Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 Dekabr 2011 17:43

QAR KRALİÇASI

Hans Xristian Andersen

QAR KRALİÇASI

(rcüedəni kinə seynova)

NCİ НЕКАҮӘ

Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha da eybəcərləşirdi. Gözəl mənzərələr bu güzgüdə bişmiş şomu şəklində, ən yaxşı adamlarsa idbar, təpəsi üstə, qarınsız əks olunurdu! Sifətlər tanınmaz hala düşürdü; birinin üzündə çil olsaydı, yəqin bilin ki, burnuna, dodaqlarına yayılacaqdı. Hərgah insanın beynində yaxşı bir fikir doğurdusa, güzgüdə o, elə əyri-üyrü hala düşürdü ki, divin gülməkdən ürəyi gedirdi, bic hoqqalarından ləzzət alırdı.

Divin öz məktəbi vardı, onun şagirdləri də hamıya danışırdılar ki, möcüzə baş verib; deyirdilər ki, indi bütün aləmi də, adamları da əslində olduqları kimi görmək mümkündür, Onlar güzgünü əllərinə alıb, hər yanı gəzdilər, çox keçmədən, bir ölkə, bir adam qalmadı ki, orda öz əyri-üyrü əksini tapmasın.

Axırda göyə çıxmaq fikrinə düşdülər. Divin şagirdləri yuxarı qalxdıqca güzgü daha artıq əyilirdi, onu əllərində zorla saxlayırdılar. Amma onlar göyün lap yeddinci qatına qalxdılar, güzgü də əyil-məkdən elə hala düşdü ki, əllərindən qopdu, yerə dəyib milyon, milyard parçalara bölündü, bundan da bəla min qat artdı. Güzgünün qum dənəsi boyda olan zərrələri dünyanın hər yerinə səpələndi, adamların gözünə düşüb, oradaca qaldı. kökündə həmin zərrə qalmış adam da hər şeyi tərs gördü, ya da gördüklərində ancaq pis cəhəti duydu, axı, hər zərrə güzgünün xüsusiyyətini özündə saxlayırdı. Qəlpələr bəzi adamların ürəyinə də sancılırdı, bu isə hər şeydən betər olurdu: ürək buz parçasına dönürdü. İri qəlpələri də pəncərənin şüşə yerinə salırdılar; hə, belə pəncərədən gərək öz dostlarına baxmayaydın. Güzgünün elə parçaları da oldu ki, onları gözlüyə saldilar. Vay onda ki, həmin gözlüyü yaxşı görmək, nəyinsə barəsində düz fikir söyləmək üçün taxardılar!

Bədəməl div gülməkdən uğunurdu, tutduğu iş onu yaman əyləndirirdi. Qəlpələr də bütün dünyanı bürümüşdü. Gəlin onların barəsindəki əhvalatlara qulaq asaq.

İKİNCI HEKAYƏ

Bu qədər ev, bu qədər adam olan böyük şəhərdə xırdaca bir bağça üçün yer qalmır, ona görə də camaat evdə dibçəkdə çiçək bəsləməklə kifayətlənir. Bax, həmin şəhərdə iki yoxsul uşaq yaşayırdı, bağçaları da gül dibçəyindən bir az böyükdü. Onlar baci-qardaş deyildilər, amma birbirini bacı-qardaş kimi istəyirdilər. Ata-anaları evlərin çardaqlarında yaşayırdılar. Bu evlərin taxtapuşları qoşalaşır onların da arasından novalça uzanırdı. Çardaq pəncərələri bu vaxt üz-üzə düşürdü. Novalçanım üstündən addım atan kimi, bir dərədən o birisinə keçə bilirdi.

Uşaqların ata-analarının iri taxta yeşikləri vardı, orda göyərti əkmişdilər; hər yeşiyin də bir tərəfində topa, kiçik qızılgül kolu basdırılmışdı. Novalçaya köndələn qoyulmuş bu yeşiklər pəncərədən pəncərəyədək salınmış gül ləklərinə oxşayırdı. Yaşıl noxud topa-topa sallanır, qızılgül kolları pəncərələrdən içəri girir, budaqları bir-birilə qovuşurdu. Valideynləri oğlana da, qıza da icazə vermişdi кi, damdan keçib, birbirinə qonaq getsinlər, qızılgül kollarının altındakı balaca skamyada otursunlar. Uşaqlar burda çox həvəslə oynayırdılar.

Qış fəsli bütün bu sevinclərə son qoyardı. Pəncərələrə şaxta vuranda uşaqlar dəmir pulları ocaqda qızdırıb donmuş pəncərələrə yapışdırdılar, həmin yerdə qəşəng girdə göz yer açılardı; bu girdəciyin hər birindən şən, mehriban bir göz baxardı, qızla oğlanın gözləri. Kayla Gerdanıın gözləri. Yayda bir addım atmaqla bir-birinə qonaq gedirdilər, qışda isə çox-çox pillə aşağı enib, çox-çox pillə də təzədən qalxmalı olurdular. Bayırda da qar səpələyirdi.

Qoca nənə deyirdi:

Ağ arılardır uçuşur!

Oğlan soruşurdu:

Onların da kraliçası var? - O, bilirdi ki, əsl arıların kraliçası olur.

Nənə cavab verirdi:

-   Var! Qarlar onun başına yığışır, о isə hamısından iridir, heç o da yerə enmir, həmişə bulud topası içində fırlanır. Gecələr çox vaxt şəhərin küçələrində uçur, pəncərələrə boylanır, bax, elə buna görə pəncərələrə şaxtadan naxış düşür.

