ŞELKUNÇİK VƏ SİÇANLAR PADŞAHI (I HİSSƏ)
Teodor Amadey Hofman
ŞELKUNÇİK VƏ SİÇANLAR PADŞAHI (I HİSSƏ)
YOLKA
Dekabrın iyirmi dördündə bütün günü tibb müşaviri Ştalbaumun uşaqlarına aralıq otağına girməyə icazə vermirdilər, ona bitişik qonaq otağına isə heç buraxmırdılar. Fris və Mari yataq otağında küncə çəkilib, bir-birinə qısılaraq oturmuşdular hava tamam qaralmışdı, uşaqlar çox qorxurdular, çünki otağa çıraq gətirməmişdilər; milad bayramı ərəfəsində belə də olmalıdır. Fris bacısına (qızın yeddi yaşı təzəcə tamam olmuşdu) pıçıltı ilə xəlvətcə xəbər verdi ki, bağlı otaqlardan səhər tezdən səs-кüу gəlirdi. Nəyi isə xışıldadır və astaca tıqqıldadırdılar. Qoltuğuna böyük bir yeşik vurmuş balaca, şübhəli bir adam dəhlizdən ötüb keçdi, amma Fris yəqin bilirdiki, bu onların kiİrvəsi Drosselmeyerdir. Mari sevincindən əl çalıb qışqırdı:
- Görəsən bu dəfə kirvəmiz bizə nə düzəldib?
Baş məhkəmə müşaviri Drosselmeyer göyçək deyildi: o, balaca, üzü qırış, arıq bir adamdı, sağ gözü üstündə qara sarğı var idi, başı tamam daz idi, buna görə də o, yaraşıqlı ağ parik qoyurdu: bu parik böyük məharətlə şüşədən qayrılmışdı. Kirvə özü çox bacarıqlı adam idi, hətta saatdan da başı çıxırdı, lap saat da qayıra bilirdi. Buna görə Ştalbaumgilin saatlarından biri şıltaqlıq etməyə başlayanda və zəng vurmayanda, həmişə kirvə Drosselmeyer gəlirdi. Şüşə parikini götürüb sarımtıl kaftanını çıxartdı, mavi döşlüyünü taxıb, ucu iti alətləri ilə saatı elə döyəcləyirdi ki, hətta balaca Marinin onlara lap yazığı gəlirdi; ancaq o, saatı korlamırdı, əksinə, saat yenidən dirilirdi, dərhal sevincək çıqqıldamağa, zəng vurub oxumağa başlayırdı, hamı da buna çox sevinirdi. Hər dəfə kirvənin cibində uşaqlar üçün maraqlı bir şey: ya gözlərini dolandıran, ayaqlarını bir-birinə döyən balaca adam olurdu, - ona baxanda gülrnəmək mümkün deyildi, - ya qutu olurdu, içindən hoppana-hoppana bir quş çıxırdı, ya da başqa bir şey. Milad bayramı üçün isə о həmişə çox əlləşib gözəl, qəribə oyuncaq düzəldərdi. Buna görə də valideynlər onun hədiyyəsini dərhal gizlədərdilər.
- Hə, kirvəmiz bu dəfə də bizə nə isə düzəldib! - Mari çığırdı. Fris yəqin etdi ki, kirvə bu il hökmən qala düzəldəcək, burda bər-bəzəkli balaca əsgərlər nizamla yeriməyi, silah işlətməyi öyrənəсәкlәг, sonra başqa balaca əsgərlər gəlib qalaya hücum edəcəklər, amma qaladakı əsgərlər, cəsarətlə onlara toplardan atəş açacaqlar, beləliklə hay-küy qopacaqdır.
- Yox, yox, - Mari Frisin sözünü kəsdi, - kirvə mənə gözəl bir bağ haqqında danışmışdı. Orada böyük göl var, bu göldə boyunları qızıl lentli göyçək sonalar üzür, gözəl nəğmələr oxuyurlar. Sonra bağdan balaca bir qız çıxacaq, gölün yanına gəlib sonaları çağıracaq, onlara şirin badam qurabiyəsi yedirdəcəkdir... Fris kobud hərəkətlə onun sözünü kəsdi:
- Sonalar badam qurabiyəsi yemir, kirvə isə böyük bir bağ düzəldə bilməz. Bir də ki, onun oyuncaqlarından bizə nə fayda? О saat tutub əlimizdən alırlar. Yox, atamın, anamın hədiyyələri mənim daha çox xoşuma gəlir, çünki özümüzdə qalır, nə istəsək edirik.
Uşaqlar valideynlərinin onlara nə bağışlayacağmı fikirləşib tapmağa çalışdılar. Mari dedi ki, xanım Trudxen (onun böyük kuklası) tamam xarab olub; çox yöndəmsizdir, elə hey döşəməyə yıxılır, üzü tamam ləkə-ləkədir, təmiz paltar geydirib gəzdirməyə dəyməz. Nə qədər danlasam da, kömək etmir. Bir də ki, Mari Qretanın balaca çətirinə heyran-heyran baxanda anası gülümsünmüşdü. Fris də inandırırdı kİ, onun saray tövləsində təkcə кәһәг at çatışmır, qoşununda isə süvarilər azlıq edir. Atası bundan xəbərdardır.
Xülasə, uşaqlar yaxşı bilirdilər ki, valideynləri onlara cürbəcür çoxluca gözəl hədiyyələr alıblar, indi də onları masanın üstünə düzürlər.
Tamam qaranlıq çökdü. Fris və Mari bir-birinə qısılıb oturmuşdular, bir söz belə deməyə cəsarət eləmirdilər; onlara elə gəlirdi ki, başlarının üzərində yavaş-yavaş qanadlar titrəşir, uzaqdan gözəl musiqi eşidilir. Birdən divara işıq zolağı düşdü. Elə bu vaxt zərif gümüş zınqırov çalındı: - «Dinn-dinn-dinn-dinn!» Qapılar taybatay açıldı, уоlка elə parladı ki, uşaqlar «va-ay» çığıraraq astanada donub qaldılar.
HƏDİYYƏLƏR
Mən bilavasitə sənə müraciət edirəm, əziz oxucum və ya dinləyicim, xahiş edirəm, üstü qəşəng əlvan hədiyyələrlə dolu bir masanı gözlərin qabağına gətir, onda sən asan başa düşərsən ki, uşaqlar heyrətdən yerlərində necə donub qalmışdılar, gözlərindən sevinc yağırdı. Mari yalnız bir qədər sonra dərindən nəfəs alıb çığırdı:
- Pəh-pəh, nə gözəldir, pəh-pəh, nə gözəldir! Fris isə bir neçə dəfə hoppandı, о belə şeylərdə mahir idi. Yəqin ki, uşaqlar bütün ili mehriban olub sözə baxmışdılar, çünki onlar bir dəfə də olsun bu günkü kimi qəribə, gözəl hədiyyələr almamışdılar.
Otağın ortasındakı böyük уоlка qızıl və gümüş almalarla bəzədilmişdi, bütün budaqların üstü isə çiçəklərə, qönçələrə bənzəyən şəkərli qozlarla, alabəzək konfetlərlə, xülasə, hər cür şirniyyatla dolu idi. Amma bu gözəl ağacı hər şeydən çox bəzəyən yüzlərcə xırda şamlar idi, onlar tutqun budaqlarda kiçik ulduzlar kimi parıldayırdı. İşığa qərq olub, ətrafda hər şeyi işıqlandıran уоlка elə bil gəl-gəl deyir, üstündə bitmiş çiçəkləri və meyvələri qırmağa çağırırdı. Ağacın dövrəsində hər şey əlvan idi, bərq vururdu. Orda nə yox idi! Bilmirəm bunu təsvir etməyə kimin hünəri çatar... Mari bəzəkli gəlincikləri, qəşəng oyuncaq qab-qacağı gördü, ancaq hər şeydən artıq onu sevindirən əlvan lentlərlə məharətlə bəzədilmiş ipək paltar idi. Paltarı elə asmışdılar ki, Mari ona hər tərəfdən tamaşa edə bilirdi. Qız paltara doyunca baxıb arabir deyirdi:
- Ah, nə gözəl, nə qəşəng paltardır, çox qəşəngdir. Onu geyməyə mənə izn verərlər, yəqin ki, verərlər, əlbəttə, verərlər!
Bu vaxt Fris, güman etdiyi kimi, hədiyyələr qoyulan masaya bağlanmış təzə кәһәг atı üç-dörd dəfə masanın ətrafında dördnala və yorğa çapmışdı. O, atdan düşəndə dedi ki, at lap xamdır, amma eyb etməz, özü onu öyrədər. Sonra o, qusarların yeni bölüyünü nəzərdən keçirdi; onlar zərbafta ilə tikilmiş çox qəşəng qırmızı mundir geymişdilər, gümüş qılınclarını oynadırdılar. Mindikləri atlar ağappaqdı, elə-bil onlar da xalis gümüşdən idi.
