәrәk meşəyə qaçdı.

Oxunub 8347 dəfə