Uşaqlar:

-   Görmüşük, görmüşük! - deyir və inanırdılar ki, danışılan sözlər həqiqətdir.

Qız isə soruşurdu:

-   Bəs Qar kraliçası bura gələ bilməz? Oğlan deyirdi:

-   Hünəri var gəlsin! Mən onu isti ocağın üstünə qoyaram, əriyər. Nənə isə onun başını tumarlayıb, söhbəti dəyişirdi.

Axşam soyunub yatmağa hazırlaşanda, Kay pəncərə qabağındakı stulun üstünə çıxıb, şüşədəki buzu ərimiş dairədən baxdı. Bayırda qarlar uçuşurdu. İri bir qar dənəciyi gül yeşiyinin kәnаrınа düşdü və böyüməyə başladı, о qədər böyüdü ki, axırda qadına çevrildi. Qadın sanki milyon-milyon qar ulduzlarından toxunmuş çox zərif ağ tülə bürünmüşdü, Elə incə, elə gözəl qadın idi ki... amma buzdan yaranmışdı, gözqamaşdıran ağ buzdan. Lakin canlı idi! Gözləri parlaq ulduz kimi yanırdı, ancaq soyuq, narahat gözlər idi. Qadın oğlana baxıb başını tərpətdi və əlinin işarəsilə onu çağırdı. Kay qorxub stuldan yerə tullandı. Pəncərənin qabağından isə iri quşa oxşar nəsə uçub getdi.

Ertəsi gün aydın, şaxtalı hava vardı. Sonra qar əridi, yaz girdi. Günəş işıq saçdı, yaşıl otlar üzə çıxdı, qaranquşlar yuva qurmağa başladı. Pəncərələr açıldı, uşaqlar da yenə damda, novalçanın yanındaki skamyada otura bildilər.

О ili qızılgül lap bol oldu. Uşaqlar əl-ələ tutub sevinirdilər. Ah, necə gözəl bahardı, qızılgüllər sanki heç vaxt solmayacaqdı, bu qızılgül kollarının altında oturmaq necə xoşdu!

Bir dəfə Kayla Gerda oturub, heyvan, quş şəkilləri olan kitaba baxırdılar. Qüllədəki iri saat beşi vurdu.

Birdən Kay çığırdı:

-   Vay! Ürəyimə nəsə sancıldı, gözümə də nəsə düşdü. Qızcığaz zərif qolunu onun boynuna doladı, oğlan gözünü teztez qırpırdı, amma gözündə elə bil heç nə yoxdu.

-   Yəqin çıxıb, - dedi.

Amma elə deyildi. Onun gözünə düşən şey, həmin şeytan güzgüsünün qəlpələri idi.

Yazıq Kay! İndi onun ürəyi buz parçası olacaqdı. Ağrı keçsə də, qəlpələr orda qalmışdı.

Kay Gerdadan soruşdu:

-   Neyçin ağlayırsan? Məni heç incitmir! - Birdən qışqırdı: -Vay, sən necə çirkinsən! Bax, о qızılgülü qurd yeyir, о birisi də əyri-üyrüdür. Nə xırda güllərdir! İçinə sancıldıqları yeşiklər kimi pisdirlər,

Bunu deyib yeşiyə təpik vurdu və qızılgül kollarının ikisini də qoparıb atdı.

Gerda çığırdı:

-   Neyləyirsən, Kay!

Onun qorxduğunu görən Kay qızılgülün birini də qopartdı və sevimli, balaca Gerdadan qaçıb, öz pəncərəsinin yanına gəldi.

Indi Gerda ona şəkilli kitab gətirəndə Kay deyirdi ki, bu şəkillər südəmər körpələr üçündür, qoca nənəsi bir əhvalat danışanda onun danışığına irad tuturdu. Hətta iş о yerə çatmışdı ki, nənənin yerişini, səsini yamsılayırdı, çeşnəyini götürüb taxırdı. Çox oxşatdığı üçün adamlar baxıb gülürdülər. Sonra Kay qonşuların hamısım yamsılamağa başladı. Qonşuların bütün qəribəliklərini, nöqsanlarını elə dəqiq göstərirdi ki, adamlar deyirdilər:

-   Çox qabiliyyətli oğlandır!

Bunların hamısının da səbəbi о idi ki, qəlpələr onun gözünə. ürəyinə sancılmışdı. Ona görə hətta balaca Gerdanı da yamsılayırdı, Gerda isə onu ürəkdən istəyirdi.

Əyləncələri də daha ayrı cür, qəribə olmuşdu. Qış günlərinin birində qar yağanda Kay iri bir böyüdücü şüşə gətirib gəldi və göy gödəkçəsinin ətəyini qarın altına tutdu.

-   Şüşəyə bax, Gerda, - dedi.

Hər qar dənəsi şüşənin altında əslində olduğundan çox iri görünürdü və qəşəng çiçəyə, ya da on bucaqlı ulduza oxşayırdı. Elə də gözəldi ki.

Kay dedi:

-   Görürsən necə düzəldiblər?! Əsil çiçəklərdən də yaxşıdır! Hələ dəqiqliyə bax! Hər bucağı, hər yanı dümdüzdür! Ah, kaş onlar əriməyəydi!

Bir az keçmiş Kay, əllərində iri əlcək, xizək də kürəyində, gəlib Gerdanım lap qulağına çığırdı: «Мәnә icazə verdilər böyük meydanda başqa uşaqlarla xizək sürüm». - O, qaçıb getdi.