Uşaqlar təzəcə sakitləşib, masanın üstündə açılmış şəkilli kitabları götürmək istəyirdilər. Bu kitablarda cürbəcür qəşəng güllərin, rəngbərəng adamların və oynayan gözəl uşaqların şəkilləri var idi. Şəkildəki uşaqları elə təbii çəkmişdilər ki, sanki onlar canlı idilər, indicə dil açıb danışacaqdılar. Hə, uşaqlar həmin qəşəng kitabları götürmək istəyirdilər ki, yenə də zəng çalındı. Uşaqlar bilirdilər kİ, indi kirvə Drosselmeyerin hədiyyələrinə növbə çatır, odur ki, divara yaxın qoyulmuş masanın yanına qaçdılar. masanın qabağındakı arakəsmələri tez götürdülər. Uşaqlar nə görsələr yaxşıdır?! Çiçəklərlə dolu yaşıl çəmənlikdə çoxlu iri şüşəli pəncərələri və qızıl qüllələri olan qəşəng bir qəsr ucalırdı. Musiqi çalındı, qapı və pəncərələr taybatay açıldı, hamı gördü ki, salonlarda bapbalaca, amma çox zərif qayrılmış kişilər və xanımlar gəzişirlər, xanımların IəIəkli şlyapaları, uzun şleyfli paltarları var idi. İşığa qərq olan mərkəzi salonda (gümüş çilçıraqlarda çoxlu şam yanırdı) musiqi çalınır, gödək kamzol və tuman geymiş uşaqlar oynayırdılar. Zümrüd rəngli plaş gey-mis bir ağa pəncərədən boylanıb baxır, baş əyir və yenə də gizlənirdi, aşağıda, qəsrin qapısında isə kirvə Drosselmeyer görünür, yenə də qayıdıb gedirdi, ancaq onun boyu atanın çeçələ barmağından böyük olmazdı.
Fris masaya dirsəkləndi və balaca adamların rəqs edib gəzişdikləri bu qəribə qəsrə uzun müddət diqqətlə tamaşa etdi. Sonra xahişelədi:
- Kirvə, ay kirvə! Məni də qəsrinə burax!
Baş məhkəmə müşaviri dedi ki, bu heç mümkün deyil. O, haqlı idi: bütün qızıl qüllələri ilə birlikdə Frisdən balaca olan bu qəsrə Frisin girmək istəməsi axmaqlıq idi. Fris razılaşdı. Bir dəqiqə də keçdi, qəsrdə bayaqkı kimi kişilər və xanımlar gəzişir, uşaqlar rəqs edir, zümrüd rəngli balaca adam yenə də həmin pəncərədən boylanıb baxır, kirvə Drosselmeyer isə həmin qapıya yaxınlaşırdı. Fris səbirsizliklə çığırdı:
- Kirvə, indi də, bax, о biri qapıdan çıx! Baş məhkəmə müşaviri etiraz etdi:
- Əziz Frisxen, bu heç mümkün deyil. Fris sözünə davam etdi:
Onda, pəncərədən boylanan yaşıl adama de ki, başqaları ilə bir yerdə salonları gəzsin.
Bu da heç mümkün deyil, - baş məhkəmə müşaviri yenidən etiraz etdi.
Yaxşı, onda qoy uşaqlar aşağı düşsünlər, - Fris çığırdı. -Mən onlara yaxşı-yaxşı baxmaq istəyirəm. Baş məhkəmə müşaviri acıqlı-acıqlı dedi:
Bunların heç biri mümkün deyil. Mexanizm birdəfəlik qayrılıb, onu söküb düzəltmək olmaz.
Demək, belə! - Fris sözləri uzada-uzada dilləndi. - Bunların heç biri mümkün deyil... Bura bax, kirvə, qəsrdəki geyimli-keçimli balaca adamlar elə eyni şeyləri təkrar edirlərsə, onların nə mənası? Onlar mənə lazım deyil. Yox, mənim qusarlarım onlardan yaxşıdır! Onlar mən istədiyim kimi irəli-geri addımlayır, evdə qapanıb qalmırlar.
Fris bu sözləri deyib bayram masasına tərəf qaçdı, gümüş atlara minmiş böyük onun əmri ilə о baş bu başa capmağa, qılınc oynadıb güllə atmağa başladı. Mari də yavaşca oradan uzaqlaşdı, qəsrdəki balaca kukaların rəqsi və gəzintisi onu da darıxdırdı. Amma o, qardaşı Fris kimi etmədi, çalışdı ki, darıxdığını görən olmasın. Çünki o, mehriban və sözəbaxan qız idi.
Baş məhkəmə müşaviri narazı səslə valideynlərə dedi: - Belə ağıllı oyuncaq düşüncəsiz uşaqlar üçün deyil. Mən öz qəsrimi götürüb aparacağam.
Amma bu vaxt ana xahiş etdi ki, qəsrin içərisini və balaca adamları hərəkətə gətirən, məharətlə qayrılmış qəribə mexanizmi ona göstərsin. Drosselmeyer oyuncağı sökdü və yenidən qurdu. Yenə də onun kefi kökəldi və qəhvəyi rəngli gözəl balaca adamlardan bir neçəsini uşaqlara bağışladı; onların üzləri, əlləri və ayaqları qızıldan idi, hamısından dadlı kökə iyi gəlirdi. Fris və Mari buna sevindilər. Anasının arzusu ilə böyük bacı Luiza valideynlərinin bağışladıqları qəşəng paltarı geydi, bu paltar ona çox yaraşırdı. Mari isə xahiş etdi ki, təzə paltarını geyməmiş izn versinlər ona bir az da tamaşa eləsin; buna məmnuniyyətlə razı oldular.
İSTƏKLİ
Əslində isə Mari hədiyyələr qoyulan masanın yanından ona görə uzaqlaşmırdı ki, bayaq görmədiyi bir şey yalnız indi onun gözünə sataşmışdı. Frisin, sıra ilə lap yolkanın yanında dayanmış qusarları irəli yeriyən kimi qəribə balaca bir adam göründü. О, dinməz-söyləməz durmuşdu. Elə bil sakitcə öz növbəsini gözləyirdi. Doğrusu, onun bədəni bir qədər yöndəmsizdi: həddindən artıq uzun və yoğun bədən qısa və nazik ayaqların üstündə durmuşdu, deyəsən, elə başı da bir az böyük idi. Amma səliqəli geyimindən dərhal görünürdü ki, bu adam tərbiyəli və səriştəlidir. Onun əynində üstü xırda düymələrlə dolu olan zərbaftalı çox qəşəng, par-par parıldayan bənövşəyi qusar dolomanı, belə bir dar şalvar və yaraşıqlı uzunboğaz çəkmə var idi; çəkmələr nazik ayaqlara çox yaraşırdı, elə bil qələmlə çəkmişdilər. Əlbəttə, belə bir geyimdə onun çiyninə dar plaş salması mənasız görünürdü, sanki plaşı taxtadan kəsib düzəltmişdilər, başına isə qazmaçı papağı keçirmişdi. Lakin Mari fikirləşdi: «Axı, kirvə Drosselmeyer də çox pis plaş geyir və gülməli şlyapa qoyur, amma bunlar onun əziz, mehriban kirvə olmasına qətiyyən mane olmur». Bundan başqa, Mari belə bir nəticəyə gəldi ki, kirvə bu balaca adam kimi yaraşıqlı geyinmiş olsa da, xoşsifətlikdə heç vaxt ona çatmaz. Mari lap ilk baxışdan xoşuna gələn bu mehriban, balaca adama diqqətlə baxdıqda gördü ki, onun üzündən nur yağır. Bərəlmiş ala gözləri mehriban nəzərlərlə baxırdı. Bu balaca adamın çənəsini örtən ağ kağız saplardan qayrılıb səliqə ilə burulmuş saqqal ona çox yaraşırdı, axı, belə olduğuna görə mehriban təbəssüm onun al dodaqlarında daha aydın görünürdü.
Ah! - nəhayət, Mari çığırdı. - Ah, atacan, yolkanın altında dayanan о qəşəng, balaca adam kiminkidir?
Əziz balam, - atası cavab verdi, - o, sizin hamınız üçün ürəklə işləyəcək, onun işi bərk fındıqları səliqə ilə sındırmaqdır, onu həm Luiza üçün, həm də səninlə Fris üçün almışıq.
Ata bu sözləri deyib, balaca adamı ehtiyatla masanın üstündən götürdü, taxta plaşı qaldırdı, bu vaxt balaca adam ağzını çox geniş açdı və iki sıra ağappaq iti dişlərini göstərdi. Mari onun ağzına fındıq qoydu və balaca adam «çıqq» - fındığı sındırdı. Qabıq yerə töküldü, dadlı fındıq içi Marinin ovçuna düşdü. İndi artıq hamı, Mari də başa düşdü ki, bər-bəzəkli balaca adam Şelkunçiklər nəslindəndir və ulu babalarının peşəsini davam etdirir. Mari şadlığından bərk çığırdı, atası isə dedi:
- Mari balam, madam ki, Şelkunçik sənin ürəyinə yatıb, onun qayğısına sən özün qal, onu qoru, ancaq bayaq dediyim kimi, Luiza da, Fris də ondan istifadə edə bilərlər.
Mari dərhal Şelkunçiki götürdü və ona sındırmaq üçün fındıq verməyə başladı, ancaq qızcığaz, balaca adam ağzını çox açmasın deyə, lap xırda fındıq seçirdi, düzünü desək, ağzını geniş açmaq Şelkunçikə heç yaraşmırdı. Luiza da Mariyə qoşuldu və lütfkar Şelkunçik onun üçün də zəhmət çəkdi, adama elə gəlirdi ki, o, öhdəsinə düşən vəzifəni böyük məmnuniyyətlə yerinə yetirir, çünki hey mehriban-mehriban gülümsəyirdi.