Meydanda xeyli uşaq sürüşürdü. Zirək oğlanlar öz xizəklərini böyük kəndli xizəklərinə bağlayır və uzaqlara sürüb gedirdilər. Çox maraqlı əyləncə idi. Şənliyin qızğın vaxtında meydanda ağ rəngli çox böyük bir xizək peyda oldu. Ağ xəz kürkә bürünmüş, ağ xəz papaq qoymuş bir adam xizəkdə oturmuşdu. Xizək meydanı iki dəfə dövrə vurdu. Kay tez xizəyini ona qoşub şürüşdü. İri xizək sürətini artırdı, sonra meydandan çıxıb döngəyə buruldu. İçindəki adam arxaya çevrildi və başını tərpətməklə Kayla mehribanca, tanışı kimi salamlaşdı. Kay neçə dəfə istədi xizəyini açsın, ancaq kürklü adam başını hey tərpədirdi, Kay da istər-istəməz onun ardınca getməli olurdu.

Budur, onlar şəhər darvazasından çıxdılar. Qəfildən qar bərkidi, hava qaraldı. Oğlan iri xizəyin öz xizəyinə ilişdirdiyi ipini buraxdı, amma xizəyi elə bil böyük xizəyə yapışmışdı və yel kimi uçurdu. Kay bərkdən çığırdı, ancaq səsini eşidən olmadı. Qar tökür, xizəklər qar qalaqlarının içinə bata-bata, çəpərlərin, xəndəklərin üstündən aşa-aşa şütüyürdü. Kay tir-tir əsirdi.

Qar parçaları get-gedə böyüyürdü və о qədər böyüdü ki, ağ toyuqlar şəklinə düşdü, birdən qarlar ətrafa səpələndi, böyük xizək dayandı, içində oturan adam da ayağa qalxdı. Bu, ucaboy, zərif vücudlu, ağappaq bir qadındı, Qar kraliçası idi, kürkü də, papağı da qardandı. O:

-   Yolu yaxşı gəldik! - dedi. - Amma sən donmusan, gəl kürkümün altında qızın.

Oğlanı xizəkdə oturtdu, onu ayı dərisindən olan kürkünә bürüdü. Kay da elə bil qar qalağının içinə düşdü. Qar kraliçası:

-   Hələ də donursan? - deyib soruşdu və oğlanm alnından öpdü. Vay! Onun öpüşü buzdan da soyuqdu, öpüş oğlaın bədəninə işləyib, ürəyinə çatdı, Kaymın ürəyi isə yarıyacan buza çevrilmişdi. Ona elə gəldi ki, bir az keçsə, öləcək... Bircə dəqiqəliyə belə oldu, sonra, əksinə, halı elə yaxşılaşdı ki... titrətmə də tamam keçdi.

Birdən nəsə yadına düşdü:

-   Mənim xizəyim! Xizəyim yadından çıxmasın! - dedi. Xizəyi ağ toyuqlardan birinin kürəyinə bağladılar, о da iri xizəyin dalınca uça-uça getdi. Qar kraliçası bir dəfə də Kayı öpdü, о da Gerdanı, nənəni, evdəkilərin hamısını unutdu.

Qar kraliçası dedi:

-   Daha səni öpməyəcəyəm, yoxsa öpə-öpə öldürərəm.

Kay ona baxdı. Necə də gözəldi! Belə gözəl sifəti heç fikrinə gətirə bilmirdi. İndi bu qadın ona, pəncərə arxasında oturub Kaya baş tərpədən vaxtda olduğu kimi soyuq görünmürdü.

Kay ondan qətiyyən qorxmurdu. Ona dedi ki, kəsirlərilə bərabər hesabım dörd üsulunun dördünü də bilir, hər ölkənin neçə Kvadrat mil sahəsi olduğunu, əhalisinin sayını da bilir. Qar kraliçası cavabında ancaq gülümsəyirdi. Onda Kay başa düşdü ki, əslində çox az şey bilir.

Həmin anda Qar kraliçası onunla bərabər buluda qalxdı. Çovğun vıyıldayır, uğuldayırdı, sanki qədim mahnıları oxuyurdu, onlar meşələrin, göllərin, dənizlərin və qurunun üzərindən uçurdular, onlardan aşağıda soyuq yellər əsir, canavarlar ulayır, qar göz qamaşdırır, qara qarğalar çığırtı ilə uçurdular, onlardan yuxarıda isə iri, nurlu ay işıq saçırdı. Uzun qış gecəsi Kay gözünü aydan çəkmədi, gündüz də Qar kraliçasınım ayaqları altında yuxuya getdi.

ÜÇÜNCÜ HEKAYƏ

Bəs Kay geri qayıtmadıqda Gerdanım halı necə oldu? Hara yox olmuşdu? Bunu heç kim bilmirdi, heç kim buna cavab tapmırdı.

Oğlan uşaqları bircə onu deyirdilər ki, о öz xizəyini iri, qəşəng xizəyə bağladı, həmin xizək də döngəyə buruldu və şəhər darvazasından çıxıb uzaqlaşdı.

Gerda çox ağladı, sel kimi göz yaşı tökdü. Nəhayət, hamı yəqin elədi ki, Kay ölüb, şəhər kənarından axan çayda batıb. Cansıxıcı qış günləri qurtarmaq bilmirdi. Lakin yaz gəldi, günəş dünyanı canlandırdı.

Gerda dedi:

-   Kay ölüb, daha geri qayıtmayacaq!

Gün işığı cavab verdi:

-   İnanımıram!

Gerda qaranquşlara təkrar dedi:

-   O, ölüb və daha qayıtmayacaq! Qaranquşlardan cavab gəldi:

-   İnanmırıq!

Axırda Gerdanın özü də buna inanmadı. Bir səhər qızcığaz dedi:

-   Qoy təzə qırmızı başmaqlarımı ayağıma geyim (Kay onları heç görməmişdi), gedib axan çaydan onu xəbər alım.

Hələ səhər açılmamışdı. Qızcığaz yatmış nənəsini öpdü, qırmızı başmaqlarmı geydi və tək-tənha şəhər kənarına, düz çaya tərəf qaçdı.

-   Doğrudurmu sən mənim süd qardaşımı özünə götürmüsən? -soruşdu. - Onu mənə qaytarsan, qırmızı başmaqlarımı sənə verərəm!

Qızcığaza elə gəldi ki, ləpələr nəsə qəribə şəkildə ona baş tərpədir. O, qırmızı başmaqlarını çıxarıb çaya atdı, bundan qiymətli ayrı heç nəyi yoxdu. Başmaqlar çayın lap qırağına düşdü, ləpələr də həmin dəqiqə onları qaytardı, sanki çay qızcığazın qiymətli hədiyyəsini ondan almaq istəmirdi, çünki Kayı ona qaytara bilməyəcəkdi. Qız da elə bildi ki, başmaqları yaxına atıb. Onda qamışlıqda yellənən qayığa mindi, qayığın lap kənarında dayanıb, başmaqları yenə suya tulladı. Qayıq bağlanmamışdı və qızın təkan verməyindən sahildən uzaqlaşdı. Gerda özünü sahilə atmaq istədi, ancaq qayığın burnuna keçincə, qayıq bir xeyli qabağa getdi və çayın axarı onu alıb apardı.

Gerda çox qorxdu, ağlayıb çığırmağa başladı, sərçələrdən başqa onun səsini eşidən olmadı. Sərçələrsə onu quruya çıxara bilməzdilər, onlar ancaq sahil boyunca qızın ardınca uçur və cikkiltilərilə sanki ona təskinlik verirdilər:

-   Biz burdayıq! Biz burdayıq!

Qayıq hey uzaqlaşırdı. Gerda, ayağında corab, farağat durmuşdu: qırmızı başmaqlar qayığın dalınca üzürdü, amma qayığa çata bilmirdi.

«Вәlkə çay məni Kaym yanma aparır? » - belə fikirləşən Gerda sevindi, ayağa durub, gözəl, yaşıl sahillərə gözdolusu baxdı.

Budur, üzüb, iri bir albalı bağına yaxınlaşdı; bağın içində saman damlı, qırmızı, göy şüşədən pəncərələri olan bir evcik yetim kimi dayanıb durmuşdu. Ağacdan düzəldilmə iki əsgərcik qapıda durub, onların önündən üzüb keçən hər kəsi salamlayırdı. Gerda əsgərcikləri canlı bilib qışqırdı, onlarsa, məlumdur kİ, qıza cavab vermədilər. Budur, əsgərciklər bir az da yaxınlaşdı, qayıq az qala sahilə yan aldı, qızcığaz da daha bərk çığırdı. Evcikdən çox qoca bir qarı çıxdı, əlində əsa, başında iri, çiçək şəkİllərilə bəzənmiş həsir şlyapa vardı.

Qarı dedi:

-   Ah, yazıq uşaq! Bu böyük, iti çaya necə gəlib düşmüsən, həm də belə uzaqlara getmisən?

-   Qarı suya girdi, əsanın ucunu qayığa ilişdirib sahilə dartdı və Gerdanı düşürdü.

Gerda yad qarıdan qorxsa da, quruya çıxdığma yaman sevinirdi. Qarı dedi:

-   Hə, gedək, bura necə gəlib çıxdığını da mənə danış.

Gerda hər şeyi qarıya danışdı, qarı da başını yellədir, «hm, hm!» deyirdi. Qızcığaz hekayətini qurtarandan sonra Kayı görüb-görmədiyini qarıdan soruşdu. Qarı cavab verdi ki, hələ buralardan gəlib keçməyib, yəqin ki, кеçəcәк, qoy Gerda fikir eləməsin, yaxşısı budur, albalıdan yesin, bağda bitən güllərə baxsın; güllər şəkilli kitablardakı güllərdən qəşəngdir,hamısı da nağıl danışa bilir. Qarı bunu deyib Gerdanın əlindən tutdu, evciyinə aparıb, qapını içəridən qıfılladı.

Rəngbərəng şüşəli pəncərələr yerdən çox hündürdü; içəri süzülən işıq da rəngbərəngdi,adama xoş gəlirdi. Masanın üstündə bir səbət albalı vardı, Gerda istədiyi qədər yeyə bilərdi. O, albalıdan yedikcə, qarı onun saçını qızıl daraqla darayırdı. Buruq saçları qızın sevimli, Mehriban, qəşəng gül üzünü qızıl halə ıcimi dövrələmişdi.

Qarı dedi:

-   Çoxdan arzulayırdım ki, belə qəşəng bir qızım olsun! Görərsən səninlə necə yaxşı yaşayacağıq!