At çapmaq və addımlamaq bu müddətdə Frisin lap zəhləsini tökdü. Fındıqların tez-tez sındığını eşitdikdə, о da fındığın dadına baxmaq istədi. Fris bacılarının yanına qaçdı, əldən-ələ кеçən və yorulmadan ağzını açıb-yuman gülməli balaca adamı gördükdə ürəkdən qəhqəhə çəkdi. Fris onun ağzına böyük və bərkfındıqları dürtürdü, birdən bərk şaqqıltı eşidildi - şaq-şaq! - Şelkunçikin üç dişi düşdü və alt çənəsi laxlayıb sallandı.
- Ah, yazıq mehriban Şelkunçik! - Mari çığırdı və onu Frisin əlindən aldı.
Fris dedi:
- Bu nə səfehdir! Fındıq sındırmaq istəyir, amma dişləri heç nəyə yaramır. Yəqin heç öz işini də bilmir. Mari, onu bura ver! Qoy mənim üçün fındıq sındırsın. О biri dişlərini də, üstəlik çənəsini də sındırsa, eyb etməz. Bu avaranın nazı ilə oynamaq lazım deyil!
Mari ağlaya-ağlaya çığırdı:
Yox, yox, əziz Şelkunçikimi sənə vermərəm. Gör mənə necə yazıq-yazıq baxır, yaralı ağzını göstərir! Sən qəddarsan, öz atlarını da döyürsən, hələ əsgərlərinin bir-birini öldürməsinə də razı olursan.
Gərək belə də olsun, sən bunu başa düşməzsən! - Fris çığırdı. - Şelkunçik təkcə səninki deyil, həm də mənimkidir. Ver bura!
Mari hönkür-hönkür ağladı və xəstə Şelkunçiki tez təzə yaylığa bükdü. Elə bu vaxt qızın ata-anası kirvələri Drosselmeyerlə birllikdə gəlib çıxdılar. Kirvə Frisin tərəfini saxladığına görə Mari pərt oldu, amma atası dedi:
- Mən Şelkunçiki qəsdən Marinin himayəsinə verdim. Görürəm ki, Şelkunçik indi Marinin qayğısına daha çox möhtacdır. Buna görə də qoy Şelkunçik onun ixtiyarında olsun, heç kəs də bu işə qarışmasın. Doğrusu, mənə lap qəribə gəlir ki, Fris iş vaxtı şikəst olan bir kəsdən yenə ona xidmət etməsini tələb eləyir. O, əsl hərbiçi kimi bilməlidir ki, heç vaxt yaralıları sırada saxlamırlar.
Fris çox pərt oldu, fındıqlardan və Şelkunçikdən əl çəkib, yavaşca masanın о biri tərəfinə keçdi. Onun süvariləri burada qayda ilə gözətçilər qoyub, yatışırdılar. Mari Şelkunçikin yerə tökülmüş dişlərini yığdı; onun zədələnmiş çənəsini gözəl ağ lentlə bağladı. О bu lenti öz paltarından qopartmışdı; sonra yazıq balaca adamı böyük qayğı ilə yaylığa bürüdü; balaca adamın rəngi qaçmışdı, görünür qorxmuşdu. Qız ona körpə uşaq kimi layla deyə-deyə başqa hədiyyələr arasındakı təzə kitabın gözəl şəkillərinə baxmağa başladı. Kirvə belə bir eybəcərin nazını çəkən qızcığaza lağ edib güləndə, Mari bərk hirsləndi, halbki, о heç vaxt hirslənməzdi. Balaca adama Ьаxarkən Marinin ağlına gəldi ki, Drosselmeyerlə onun arasında qəribə bir oxşayış var. О çox ciddi bir tərzdə dedi:
- Əziz kirvə, görəsən, sən də Şelkunçik kimi geyimli-keçimli olsaydın və belə qəşəng, parıltılı çəkmə geysəydin, mənim əziz Şelkunçikim kimi gözəl olardınmı?
Mari başa düşə bilmədi ki, ata-anası nə üçün belə ucadan güldü, nə üçün baş məhkəmə müşavirinin burnu qızardı və nə üçün indi о hamı ilə bir yerdə gülmür. Əlbəttə, bunun öz səbəbləri vardı.
MÖCÜZƏLƏR
Ştalbaumgilin qonaq otağına girən kimi, lap qapının yanında, sol tərəfdə, geniş divarın yanında hündür şüşə şkaf qoyulub. Uşaqlar hər il onlara verilən gözəl bəxşişləri bura yığırlar. Luiza hələ lap balaca ikən atası bu şkafı çox mahir bir dülgərə sifariş etmişdi. Dülgər bu şkafa çox şəffaf şüşələr salmış və şkafın hər yerini elə məharətlə düzəltmişdi ki, oyuncaqları ora qoyanda daha parlaq və gözəl görünürdü, halbuki ələ götürüb baxanda onlar belə qəşəng görünmürdü. Mari ilə Frisin əlləri çatmayan yuxarı rəfdə cənab Drossel-meyerin düzəltdiyi qəribə şeylər düzülmüşdü; sonrakı rəf şəkilli kitablar üçün ayrılmışdı; aşağıdan iki rəfə isə Mari ilə Fris istədikləri şeyləri qoya bilərdilər. Mari aşağı rəfdə kuklalar üçün həmişə otaq düzəldir, Fris isə öz qoşunlarını onun üstündəki rəfdə yerləşdirirdi. Bu gün də belə oldu. Fris yuxarıda qusarları düzdüyü vaxt Mari, xanım Trudxeni aşağıda bir tərəfə qoydu, təzə, yaraşıqlı gəlinciyini gözəl bəzədilmiş otaqçada oturtdu və ona qonaq olmaq istədi. Dedim ki, otaqça gözəl bəzədilmişdi, doğrudan da, belə idi: burada kiçik, ala-bəzək divan, bir neçə kiçik, çox qəşəng stul, balaca, gözəl masa və çox gözəl, yaraşıqlı, par-par parıldayan kiçik çarpayı var idi. Çarpayının üstündə isə dünyanın ən gözəl gəlincikləri yatmışdı. Bunlar həmin şkafın bir küncünə yığılmışdı. şkafın həmin yerində divarlara hətta rəngbərəng şəkillər yapışdırılmışdı. Əlbəttə, taza gəlincik Klerxen burda özünü çox yaxşı hiss edirdi. Mari həmin axşam öyrənmişdi kİ, onun adı Klerxendir.
Axşamdan xeyli keçmişdi. Gecə yarı olurdu, kirvə Drosselmeyer çoxdan getmişdi. Ana isə uşaqları dilə tutub yatırtmaq istəsə də, onlar şüşə şkafdan ayrıla bilmirdilər.
Nəhayət, Fris qışqırdı:
- Hə, düzdür, bu yazıqlar da gərək dincəlsinlər. (O öz qusarlarını deyirdi) Mənim yanımda onlardan heç biri mürgüləyə bilməz. Mən buna əminəm!
Bu sözləri deyib getdi. Mari isə yazıq-yazıq yalvarırdı:
- Anacan, qoy bircə dəqiqə, lap bircə dəqiqə burda qalım! Mənim о qədər işim var ki, görüb qurtaran kimi yataram.
Mari çox ağıllı, sözəbaxan qız idi. Buna görə anası onu yarımca saat oyuncaqların yanında tək qoyub gedə bilərdi. Marinin başı təzə gəlincik və başqa əyləncəli oyuncaqlara qarışar, şamları söndürməyi unuda bilərdi, ona görə də ana şkafın ətrafında yanan bütün şamları söndürdü, otaqda təkcə tavanın ortasından asılmış çıraq yanırdı, onun mülayim işığından rahatlıq duyulurdu.
Ana yataq otağına gedərkən dedi:
- Mari, qızım, çox oyaq qalma, yoxsa səhər səni oyada bilmərəm.
Mari tək qalan kimi çoxdan ürəyində tutduğu işə başladı, heç özü də bilmirdi ki, nə üçün bunu anasına belə açıb deməyə cürət etmir. O, hələ də dəsmala bükülmüş Şelkunçikə layla deyirdi. İndi qız Şelkunçiki ehmalca masanın üstünə qoydu, yavaş-yavaş dəsmalı açdı və onun yaralarına baxdı. Şelkunçikin rəngi tamam qaçsa da, elə yazıq-yazıq, mehriban-mehriban gülümsəyirdi ki, Marini çox mütəəssir elədi.
- Ah, Şelkunçik, əzizim, - Mari pıçıldadı. - Yalvarıram, səni incitdiyi üçün Frisə acığın tutmasın, axı, o, qəsdən eləmədi. Ağır əsgər həyatı onu kobudlaşdırıb, yoxsa o,çox yaxşı oğlandır, sözlərimə inan! Mən isə səni qoruyacağam. Sağalınca, kefin kökəlincə sənə qulluq edəcəyəm. Sənə möhkəm dişlər salmaq, sənin əngini düzəltmək kirvə Drosselmeyerin işidir, o, belə şeylərin ustasıdır.
Ancaq Mari sözünü deyib qurtarmadı. O, Drosselmeyerin adını çəkəndə Şelkunçik birdən üz-gözünü turşutdu və onun gözlərində yaşıl qığılcımlar oynadı. Mari az qala bərk qorxacaqdı ki, elə bu vaxt mehriban Şelkunçikin yazıq-yazıq gülümsəyən sifəti yenə də onun gözünə sataşdı, qız indicə başa düşdü ki, Şelkunçikin üzünü çırağın küləkdən titrəyən şöləsi eybəcərləşdiribmiş.
- Eh, mən də əcəb axmağam! Niyə qorxdum, hələ fikirləşdim də ki, guya taxta kukla üz-gözünü turşuda bilərmiş! Hər halda mən Şelkunçiki çox sevirəm. Çünki о elə gülməli, elə mehribandır ki... Hə, bax, elə buna görə mən ona gərək yaxşı qulluq edəm.
Mari bu sözləri deyib, öz Şelkunçikini qucağına aldı və şüşə şkafa yaxınlaşdı, çöməlib təzə gəlinciyə belə dedi:
- Xanım Klerxen, səndən çox xahiş edirəm, öz yorğan-döşəyini yazıq, xəstə Şelkunçikə verəsən. Özün divanda birtəhər gecələ. Bir fikirləş, axı sən çox möhkəmsən, bir də ki, lap sağlamsan, sifətin gipgirdə, yanaqların qıpqırmızıdır, həm də heç bir gəlinciyin, ən gözəlinin də belə rahat divanı olmur!
Bayram paltarı geyib özünü çəkən xanım Klerxen qaşqabağını tökdü, ancaq bir söz demədi.
- Mən niyə bunun nazı ilə oynayıram, - deyib Mari rəfdən çarpayını götürdü. Şelkunçiki ehtiyatla, qayğı ilə oraya uzatdı, qurşaq əvəzinə bağladığı qəşəng lentlə onun zədələnmiş çənəsini sarıdı və yorğanla üstünü burnuna qədər örtdü.
Mari fikirləşdi: «Şelkunçiki tərbiyəsiz Klaranın yanında qoymaq olmaz», buna görə də çarpayını Şelkunçikİə birlikdə götürüb üst rəfə qoydu. Bura gözəl bir kənd idi. Frisin qusarları da burda idilər. Mari şkafı örtdü və yataq otağına getmək istəyirdi ki, birdən... uşaqlar, diqqətlə qulaq asın, birdən otağın hər yerində - sobanın, stullarının, şkafların dalında - lap yavaşca, xısın-xısın danışıq, pıçıltı və xışıltı eşidildi. Divardakı saat get-gedə daha bərk çıqqıldadı, xırıldadı, amma on ikini heç cür vura bilmədi. Mari baxıb gördü ki, saatın üstündə oturan qızıl suyuna çəkilmiş уекә bayquş qanadlarını salladıb, saatı tamam örtmüş və pişik başına oxşayan, əyri dimdikİi eybəcər başını qabağa uzatmışdır. Saat isə get-gedə daha bərk xırıldayırdı. Mari açıq-aydın eşitdi.
- Çıq-ha-çıq, çıq-ha-çıq! Belə xırıldama bərk! Siçanlar padşahı eşidəcək! Tıq-ha-tıq, bum-bum-bum! Əcəb saatsan, çaldığın havalar köhnədir yaman! Tıq-ha-tıq, bum-bum-bum! Di tez zəngi çal: padşah gələcək, tez ol, haray sal!
Birdən... saat boğuq və xırıltılı bir səslə on iki dəfə zəng vurdu: «Bim-bom, bim-bom!» Mari bərk qorxdu, az qala qaçacaqdı. Amma birdən gördü ki, saatın üstündə bayquşun yerində kirvə Drosselmeyer əyləşib, sarı kaftanının ətəklərini hər iki tərəfə qanad kimi salladıb. Qız ürəkləndi, ağlamsına-ağlamsına çığırdı:
- Kirvə, ay kirvə, ora niyə çıxmısan? Aşağı düş, məni qorxutma, eybəcər kirvə!
Elə bu vaxt hər tərəfdən qəribə hırıltı və ciyilti eşidilməyə başladı, divarın dalında qaçışır, tappıltı salırdılar, elə bil minlərlə xırdaca ayaqların səsi idi. Döşəmənin yarıqlarından minlərlə xırdaca işıqlar göründü, Yox, bunlar xırdaca işıqlar deyildi, bapbalaca işıltılı gözlər idi. Mari gördü ki, döşəmənin hər yerindən siçanlar boylanıb çıxırlar. Çox keçmədi ki, bütün otağı tappıltı, şaqqıltı bürüdü! Siçanların gözləri getdikcə daha çox işıldayırdı, siçan qoşunu getdikcə çoxalır, saysız-hesabsız olurdu; nəhayət, siçanlar sıraya düzüldülər. Fris döyüşdən qabaq öz balaca əsgərlərini belə düzürdü. Bu, Mariyə çox gülməli göründü; o, bəzi uşaqlara oxşamamışdı, siçanlardan heç iyrənmirdi. Onun qorxusu az qala keçib getmişdi. Amma birdən elə dəhşətli və kəskin ciyilti eşidildi ki, qızın tükləri ürpəşdi. Vay, o, nə görsə yaxşıdır! Doğrusunu desək əziz oxucum, mən çox gözəl bilirəm ki, sən də müdrik, cəsur sərkərdə Fris Ştalbaum kimi qorxmaz adamsan, ancaq Marinin gördüyünü sən görsə idin, sözün düzü, qoyub qaçardın. Hətta mənə elə gəlir ki, sən qaçıb öz yatağına girərdin, hələ lazım gəlməsə, yorğanı da başına çəkərdin. Ah, yazıq Mari bunu edə bilmədi. Bilirsinizmi niyə, uşaqlar, hələ siz bir qulaq asın, birdən elə bil zəlzələ oldu, lap onun qabağına yağış kimi torpaq əhəng və kərpic qırıntıları töküldü, döşəmənin altından iyrənc bir fışıltı və ciyilti ilə yeddi siçan başı çıxdı. Hər başda par-par parıldayan tac var idi. Tezliklə bütün bədən çıxdı, bu yeddi başı saxlayan bədən! Bütün qoşun yeddi taclı уекә siçanı bir ağızdan bərk ciyilti ilə üç dəfə salamladı. Sonra qoşun dərhal hərəkətə gəlib şkafa tərəf düz Marinin üstünə getdi; qızcığaz hələ də şüşə qapıya qısılıb qalmışdı.
Onsuz da vahimədən Marinin ürəyi bərk döyünürdü, qız qorxurdu ki, ürəyi indicə sinəsindən çıxıb düşəcək, axı, onda Mari ölərdi. Indi isə qıza elə gəlirdi ki, onun damarlarında qan donub qalmışdır. Mari huşunu itirərək səndələdi, amma birdən belə bir səs qopdu: daranq! Cırınq!.. Marinin dirsəyi ilə sındırdığı şüşənin qırıntıları yerə töküldü. Qız həmin dəqiqə sol qolunda bərk ağrı hiss etdi, ancaq ürəyi skitləşdi: daha o, zingilti və ciyiltini eşitmirdi. Hər şey bircə anda sükuta qərq oldu. O, gözlərini açmağa cəsarət etməsə də, elə bilirdi ki, şüşənin cingiltisi siçanları qorxutmuşdur və onlar qaçıb yuvalarında gizlənmişlər.
Yenə də görəsən nə oldu? Marinin arxasında şkafda qəribə səs-küy qopdu, çox nazik səslər eşidildi:
- BöIük düzlən! BöIük düzlən! Döyüşə, irəli! Gecəyarıdır! BöIük, düzlən! Döyüşə irəli!
Sonra balaca zənglərin xoş və ahənkdar çalğısı başlandı.
- Hə, bu ki, mənim musiqi sandıqçamdır! - deyib Mari sevindi və tez şkafdan кәnага çəkildi.
Birdən о gördü ki, şkafdan qəribə işıq gəlir, içəridə kim isə əlləşir, vurnuxur.
Kuklalar bir-birinə qarışıb, о yan-bu yana qaçışır və xırdaca əllərini yellədirdilər. Birdən Şelkunçik yerindən qalxdı, yorğanı üstündən atdı və çarpayıdan sıçrayıb ucadan çığırdı:
- Şaq-şaq-şaq-şaraq, axmaq siçanlara bax! Siçan polku dayan bir, ölüm səni gözləyir. Şaq-şaraq, siçanlara bax!
Belə deyib, о öz balaca qılıncından yapışdı, onu havada oynadaraq bağırdı:
- Ey mənim sadiq adamlarım, dostlarım, qardaşlarım! Ağır vuruşmada mənim arxamda dura bilərsinizmi?
Üç oyunbaz, Pantalone, dörd bacatəmizləyən, iki küçə çalğıçısı və təbilçi dərhal ona hay verdilər.
- Bəli, bizim hökmdar, biz ölənəcən sizə sadiqik! Bizi döyüşə aparın, уa ölərik, уa da qalib gələrik. Onlar Şelkunçikin dalınca cumdular, o, ruhlanıb cəsarətlə üst rəfdən yerə sıçradı.
Şelkunçik döşəməyə sıçrayan kimi, yenidən zingilti və ciyilti başladı. Demə, böyük masanın altında saysız-hesabsız qəzəbli siçan qoşunu toplanıbmış, onların da qabağında yeddibaşlı iyrənc siçan durmuşdu!
Görəsən nə olacaq?
DÖYÜŞ
Şelkunçik ucadan komanda verdi:
- Təbilçi, mənim sadiq təbəəm, ümumi hücum siqnalı çal! Təbilçi dərhal təbili elə məharətlə döyməyə başladı ki, şkafın şüşə qapıları titrəyib cingildədi. Şkafda nə isə guruldayıb şaqqıldadı, Mari Frisin qoşunları yerləşən bütün qutuların birdən-birə açıldığını və əsgərlərin qutulardan birbaş alt rəfə tullandıqlarını, orada qayda ilə sıraya düzüldüklərini gördü. Şelkunçik sıraların qabağında о tərəf-bu tərəfə qaçıb nitq söyləyir, qoşunu ruhlandırırdı. Şelkunçik qəzəblə çığırdı:
- Hanı bu alçaq şeypurçular? Niyə çalmırlar? - Sonra o, tez, bir az rəngi qaçmış, uzun çənəsi tir-tir əsən Pantaloneyə tərəf döndü, təntənəli bir səslə dedi: - General, mən sizin qoçaq və təcrübəli olduğunuzu bilirəm. Hər şey vəziyyəti düzgün müəyyən edib fürsətdən istifadə etməyi bacarmaqdan asılıdır. Bütün süvarilərə və topçulara komandanlıq etməyi sizə tapşırıram. Sizə at lazım deyil, ayaqlarınız çox uzundur, elə öz ayaqlarınızla da yaxşı çapa bilərsiniz. Borcunuzu yerinə yetirin!