O, qızın saçını hələ də darayır, daradıqca da Gerda öz süd qardaşı Kayı unudurdu, axı, qarı cadugərdi. Ancaq o zalım, bədəməl cadugər deyildi, cadu ilə də hərdən, məzə üçün məşğul olurdu, İndi isə Gerdanı yanında saxlamaq istəyirdi. Sonra qarı bağçaya çıxdı, əlindəki əsanı bütün qızılgül kollara toxundurdu, onlar da gülləri ilə bərabər yerin təkinə getdilər heç izi tozu da qalmadı. Qarı qorxurdu ki, qızılgülləri görəndə doğma adamları və Kay Gerdanın yadına düşəcək, о qaçıb gedəcək.

Qarı daha sonra Gerdanı çiçəkİiyə apardı. Ah burda nə rayihə, nə gözəllik vardı! Hər fəslin cürbəcür çiçəyi ətrafa ətir saçırdı. Dünyada bircə şəkilli kitab tapılmazdı ki, bu çiçəklikdən bəzəkli, bundan gözəl olsun. Gerda sevindiyindən atılıb-düşdü, günəş hündür albalı ağaclarının arxasına enənə kimi çiçəklərin arasında oynadı. Gecə də qarı onu, içinə mavi bənövşə doldurulmuş qırmızı, iрәк döşəklər üstə yatırtdı, Qızcığaz yatdı, elə də yuxular gördü ki, belə yuxuları ancaq kraliça öz toy gününün axşamı görə bilərdi.

Səhəri gün yenə Gerdaya izn verdilər ki, gün işığında, həmin gözəl çiçəklikdə oynasın. Beləcə günlər keçdi. İndi Gerda bağdaki hər çiçəyi tanıyırdı, amma çiçəklər nə qədər çox olsalar da, qıza elə gəlirdi ki, burda hansı çiçəksə çatışmır, amma о hansı çiçəkdi, bunu bilmirdi. Bir dəfə oturub, qarının çiçək şəkilləri olan şlyapasını gözdən keçirirdi, onların arasında ən gözəli qızıigül idi, qarı canlı qızılgülləri yerin təkinə basanda, bunu silməyi yaddan çıxarmışdı. Huşsuzluq belə şeydir!

-   Necə! Burda qızılgül yoxdur? - deyib Gerda bağçaya qaçdı, qızılgülləri axtardı, çox axtardı, tapa bilmədi.

Yerdə oturub hönkür-hönkür ağladı. Qızcığazın isti göz yaşları əvvəllər qızılgül kollarından birinin bitdiyi yerə tökülürdü; göz yaşı torpağı isladan kimi, üstü qızılgül ilə dolu bir коl yerdən çıxdı.

Gerda xırdaca qolları ilə onu qucaqladı, gülləri öpməyə başladı və evlərindəki qızılgül koIu, onunla bərabər Kay da onun yadına düşdü.

-   Nə yaman yubandım! - dedi. - Axı mən Kayı axtarmalıyam!.. - Üzünü qızılgüllərə tutub soruşdu:

Siz bilmirsiz o, hardadır? Doğrudurmu o, ölüb və bir daha qayıtmayacaq?

Qızılgüllər cavab verdi:

-   O, ölməyib! Axı biz yerin altında idik, ölənlərin də hamısı ordadır, amma Kay onların arasında deyildi.

-   Çox sag olun! - deyib Gerda başqa çiçəklərin yanına yollandı, onların kasacıqlarına baxıb soruşdu:

-   Siz bilmirsiz Kay hardadır?

Lakin hər çiçək gün altında qızınırdı və ancaq öz nağılı, öz hekayəti haqqında düşünürdü. Gerda xeyli vaxt onlara qulaq asdı, amma çiçəklərin heç biri Kay barədə bircə kəlmə də danışmadı. Onda Gerda parlaq yaşıl otların arasından ağaran zəncirotunun yanına getdi. Ona dedi:

-   Ey xırdaca parlaq günəş! De görüm, süd qardaşım Kayı mən harda axtarım?

Zəncirotu bir az da parlaq oldu və qıza baxdı. Onun üçün hansı mahnını sa oxudu. Heyhat! Bu mahnıda da Kay barəsində bir kəlmə yoxdu.

Zəncirotu dedi:

-   Baharın ilk günü idi, günəş yeri isidir, kiçicik həyətə işıq səpələyirdi. Onun şüaları qonşu evin ağ divarlarına düşdü, divarın da lap dibində ilk sarı çiçək baş qaldırdı və günəş altda qızıl kimi parıldadı. Qoca nənə çıxıb həyətdə oturdu. Budur, onun qonaq getmiş nəvəsi, yoxsul qulluqçu qız qayıdıb gəldi və qarını öpdü. Qız öpüşü qızıldan qiymətlidir, o, ürəkdən gəlir. Dodaqlarındaki qızıldır, ürəyindəki qızıldır, səhər şəfəqi də qızıldır! Vəssalam!

Gerda ah çəkdi:

-   Yazıq nənəm! Yəqin mənimçün darıxır, fikir eləyir, necə ki, Kay üçün fikir eləyirdi. Amma mən tezliklə qayıdacağam, Kayı da özümlə gətirəcəyəm. Daha gülləri sorğu-suala tutmağın xeyri yoxdur, onlardan heç nə öyrənmәк mümkün deyil, onlar elə öz bildiklərini deyirlər!