Pantalone uzun arıq barmaqlarını dərhal ağzına saldı və kəskin bir fit çaldı, elə bil yüz tütək birdən dilləndi. Şkafda kişnərti və tappıltı eşidildi - bir baxın! - Frisin süvari və piyadaları göründü, hamısından qabaqda isə bər-bəzəkli təzə qusarlar yürüşə başladıiar və tezliklə aşağıya, döşəməyə endilər. Budur, alaylar bayraqlarmı yellədərək təbil çala-çala bir-birinin ardınca Şelkunçikin qabağından keçib getdilər və otağın eni ilə geniş sıralara düzüldülər. Topçular Frisin bütün toplarını gurultu ilə irəli aparıb atəşə başladılar: bom-bom!.. Siçanların sıx dəstələrinə şirni yumrularının necə yağdığını, onların şəkər tozu ilə ağappaq ağardıqlarını və buna görə də siçanların hətta özlərini itirdİiklərini Mari öz gözlərilə gördü. Anasının ayaqlarını qoyduğu kiçik skamyanın üstünə çıxan ağır batareya siçanlara hamıdan çox ziyan vurdu. Bu batareya arası kəsilmədən bom-bom edərək atəş açmış, düşməni kiçik qoğallara tutub, çoxlu siçan qırmışdı.
Buna baxmayaraq siçanlar hey hücum edirdilər, hətta bir neçə top ələ keçirmişdilər; lakin bu vaxt bərk һау-küy və gurultu qopdu, tüstü və toz olduğundan Mari nə baş verdiyini çətinliklə ayırd edə bildi. Bir şey məlum idi: hər iki ordu böyük qəzəblə vuruşur, gah bu, gah da о biri tərəf qalib gəlirdi. Siçanlar döyüşə hey yeni qüvvələr сәкib gətirirdilər, onların məharətlə atdıqları gümüşü həblər şkafa qədər gedib çatırdı. Klerxen və Trudxen rəfdə о baş-bu başa qaçır, ümidsizliklə çırpınırdılar. Klerxen fəryad edirdi:
- Görəsən mən belə cavan ikən öləcəyəm, mənim kimi gözəl kukla doğrudanmı öIəcək?!
Trudxen ağı deyirdi:
- Mən burda, dörd divar arasında ölmək üçünmü belə yaxşı qalmışam?!
Sonra onlar qucaqlaşdılar və bərkdən elə ağlaşdılar ki, hətta vuruşmanın gurultusu onların səsini batıra bilmədi.
Mənim əziz dinləyicilərim, siz burda nələr olduğunu, əlbəttə, təsəvvür belə edə bilmirsiniz. Toplar dalbadal atılırdı: gup-gup!.. Taq-taraq, taq-taraq!.. Bom-bom-bom-bom! Sonra siçanlar padşahı və siçanlar ciyildəyirdi, bu vaxt yenidən döyüşə komandanlıq edən Şelkunçikin müdhiş və güclü səsi eşidilirdi. Atəş altında öz batalyonlarına onun necə baş çəkdiyi də görünürdü.
Pantalone böyük şücaət göstərib bir neçə dəfə süvariləri həmləyə aparmış və şöhrət qazanmışdı. Lakin siçan topları Frisin qusarlarına üfunətli, iyrənc mərmilər yağdırırdı. Bunlar da əsgərlərin qırmızı mundirlərinə çox pis ləkələr saldığından, qusarlar irəli getmək istəmirdilər. Pantalone onlara «soldan, geriyə» dönməyi əmr etdi və sərkərdə olmasından ruhlanıb özü də sola döndü. Piyadalar və süvarilər də onun kimi etdilər və bütün süvari qoşun çıxıb getdi. Kiçik ayaq skamyasında mövqe tutan batareyanın vəziyyəti indi çox təhlükəli idi; çox keçmədi ki, iyrənc siçan dəstələri axışıb gəldi və onlar elə qəzəblə həmlə etdilər ki, skamyanı toplarla və topçularla birlikdə yerə yıxdılar. Görünür, Şelkunçik özünü itirdiyindən sağ cinahda geriyə çəkilməyi əmr etdi. Belə vəziyyət az qala döyüş meydanından qaçmağa bərabər kimidir, sən isə mənimlə birlikdə dərd çəkirsən ki, Marinin sevimlisi Şelkunçikin ordusu məğlubiyyətə uğraya bilər. Amma bu basqından üzünü кәnаг tutma, Şelkunçik ordusunun sol cinahına bir nəzər sal, orda hər şey öz qaydasındadır, polkovnik də, ordusu da ümidlərini qətiyyən üzməyiblər. Vuruşmanın şiddətli yerində süvari siçan dəstələri komodun altından sivişib çıxdılar və iyrənc civilti ilə Şelkunçik ordusunun sol cinahına qəzəblə hücum çəkdilər, amma onlar yaman müqavimətə rast gəldilər! Şkafın кәnarı ilə keçib getməli olan sovqatlı kuklacıqlar korpusu kələ-kötür yerdən mümkün qədər ehtiyatla çıxdı və ikiİ Çin imperatorunun başçılığı altında sıraya düzüldü. Bağbanlardan, tirollulardan, tunquslardan, bərbərlərdən, təlxəklərdən, mələklərdən, şirlərdən, pələnglərdən, meymunlardan ibarət olan bu qoçaq, ala-bəzək, geyimli-keçimli möhtəşəm alaylar soyuqqanlıqla, cəsarət və təmkinlə vuruşurdular. Əgər qoçaq bir düşmən rotmistri dəlicəsinə, cəsarətlə Çin imperatorlarından birinin üstünə atılıb onun başını dişləri ilə qoparmasaydı, о da yıxılarkən iki tunqusu və meymunu əzməsəydi, bu seçmə batalyon spartalılar kimi mərdliklə düşmən üzərində qələbə çalardı. Bunun nəticəsində cəbhə yarıldı, düşmən də oraya cumdu və tezliklə bütün batalyon gəmirilmiş oldu. Amma düşmən bu vəhşilikdən çox da xeyir görmədi. Siçan süvarilərindən qaniçən bir əsgər öz cəsur düşmənlərindən birini yarıyacan gəmirmişdi ki, çaplı kağız parçası düz onun boğazına girdi, о da yerindəcə can verdi. Amma bundan Şelkunçik ordusuna kömək oldumu? Bu ordu geri çəkilməyə başladı, elə hey geri çəkildi və getdikcə daha çox itki verdi, elə oldu ki, tezliklə şkafın lap yanında, bədbəxt Şelkunçik başda olmaqla, döyüşən bir dəstə qoçaq əsgər qaldı. «Ehtiyat qüvvələr, buraya! Ey Darbalaq, TəIxək, təbilçi, hardasınız?» - Şelkunçik çağırmağa başladı, o, ümidini şüşə şkafdan çıxıb köməyə gəlməli olan təzə qüvvələrə bağlayırdı. Doğrudur, oradan bir neçə qəhvəyi balaca adam çıxdı, bunlar Torn sakinləri idi, qızıl sifətləri vardı, dəbilqələri və şlyapaları qızıldan idi; amma onlar elə bacarıqsız vuruşurdular ki, bircə dəfə də olsun düşməni vura bilməmişdilər, hələ üstəlik, öz sərkərdələri Şelkunçikin başından papağını vurub sala bilərdilər. Tezliklə düşmən nişançıları onların ayaqlarını gəmirdilər, onlar isə yıxılır, yıxıldıqca da Şelkunçikin çoxlu silahdaşını basıb əzirdilər.
Hər tərəfdən düşmənin sıxışdırdığı Şelkunçik böyük təhlükədə idi. O, şkafdan tullanmaq istəyirdi, ancaq ayaqları çox gödək idi. Klerxenin və Trudxenin ürəyi getdiyindən, ona kömək edə bilməzdilər. Qusarlar və draqunlar onun yanından çaparaq ötüb birbaş şkafa getdilər. Bunu görüb o, lap ümidsizləşdi və ucadan qışqırdı:
- At verin mənə, at! Bir at üçün səltənətimin yarısını verərəm. Elə bu vaxt iki düşmən atıcısı onun taxta plaşından yapışdı və siçanlar padşahı Şelkunçikin yanına sıçradı. Onun yeddi başının yeddisi də qalib səslə ciyildədi.
Daha Marinin halı özündə deyildi. О çığırdı:
- Ah, mənim yazıq Şelkunçikim! - Hıçqıraraq, qeyri-ixtiyari, sol ayağından başmağını çıxarıb, var gücü ilə siçanların cəmləşdiyi yerə, düz onların padşahına tulladı.
Dərhal hər şey alt-üst oldu. Marinin sol dirsəyi isə əvvəlkindən daha bərk ağrıdı və qız özündən gedib döşəməyə yıxıldı.