Gerda bağın qurtaracağına qaçdı. Qapı qıfıllı idi, lakin Gerda paslı rəzəni о qədər silkələdi ki, qapı açıldı, qız da, ayaqyalın, yola çıxıb qaçdı. Üç dəfə dönüb baxdı, amma dalınca heç kim gəlmirdi. Nəhayət, yorulub bir daşın üstə oturdu və ətrafına göz gəzdirdi: yay qurtarmış, payız girmişdi. Amma qarının sehrli bağçasında gün həmişə işıq saçır, ilin hər fəslinin çiçəkləri açır, payızın heç nəfəsi duyulmurdu.

-   İlahi! Gör necə yubanıram! Axı, payız girib! Dincəlmək vaxtı deyil! - deyib Gerda yenə yola düzəldi.

Ah, yazıq yorğun ayaqları necə gizildəyirdi! Hava da necə soyuq, necə nəmdi! Söyüdün uzun yarpaqları tamam saralmışdı, duman onların üstə çöküb, iri damlalarla yerə tökülürdü, yarpaqlar xəzəl olub yan-yörəyə səpələnirdi. Mәксә çaqqal Kavalısı koIu yamyaşıldı, üstü də ağız büzüşdürən meyvə ilə dolu idi. Bütün aləm necə də tutqun, necə cansıxıcı idi.

DÖRDÜNCÜ HEKAYƏ

Gerda yenə oturub dincəlməli oldu. Qarın üstündə, düz onun qabağında iri bir qarğa tullana-tullana gəzirdi. Başını tərpədə-tərpədə qıza xeyli baxandan sonra qarğa dedi:

-   Qarr! Qarr! Xoş görrrdüd

Adam kimi bundan yaxşı danışa bilməsə də, qıza kömək etmək İstəyirdi, ondan soruşdu ki, neyçün tək-tənha diyarbədiyar düşüb gəzir. «Tәк-tənha» nə olan şeydi, bunu Gerda çox gözəl bilirdi, acısını da duymuşdu. Bütün həyatını qarğaya danışandan sonra qızcığaz ondan soruşdu ki, Kayı görübmü?

Qarğa fikirli-fikirli başını yelləyib dedi:

-   Ola bilərr! Ola bilərr! Qız:

-   Necə! Doğrudan? - qışqırdı və qarğanı elə qucaqladı ki, az qaldı onu boğsun.

Qarğa dedi:

-   Yavaş, yavaş! Elə bilirəm ki, о sənin Кауın idi. Amma indi yəqin şahzadə qıza başı

qarışıb, səni də yaddan çıxarıb!

Gerda soruşdu:

-   Məgər o, şahzadə qızın yanında yaşayır? Qarğa dedi:

-   Qulaq as, danışım. Ancaq sizin dildə danışmaq mənim üçün yaman çətindir. Hərgah qarğa dilini bilsəydin, sənə hər şeyi əmlli-başlı nəql edərdim.

Gerda təəssüflə:

-   Yox, bu dili mənə öyrətməyiblər. Heyf!

Qarğa dedi:

-   Eybi yoxdur. Pis də olsa, birtəhər danışaram.

Nə bilirdisə nəql elədi.

-   İndi bizim olduğumuz krallıqda bir şahzadə qız var, ağılda tayı bərabəri yoxdur! Dünyada nə qəzet varsa, hamısını oxuyub, oxuduqlarının da hamısını unudub, bax belə ağıllıdır! Günlərin birində taxtda oturub nəğmə oxuyurmuş, adamlar deyirlər ki, taxta çıxmaqda elə bir şənlik- sevinc yoxdur. Hə, oxuduğu nəğmə beləymiş: «Neyçün də ərə getməyim?» Fikirləşir ki, doğrudan da, neyçün getməyim və ərə getmək həvəsinə düşür. Elə ər də seçmək istəyir ki, onunla danışanda cavab verə bilsin, özünü çəkib dayanmasın, axı, belə şey çox darıxdırıcıdır!

Bəli, təbil vurub, saray xanımlarının hamısını çağırırlar və şahzadə qızın istəyini onlara çatdırırlar! Onlar da elə sevinirlər ki, deyirlər: «Вах, bu, xoşumuza gəlir. Biz özümüz də bu günlərdə onu fikirləşmişik!» Dediklərimin hamısı doğrudur! - Qarğa sözünə əlavə etdi. - Mənim nişanlım, əl qarğası sarayda yaşayır, bunların da hamısını ondan eşidib öyrənmişəm. Səhəri gün bütün qəzetlər, şahzadə qızın ad və familiyasının baş hərfləri olan ürəkşəkİlli haşiyələrlə çıxdı. Qəzetlərdə elan da verildi ki, yaraşıqlı cavanların hamısı saraya gəlib, şahzadə qızla söhbət eləyə bilər; özünü sərbəst apara bilən, gözəl danışmağı bacaran cavanı şahzadə qız özünə ər seçəcək. Bəli, bəli, qarğa təkrar elədi.

-   Bütün bunlar düpbədüzdür, lap burda sənin qarşında oturduğum kimi buna inan. Hə, camaat saraya axışdı, basırıq, itələşmə oldu, amma о gün də, sabahı gün də bir nəticə hasil olmadı. küçədə bütün adaxlılar dil-dil ötür, sarayın astanasına adlayanda, gümüşü geyimli qvardiyanı, qızılı geyimli laKeyləri görəndə və nəhəng, gur işıqlı zallara girəndə isə lal olurdular. Şahzadə qızın oturduğu taxta yaxınlaşanda elə onun dediyi sözləri təkrar eləyirdilər, о da ki, qətiyyən bunu istəmirdi. Elə bil ki, hamısı ovsunlanmış, tilsimə düşmüşdü! Saray qapılarından çıxan kimi yenə dilləri açılırdı. Adaxlılar darvazadan saray qapılarınadək növbəyə düzülmüşdülər. Mən özüm ordaydım və hər şeyi gördüm.

Gerda soruşdu:

-   Yaxşı, bəs Kay necə oldu? O, nə vaxt gəldi? О da elçi düşmüşdü?

-   Dayan! Dayan! Söhbətimiz elə gəlib onun üstünə çıxır! Üçüncü günü balaca bir adam nə Karetada, nə atla, eləbeləcə piyada düz saraya gəldi. Gözləri sənin gözlərin kimi işıldayırdı, saçları da uzundu, amma yoxsul geyinımişdi.

Gerda sevindi:

-   O, Kaydır! Mən onu tapdım! - Qızcığaz sevindiyindən əl çaldı.

Qarğa sözünə davam elədi:

Dalında çantası vardı.

Gerda:

-   Yox, - dedi, - yəqin onun xizəyi imiş! O, evdən xizəyi ilə çıxmışdı.

Qarğa təsdiqlədi:

-   Çox ola bilər! Mən fikir vermədim. Hə, mənim nişanlım danışırdı ki, о adam saraya girib gümüşü geyimli qvardiyanı, pilləkən boyunca düzülmüş laKeyləri görəndə bircə gilə də özünü itirmədi, ancaq başını tərpətdi və dedi: «Pilləkən üstə dayanmaq yəqin çox darıxdırıcı şeydir, yaxşı olar otaqlara gedim!» Zallarda da gur işıq yanırdı. Gizli müşavirlər və əlahəzrətlər çənıməsiz gəzişirdilər, qızıl boşqablarda nəsə ora-bura daşıyırdılar, bir dəbdəbə vardı, gəl görəsən! Ayağındakı çəkmələri cır-cır cırıldayırdı, onunsa heç vecinə deyildi.

Gerda çığırdı:

-   Yəqin Kay imiş! Mən bilirəm, onun çəkmələri təptəzəydi. Nənənin yanına gələndə, onların cırıltısını özüm eşitmişəm.

Qarğa sözünə davam elədi:

-   Hə, onlar yaman cırıldayırmış. Amma oğlan şahzadə qıza cəsarətlə yaxınlaşıb. Şahzadə qız cəhrənin çarxı boyda mirvarinin üstündə oturubmuş, dövrəsində də saray xanımları öz qulluqçuları, qulluqçular da öz qulluqçuları ilə, Kavalerlər də nökərləri ilə, nökərlər də öz nökərləri ilə dayanıbmışlar, bu nökərlərə də qulluq eləyən nökərlər varmış. kim qapıya yaxın dayanıbmışsa, burnunu bir az da yuxarı tutubmuş. Qapı ağzında dayanmış, nökərin nökərinə qulluq eləyən nöкәrә baxsaydın bağrın yarılardı, özünü, bax, belə dartırmış!

Gerda dedi:

-   Vay, necə vahiməlidir! Bəs Kay şahzadə qızla evləndi, ya yox?

Qarğa olmasaydım, mən özüm onunla evlənərdim, hərçənd nişanlıyam. Hə, oğlan şahzadə qızla söhbətə başlayıb, mən qarğa dilində necə danışıramsa, ondan da yaxşı danışıb, hər halda mənim əl qarğası olan nişanlım mənə belə dedi. Özünü çox sərbəst aparırımış, mehriban imiş və deyibmiş ki, elçiliyə yox, şahzadə qızın ağıllı söhbətlərinə qulaq asmağa gəlib. Hə, belə ki, qız onun, о da qızın xoşuna gəlib.

Gerda dedi:

-   Hə, hə, o, Kay imiş! Axı, o, elə ağıllıdır kü Hesabm dörd üsu-lunun hamısını bilirdi, kəsirlərilə bərabər! Ah, tez məni saraya çatdır!

Qarğa cavab verdi:

-   Demək asandır, eləmək çətin. Səbr elə, qoy nişanlımla danışım, o, bir şey fikirləşib bizə deyər. Elə bilirsən ki, səni buyurbuyurla saraya buraxacaqlar? Gözlə, belə qızları hələm-hələm içəri buraxmırlar!

Gerda:

-   Məni buraxarlar, - dedi. - Kay eşitsə mən burdayam, о dəqiqə qaçıb yanıma gələr.

-   Məni burda, məhəccərin yanında gözlə, - deyib qarğa başını silkələdi və uçub getdi.

O, şər qarışanda qayıtdı və qarıldadı:

-   Qarr! Qarr! Mənim nişanlım sənə çoxlu salam, bir də bu bir parça çörəyi göndərib. Mətbəxdən çırpışdırıb, orda çörәк çoxmuş, sən də, yəqin ki, acsan!.. Hə, saraya düşə bilməyəcəksən, axı, ayaqyalısan, gümüşü geyimli qvardiya, qızılı geyimli lakeylər dünyasında səni içəri qoymazlar. Amma ağlama, hər halda içəri кеçəcəksən. Mənim inşanlım dal qapıdan şahzadə qızın yataq otağına olan yolu tanıyır, açarın yerinə də bələddir.

Budur, onlar bağçaya girdilər, yarpaqların xəzəl olub töküldüyü uzun xiyabanlarla yeridilər, sarayın işıqları sönəndə qarğa yarıaçıq qapıdan qızı içəri ötürdü.