XƏSTƏLİK
Mari dərin bihuşluqdan ayılıb gördü ki, öz yatağında uzanmışdır, buz bağlamış pəncərələrdən gözqamaşdıran parlaq günəş otağı işıqlandırır. Qızın yatağının yanında yad bir adam əyləşmişdi. Mari tezliklə onu tanıdı, o. cərrah Vendelştern idi. Cərrah yavaşca dedi:
- Axırı kİ, ayıldı...
Bu vaxt Marinin anası gəlib çıxdı, qorxa-qorxa, maraqla ona baxdı.
Mari dili dolaşa-dolaşa dedi:
Ah, anacan, de görüm murdar siçanlar rədd olub getdilər? Qoçaq Şelkunçik xilas oldu?
Marixen, əzizim, boş-boş danışma, - anası etiraz etdi. - Sənin Şelkunçikin siçanların nəyinə gərəkdir? Amma sən pis qızsan, bizi yaman qorxutdun. Uşaqlar özbaşınalıq edəndə, ata-analarına qulaq asmayanda, həmişə belə olur. Sən dünən gecəyarıyacan kukla ilə oynamısan, sonra da mürgüləmisən, təsadüfən qaçıb gedən bir siçan, yəqin ki, səni qorxudub, axı bizim evdə heç siçan olmur. Xülasə, dirsəyinlə vurub şkafın şüşəsini sındırmısan, öz qolunu da yaralamısan. Yaxşı ki, şah damarın kəsilməyib! Cənab Vendelştern indicə sənin yarandan ilişib qalmış şüşə qırıqlarını çıxartdı, deyir ki, sən ömürlük şİikəst qala bilərmişsən, hətta səni qan apara bilərmiş. Allaha çox şükür ki, mən gecə oyandım, səni yatağında görməyib qonaq otağına getdim. Sən şkafın yanında, döşəmədə bihuş uzanmışdın, tamam qan içində idin. Az qala qorxudan mən özüm də huşumu itirəcəkdim. Sən döşəmədə uzanmışdın, Frisin qalay əskərləri, cürbəcür kuklalar, qoğal adamlar sənin yan-yörənə dağılmışdı. Şelkunçiki sol əlində tutmuşdun, əlinin qanı axırdı, başmağın isə kənara düşmüşdü...
Ah, anacan, anacan! - deyib Mari onun sözünü kəsdi. - Bunların hamısı kuklalarla siçanların böyük vuruşmasının izləri idi! Elə mən də ondan qorxmuşdum ki, siçanlar yazıq Şelkunçikiİ əsir almaq istəyirdilər. O, kuklа qoşununun komandanı idi. Mən də başmağımı siçanlara tulladım, sonra nə olduğunu bilmirəm.
Həkİm Vendelştern anaya göz vurdu, о da Marini mehriban-mehriban dilə tutdu:
- Yaxşı, yaxşı, əziz balam, saKİt ol! Siçanların hamısı qaçıb, Şelçunçik də şkafda, şüşənin dalında sağ-salamatdır.
Bu vaxt tibb müşaviri yataq otağına girdi və cərrah Vendelşternlə xeyli söhbət etdi, sonra Marinin nəbzini yoxladı, Qız onların söhbətini eşitdi, deyirdilər ki, yaranın qızdırmasından sayıqlayır.
Mari bir neçə gün yataqda qalıb dərman atmalı oldu, halbuki dirsəyindən başqa heç bir yeri ağrımırdı. O, bilirdi ki, əziz Şelkunçiki döyüşdən sağ-salamat çıxıb, bəzən də ona yuxu kimi elə gəlirdi ki, guya Şelkunçik çox kədərli də olsa, açıq-aydın bir səslə Mariyə deyir:
- Mari, mən sizə çox borcluyam, ancaq siz mənim üçürı hələ çox şey edə bilərsiniz.
Mari çox fikirləşirdi, görən bu nə ola bilər, amma ağlına bir şey gəlmirdi. Qolu ağrıdığına görə, о istədiyi kimi oynaya bilmirdi, kitab oxumaq və ya şəkilli kitabları vərəqləmək istəyəndə gözləri alacalanırdı. Odur ki, bu məşğuliyyətdən də əl çəkməli olurdu. Buna görə də Mariyə elə gəlirdi ki, vaxt çox ləng keçib gedir; qız darıxır, qaranlığın düşməsini, onun çarpayısı yanında anasının əyləşib cürbəcür qəribə əhvalatlar danışmasını, kitab oxumasını səbirsizliklə gözləyirdi.
Anası şahzadə Fakardinin maraqlı nağılını qurtarmaqda idi ki, birdən qapı açıldı və kirvə Drosselmeyer içəri girib dedi:
- Hə, bir qoyun görüm bizim yazıq yaralı Marimiz necədir! Mari kirvəni həmişki kimi sarı kaftanında görüb, Şelkunikin siçanlarla vuruşmada məğlub olduğu gecəni gözləri qarşısına gətirdi. O, qeyri-iradi olaraq baş məhkəmə müşavirinin üstünə çığırdı:
- Ay kirvə, sən nə pis adamsan! Saatın üstündə sənin necə oturub qanadlarını salladığını yaxşıca gördüm. Elə etmişdin ki, saat yavaş zəng vursun, siçanları qorxutmasın. Siçanlar padşahını sənin necə çağırdığını yaxşıca eşitdim. Sən niyə Şelkunçikin köməyinə gəlmədin, sən niyə mənim köməyimə gəlmədin, eybəcər kirvə? Bütün günahlar təkcə səndədir. Əlimi də sənin üstündə kəsmişəm, indi də yorğan-döşəyə düşmüşəm.
Ana qorxa-qorxa soruşdu:
- Əziz Mari, sənə nə olub?
Amma Kİrvə üz-gözünü turşudub cırıltılı, yeknəsəq səslə dedi:
- Kəfgir çıqqıldayaraq, gəzişir sağa, sola, oxuyur tıq-qa-traq! Kəfgİr səs salsın gərək, oxusun, çalsın gərək zəng vuranda, bim-bim-bim, vaxt çatıb, bilsin hər kim. Qorxma, dostum, ol rahat, vaxtında vurur saat. Siçanların qoşunu qırılacaq, qaçacaq, sonra bayquş uçacaq. Bi-ir-iki, bi-ir-iki Yenə vaxta az qalır, odur saat zəng çalır. Kəfgir çıqqıldayaraq gəzişir sağa, sola: tıq-qa-tıq, trıq-qa-traq!
Mari geniş açılmış gözlərini kirvəyə zillədi, elə bil kirvə tamam dəyişmişdi və həmişəkindən daha eybəcər görünürdü, sağ əlini dala-qabağa yellədirdi, ipi dartılanda əllərini tərpədən oyunbaza oxşayırdı.
Anası onun yanında olmasaydı, sivişib yataq otağına girən Fris qaqqıldayıb kirvənin sözünü kəsməsəydi, Mari çox qorxardı. Amma ana heç gülmürdü, о çox ciddi şəkildə dedi:
- Hörmətli cənab Drosselmeyer, bu nə qəribə zarafatdı? Nə olub?
Ay kirvə, kirvə, - Fris çığırdı, - sən bu gün yenə də gülməlisən! Mənim çoxdan sobanın dalına tulladığım oyunbazıma oxşayırsan!
Ay Allah, bir bunlara bax, - Drosselmeyer gülə-gülə cavab verdi, - yoxsa siz mənim çox sevdiyim saatsaz mahnısını unutmusunuz? Həmişə mən о mahnını Mari kimi xəstələrə oxuyuram.
O, tez çarpayıya yaxın oturub dedi:
- Siçanlar padşahının on dörd gözünün hamısını tökmədiyimə acığın tutmasın, bunu eləmək olmazdı. Amma indi səni sevindirəcəyəm.
Baş məhkəmə müşaviri bu sözləri deyib əlini cibinə saldı və uşaqlar, ordan ehtiyatla nə çıxarsa yaxşıdır? Şelkunçiki. O, Şelkunçikin tökülmüş dişlərini çox məharətlə salmış, zədəli çənəsini düzəltmişdi.
Mari sevincindən qışqırdı, anası isə gülümsəyərək dedi:
- Hə, görürsən, kirvə sənin Şelkunçikinə necə qayğı göstərir?..
- Kirvə xanım Ştalbaumun sözünü kəsdi:
Mari, gəl sən boynuna al ki, Şelkunçik çox da yaraşıqlı deyil. Qulaq asmaq istəsən, məmnuniyyətlə sənə danışaram ki, belə eybəcərlik Şelkunçikin ailəsinə hardan gəlib çıxıb və onun nəslinə keçib. BəIkə sən şahzadə qız Pirlipatın, ifritə Siçan xanımın və mahir saatsazın nağılını bilirsən?
Bura bax, kİrvə! - Fris söhbətə qarışdı. - Düz sözə nə demək olar? Sən Şelkunçikin dişlərini çox yaxşı salmısan, çənəsi də daha tərpənmir. Bəs niyə onun qılıncı yoxdur? Sən niyə ona qılınc bağlamamısan?
Baş məhkəmə müşaviri donquldandı:
- Ay dəcəl, səni heç razı salmaq olmur. Şelkunçikin qılıncının mənə dəxli yoxdur. Mən onu sağaltdım, qoy hardan istəyir özünə qıIınc tapsın.
Kirvə sözünə davam etdi:
- Xülasə, Mari, de görüm şahzadə xanım Pirlipatın nağılını bilirsənmi?
- Yox! - Mari cavab verdi. - Danış, əziz kirvə, danış! Ana sözə qarışdı:
- Əziz cənab Drosselmeyer, güman edirəm ki, daha bu dəfə siz qorxulu nağıl danışmazsınız.
Drosselmeyer cavab verdi:
- Əlbəttə, hörmətli xanım Ştalbaum. Əksinə, müsaidənizlə sizə danışacağım əhvalat çox maraqlıdır.
Uşaqlar çığırışdılar:
- Hə, danış, danış, əziz kirvəmiz.
Baş məhkə müşaviri belə nəql etməyə başladı:
BƏRK FINDIĞIN NAĞILI
Pirlipatın anası kralın arvadı idi, deməli, kraliça idi. Pirlipat isə doğulan kimi oldu anadangəlmə şahzadə. Kral balaca beşikdə yatan gözəl-göyçək qızcığazına baxmaqdan doymurdu. O, sevincindən səs-küy salır, oynayır, bir ayağı üstündə hoppanır, elə hey qışqırırdı:
- Ay can! Kim mənim Pirlipatxenimdən gözəl qız görüb?
Bütün nazirlər, generallar, müşavirlər və ali zabitlər özlərinin ata və hökmdarı kimi təkayaqlı hoppanır və bir ağızdan çığırırdılar:
- Yox, heç kəs görməyib!
Hə, sözün düzü, inkar etmək olmazdı kiİ, dünya yaranandan bəri yer üzünə hələ şahzadə Pirlipat kimi göyçək кöгрә gəlməmişdi. Qızın balaca sifəti elə bil ağappaq, açıq çəhrayı ipəkdən toxunmuşdu, xırda gözləri canlı və parlaq idi, buruq-buruq qızılı zərif saçları ona xüsusi gözəllik verirdi. Həm də Pirlipatxen anadan olanda onun iki cərgə mirvari kimi ağ dişləri vardı. Qızcığaz anadan olandan iki saat sonra həmin dişləri ilə baş vəkilin barmağından yapışmışdı. Demə, baş vəkil onun üzünə yaxından baxmaq istəyirmiş. Qızcığaz isə onu bağırtmışdı: «Оу-оу-оу». Amma bəziləri deyir ki, guya o: «Ау-ау-ау!» deyib. Hələ bu gün də fikirlər müxtəlifdir. Xülasə, Pirlipatxen, doğrudan da, baş vəkilin barmağını dişləmişdi, о zaman qıza valeh olan camaat inanmışdı kİ, şahzadə Pirlipatın qəşəng məlaкә bədənində ruh da var, ağıl da, hiss də.
Bayaq dediyim kimi, hamı heyran qalmışdı; təkcə kraliça, nədənsə, həyəcanlı və narahat idi. Qəribə burası idi kİ, o, Pirlipatın beşiyinə sayıq keşik çəkməyi əmr etmişdi. Qapılarda keşikçilərin durmasına baxmayaraq, sərəncam verilmişdi ki, uşaq otağında həmişə beşiyin yanında oturan iki dayədən başqa altı dayə də hər gecə növbə çəksin, ancaq lap mənasız görünən və heç kəsin başa düşə bilmədiyi bir şey var idi: əmr edilmişdi ki, hər bir dayə dizləri üstündə pişik saxlasın və bütün gecə onu sığallasın ki, pişik xoruldasın. Əziz uşaqlar, siz heç cür başa düşə bilməzsiniz ki, şahzadə Pirlipatın anası bütün bu tədbirləri nə üçün görmüşdü, amma mən bilirəm, indi sizə də danışaram.
Bir dəfə şahzadə Pirlipatın atası olan kralın sarayına çoxlu adlı-sanlı krallar və gözəl şahzadələr axışıb gəlmişdi. Bu münasibətlə gözəl yarışlar, tamaşalar və saray ziyafətləri düzəldilmişdi. Kral qızıl-gümüşünün çoxluğunu göstərmək üçün belə qət etdi ki, xəzinəsinin ağzını açsın və adına layiq bir bayram şənliyi düzəltsin. Kral sarayın baş aşpazından öyrəndi ki, saray münəccimi donuzları kəsmək üçün vaxtın münasib olduğunu xəbər verib. Buna görə kral kolbas qonaqlığı düzəltməyi qət etdi, karetinə minib tez ətrafdakı Kralların və şahzadələrin hamısını şəxsən özü vur-tut bir boşqab şorbaya qonaq çağırdı, fikirləşdi ki, axırda öz cah-cəlalı ilə onları heyran qoysun. Sonra о öz arvadına - kraliçaya mehriban-mehriban dedi:
- Mənim əzizim, axı sən bilirsən ki, mənim hansı kolbasadan xoşum gəlir...
Kraliça ərinin fikrini başa düşdü; o, demək istəyirdi ki, arvadı əvvəllər də iyrənmədiyi çox faydalı bir işi özü görsün - kolbasa hazırlasın. Baş xəzinədara əmr edildi ki, böyük qızıl qazanı və gümüş qazanları dərhal mətbəxə göndərsin. Sobanı səndəl ağacından doğranmış odunlarla qaladılar; kraliça öz ipək mətbəx önlüyünü bağladı, çox keçmədi ki, Kolbasanın ətri ətrafa yayıldı. Bu iy, hətta dövlət şurasına gəlib çatdı. Kral sevincindən tir-tir titrədi, özünü saxlaya bilmədi.
- Cənablar, üzr istəyirəm! - O, çığırdı, mətbəxə qaçdı və arvadını qucaqladı, qızıl əsa ilə qazanı bir qədər qarışdırdı, sakitləşib, dövlət şurasına qayıtdı.
İşin ən mühüm vaxtı gəlib çatdı: piyi doğrayıb qızıl tavalarda qızartmaq lazım idi. Saray xanımları кәnага çəkildilər, çünki kraliça padşah ərinə olan sədaqətini, məhəbbət və hörmətini bildirmək üçün bu işi şəxsən özü görmək istəyirdi. Ancaq piy qızarmağa başlar-başlamaz çox nazik bir səs pıçıldadı:
- Bacıcan, piydən bir az ver mən də dadım! Mən də yemək istəyirəm, axı mən də kraliçayam. Ver mən də piyin dadına baxım!
Kraliça çox gözəl bilirdi ki, bu danışan Siçan xanımdır. Bir çox illərdi ki, Siçan xanım кral sarayında yaşayırdı. O, deyirdi ki, guya krala qohumluğu çatır və özü Siçanıstanı idarə edir, buna görə də o, sobanın altında böyük bir imarət qurmuşdu. Kraliça xoşxasiyyət, səxavətli bir qadın idi. O, Siçan xanımı padşah nəslindən hesab etməsə də, özünə bacı saymasa da, belə bir təntənəli gündə onu ziyafətə səmimiyyətlə buraxıb, çığırdı:
- Çıxın, Siçan xanım! Piydən nuşcanlıqla yeyin.
Siçan xanım sevincək, tez sobanın altından sıçrayıb sobanın üstünə tullandı və kraliçanın ona uzatdığı piy tikələrini öz xırda, zərif pəncələri ilə götürməyə başladı. Amma bu vaxt Siçan xanımın bütün qohum-əqrəbası, hətta onun yeddi dəliqanlı oğlu axışıb gəldi. Onlar piyin üstünə tökiülüşdülər, kraliça bilmədi nə eləsin. Xoşbəxtlikdən baş saray baxıcısı özünü yetirdi və çağırılmamış qonaqları qovdu. Beləliklə, bir az piy qaldı, bu münasibətlə çağırılmış saray riyaziyyatçısının göstərişi ilə onu da çox məharətlə bütün kolbasalar üçün bölüşdürdülər.
Təbillər döyüldü, şeypurlar çalındı. Bütün krallar və şahzadələr təmtəraqlı bayram geyimində, bəziləri ağ at üstündə, bəziləri də büllur karetlərdə kolbasa ziyafətinə yollandılar. Kral onları səmimiyyətlə, ehtiramla qarşıladı. Sonra başında tac, əlində isə əsa, hökmdara layiq bir tərzdə masanın başında oturdu. İçalat kolbasalarını qonaqlara verəndə hamı kralın get-gedə ağardığını, gözlərini göyə dikdiyini gördü. O, sakitcə ah çəkirdi; elə bil ona böyük dərd üz vermişdi. Qan kolbasanı gətirəndə isə o, bərkdən hıçqırıb fəryad etdi, kürəyini taxta söykədi, əlləri ilə üzünü örtdü. Hamı masanın arxasından sıçrayıb qalxdı. Baş təbib nahaq yerə bədbəxt kralın nəbzini tutmağa çalışdı, elə bil kral naməlum dərin bir kədər üzürdü. Nəhayət, uzun müddət dilə tutandan sonra yandırılmış qaz lələyinin və bu cür güclü dərmanların sayəsində кral, deyəsən, özünə gəlməyə başladı. O, güclə eşidiləcək bir səslə dedi:
- Piy çox az olub!
Bu vaxt dərdli kraliça onun ayaqlarına düşüb fəryad qopardı:
- Ey mənim yazıq, bədbəxt padşah ərim, siz nə böyük dərdə düşdünüz! Bir baxın, günahkar sizin ayaqlarınıza düşüb, cəza verin, mənə ağır cəza verin! Siçan xanım qohum-əqrəbası ilə, yeddi oğlu ilə gəlib piyi yedi, buna görə...
Kraliça bu sözləri deyib bihuş halda üzüstə yerə yıxıldı. Lakin kral yerindən sıçrayıb çığırdı:
- Baş nəzarətçi, de görək bu necə olub?
Baş nəzarətçi qadın bildiklərini danışdı və kral kolbasalar üçün ayrılmış piyi tıxdıqlarına görə Siçan xanımdan və onun bütün nəslindən intiqam almaq qərarına gəldi.
Gizli dövlət şurası çağırıldı. Qərara gəldilər ki, Siçan xanıma qarşı tədbir görsünlər, onun bütün malikanəsini alıb xəzinəyə versinlər. Kral belə güman edirdi ki, hələlik bu tədbir Siçan xanımın istədiyi vaxt piyi ötürməsinə mane ola bilməz. Buna görə də bütün işi sarayın cadugər saatsazına tapşırdı. Onun da adı, mənimki kimi, Xristian Elias Drosselmeyer idi. Bu adam vəd etdi ki, fövqəladə, müdrik dövlət tədbirləri görüb Siçan xanımı bütün ailəsi ilə birlikdə həmişəlik saraydan qovacaqdır.
Həqiqətən, o, çox qabil xırda maşınlar ixtira etdi, sapla onların içərisinə qızardılmış piy bağladı və bu maşınları piyyeyən xanımın evinin ətrafına düzdü.
Siçan xanım özü çox təcrübəli idi. Drosselmeyerin hiyləsini başa düşə bilirdi, ancaq onun nə xəbərdarlığı, nə də öyüd-nəsihəti kömək etmədi. Siçan xanımın yeddi oğlu və qohum-əqrəbasından çoxu qızardılmış piyin dadlı iyinə gəlib, Drosselmeyerin xırda maşınlarına girdilər. Piyi yemək istəyirdilər ki, gözlənilmədən qapılar düşdü, siçanlar içəridə qaldılar, sonra da onları mətbəxdə rüsvayçılıqla edam etdilər.
Siçan xanım qohum-əqrəbasından salamat qalmış kiçik bir dəstə ilə bu matəm yerini tərk etdi. Onun köksündə kədər, ümidsizlik və intiqam hissi coşurdu.
Bütün saray bayram edirdi, ancaq kraliça təşviş içində idi. O, Siçan xanımın xasiyyətini bilirdi və çox gözəl başa düşürdü ki, Siçan xanım oğlanlarının və qohumlarının ölümünü qisassız qoymayacaqdır.
Həqiqətən, Siçan xanım Kraliçanın öz padşah əri üçün onun çox ləzzətlə yediyi içalat qiyməsi hazırlayanda gəlib çıxdı və belə dedi:
- Mənim oğullarım, qohum-əqrəbam öldürülüb. Kraliça, özünü gözlə,
Sonra о yenə qeyb oldu və bir daha görünmədi. Ancaq kraliça qorxudan qiyməni ocağa dağıtdı. ikinci dəfə idi ki, Siçan xanım кгаlın sevimli xörəyini korlayırdı. Kralın buna bərk qəzəbi tutmuşdu.
- Hə? bu gecəlik kifayətdir. Dalını gələn dəfə danışaram, -deyə kirvə gözlənilmədən söhbətini qurtardı.
Nağıl Mariyə xüsusilə təsir etmişdi. Qız nə qədər yalvarıb kirvə Drosselmeyerdən nağılı davam etdirməsini xahiş etdisə də, o, dediyindən dönmədi və «bir dəfəyə çox danışmaq ziyan edər. Dalısı sabaha qalsın», - deyib stuldan qalxdı.
O, qapıdan çıxmaq istərkən Fris soruşdu:
- Kirvə, de görək, doğrudan da, siçan tələsini sən ixtira etmisən?
- Sən nə axmaq söz danışırsan, Fris! - anası çığırdı.
LaKİn baş məhkəmə müşaviri çox qəribə gülümsündü və yavaşca dedi:
- Niyə də mən, mahir bir saatsaz, siçan tələsi düzəltməyim?
BƏRK FINDIQ NAĞILININ DAVAMI
- Hə, uşaqlar, indi bilirsinizmi nə üçün kraliça göyçək şahzadə qız Pirlipatı belə sayıqlıqla qorumağı əmr etmişdi? - О biri gün axşam Drosselmeyer söhbətinə davam etdi. - Kraliça niyə qorxmaya idi? Siçan xanım qayıdıb gələr, öz hədə-qorxusunu yerinə yetirər, balaca şahzadəni gəmirərdi! Drosselmeyerin balaca maşını ağıllı və ehtiyatlı Siçan xanıma heç bir şey edə bilmirdi. Eyni zamanda baş bilici olan saray münəccimi dedi ki, yalnız Məstan pişiyin nəsli Siçan xanımı beşikdən uzaqlaşdıra bilər. Buna görə də dayələrin birinə əmr edilmişdi ki, dizləri üstündə bu nəslin oğlanlarından birini saxlasınlar. Onu da deyim ki, bunlara səfirliyin gizli müşaviri rütbəsi veril-mişdi və dayələr bu ağır dövlət işini yüngülləşdirməK üçün onların qulaqlarının dalını nəzakətlə qaşımalı idilər.
Bir dəfə gecəyarısı beşiyin lap yanında əyləşmiş iki baş dayədən biri qəflətən dərin yuxudan ayılmış kimi gözlərini açdı. Ətrafda hər şey yuxuya qərq olmuşdu. Heç bir mırıltı eşidilmirdi, dərin sükut çökmüşdü, yalnız ağacqurdunun şaqqıltısı gəlirdi. Düz öz qabağında böyük, iyrənc siçanın dal pəncələri üstündə qalxıb, уекә murdar başını şahzadə qızın üzünə qoyduğunu görən dayənin halı necə olardı?! Dayə dəhşətlə qışqırıb yerindən sıçradı, hamı ayıldı, Siçan xanım bir anda tez otağın küncünə qaçdı, demə, Pirlipatın beşiyinin yanmdakı böyük siçan о imiş. Səfirliyin müşavirləri onun dalınca qaçdılar, amma nə fayda?! Siçan xanım sivişib döşəmənin yarığına girdi. Pirlipatxen səs-küydən ayıldı və yanıqlı-yanıqlı ağladı.
Dayələr çığırışdılar:
- Allaha şükür, qızcığaz sağdır!
Amma onlar Pirlipatxenə baxanda yaman qorxdular: zərif, qəşəng кörрә tanınmaz olmuşdu. Zəif, taqətsiz, yığışıb büzüşmüş balaca bədənin üstündə, qıvrım saçlı, nurlu çəhrayı sifəti olan balaca başın yerində iri, eybəcər bir baş durmuşdu; səmavi xırda gözlər dombalıb yaşıl olmuşdu, balaca ağız isə qulaqlarının dibinə qədər uzanmışdı.
Kraliça hönkürüb ağlayır, sel kimi göz yaşı tökürdü. Kralın iş otağının divarlarını pambığa tutdular, çünki kral başını divara döyür, yazıq-yazıq deyirdi:
- Ah, mən nə bədbəxt hökmdaram!
Indi кral başa düşə bilərdi ki, piysiz kolbasa yemək və Siçan xanıma, onun soba dalındakı qohum-əqrəbasına toxunmamaq daha yaxşı olardı. Amma şahzadə Pirlipatın atası belə düşünmədi, o, sadəcə olaraq, bütün təqsiri sarayın nürnberqli cadugər saatsazı Xristian Elias Drosselmeyerin üstünə yıxdı və belə bir müdrik əmr verdi: Drosselmeyer bir ay ərzində gərək şahzadə Pirlipatın əvvəlki simasını özünə qaytarsın, ya da uzaqbaşı buna bir doğru-düzgün çarə tapsın, belə eləməsə, o, cəlladın əli ilə rüsvayçılıqla öldürüləcəkdir.
Drosselmeyer yamanca qorxdu. Amma о öz bacarığına və bəxtinə arxayın idi. Drosselmeyer dərhal lazım saydığı birinci əməliyyata başladı. O, məharətlə şahzadə Pirlipatı hissələrinə ayırdı, qollarını, ayaqlarını burub çıxartdı və daxili quruluşunu nəzərdən keçirdi. Ancaq о təəssüfləndi, şahzadənin yaşa dolduqca eybəcər olacağını yəqin etdi və bir çarə tapa bilmədi. O, yenə şahzadəni səylə quraşdırdı, məyus oldu, onun beşiyindən uzaqlaşmağa cəsarət etmədi.
Əhvalatdan dörd həftə keçdi, çərşənbə günü kral uşaq otağına gəlib Pirlipata baş çəkdi. Qəzəbdən onun gözləri alışıb yanırdı. O, əlindəki əsanı oynadaraq çığırdı:
- Xristian Elias Drosselmeyer, şahzadəni sağalt, yoxsa işin pis olacaq!
Drosselmeyer yazıq-yazıq ağlamağa başladı, şahzadə Pirlipat isə bu vaxt ləzzətlə fındıq sındırırdı. Şahzadənin fındığı çox sevməsi və dünyaya gələrkən dişlərinin olması birinci dəfə idi ki, cadugər saatsazı heyrətə salırdı. Doğrudan da, qız öz simasını dəyişəndən sonra əlinə təsadüfi bir fındıq düşənə qədər ağlamışdı. O, fındığı sındırıb yeyən kimi səsini kəsmişdi. О vaxtdan bəri dayələr şahzadəni sakitləşdirmək üçün ona tez-tez fındıq verirdilər.
- Ey təbiətin müqəddəs hissi, bütün canlıların məchul sevimlisi! - Xristian Elias Drosselmeyer çığırdı. - Sən sirlər qapısını mənə göstərirsən. Mən bu qapını döyən kimi açılacaq!
(ARDI VAR)