Ah, qorxudan, həyəcandan Gerdanın ürəyi necə çırpınırdı! Elə bil pis iş tuturdu, amma o, yalnız Kayın burda olub-olmadığını bilmәк istəyirdi! Hə, hə, yəqin ki, burdadır! Gerda onun ağıllı gözlərini, uzun saçını, qızılgül kolları altında oturduqları zamanlar ona baxıb gülümsəməsini xatırladı. İndi Gerdanı görəndə, onun xatirinə belə uzun yol keçib gəldiyini eşidəndə, ev adamlarının onun itməyindən necə kədərləndiklərini biləndə çox sevinəcək! Ah, qorxudan, sevincdən Gerda lap özünü itimişdi!

Budur, onlar gəlib pilləkənә çatdılar. Şkaf ın üstündə lampa yanırdı, əl qarğası da yerdə oturub, ətrafına baxırdı.

Gerda çöməltmə oturdu və nənəsinin öyrətdiyi kimi ona baş əydi.

Əl qarğası dedi:

-   Mənim adaxlım sizin barənizdə о qədər yaxşı sözlər danışıb ki, xanım qız. Sizin həyatınıza da acıyıram. Lütfən lampanı götürün, mən qabaqca gedim. Biz düz yolla gedəcəyik, burda heç kəsə rast gəlmərik.

Gerda:

-   Mənə isə elə gəlir ki, bizi kim isə izləyir, - dedi. Həmin andaca yanımdan xışıltı ilə kölgələr şütüyüb keçdi: yalları yellənən, nazikayaq atlar, ovçular, xanımlar, Kavalerlər at belində çapıb get-dilər.

Əl qarğası dedi:

-   Bunlar yuxudur! Zühur olur ki, əlahəzrətlərin fikirxəyalı ovçuluğa yönəlsin. Bizim üçün daha yaxşı, yatanları yaxşi-yaxşı görərik.

Onlar divarlarına güllü çəhrayı atlas çəkİlmiş birinci zala girdilər. Gerdanın yanından yenə yuxular ötüb keçdi, elə də tez keçdi ki, o, atlıları görə bilmədi. Zallar bir-birindən bəzəkli, dəbdəbəli, adam özünü itirirdi. Nəhayət, gəlib yataq otağına yetişdilər. Otağın tavanı qiymətli büllur yarpaqları olan nəhəng palmanı xatırladırdı, palmanın ortasından qalın qızıl gövdə əyilmiş, ordan da süsən şəkİində iki çarpayı asılmışdı. Biri ağdı, içində də şahzadə qız yatmışdı, о birisi qırmızı idi. Gerda Kayı orda görmək ümidindəydi. Qız qırmızı Iəçəklərdən birini aralayıb, tünd sarı peysər gördü. Kay idi! О, oğlanın adını ucadan çağırdı və lampanı lap üzünə yaxınlaşdırdı. Yuxular səs-küylə qaçıb uzaqlaşdı, şahzadə oyanıb, başını çevirdi... Ah, Kay deyildi! Şahzadə Kaya ancaq peysərindən oxşayırdı, elə onun kimi cavan və qəşəngdi. Ağ süsənin içindən şahzadə qız boylanıb soruşdu ki, nə olub. Gerda ağladı və başına gələn əhvalatı ona danışdı, qarğaların da ona kömək elədiklərini dedi.

Şahzadə ilə şahzadə qız:

-   Ah, yazıq qızcığaz! - dedilər, qarğaları təriflədilər, bildirdilər ki, onlara acıqları tutmur, amma qoy daha belə şey eləməsinlər, hətta qarğaları mükafatlandırmaq istədilər.

Şahzadə qız soruşdu:

-   Azad quş olmaq istəyirsinizmi? Ya da mətbəxdəki artıqlarla dolanıb saray qarğaları vəzifəsini tutmaq istəyirsiniz?

Hər iki qarğa baş əyib, onlara saray vəzifəsi verməyi xahiş etdi. Onlar qocalıqlarını fikirləşdilər.

Dedilər:

-   Qoca vaxtı bir parça çörəyin olsa, yaxşıdır!

Şahzadə durub, öz yatağını Gerdaya verdi, hələlik onun üçün bundan artıq heç nə eləyə bilməzdi. Gerda isə xırdaca əllərini qoşalayıb, belə fikirləşdi: «Butün adamlar və heyvanlar necə xeyirxahdırlar!» Sonra gözlərini yumub şirin yuxuya getdi. Yuxular yenə uçub otağa gəldi, indi onlar kiçik xizəyin üstə Kayı sürüb aparırdı, Kay da Gerdanı başı ilə salamlayırdı. Heyhat, bu gördükləri ancaq yuxu idi və qızcığaz oyanan kimi hər şey yox oldu. Ertəsi gün onu başdan- ayağa ipəyə, qumaşa bürüdülər və sarayda istədiyi qədər qalmağa icazə verdilər.

Gerda sarayda şad-xürrəm yaşaya bilərdi, ancaq bir neçə gün qonaq qalandan sorıra xahiş elədi ona at qoşulmuş bir kirşə, bir cüt də başmaq versinlər; o, yenə diyarbədiyar düşüb süd qardaşını axtarmaq istəyirdi. Ona başmaq, mufta, qəşəng paltar verdilər, о hamı ilə vidalaşıb qurtarandan sonra gördü ki, qapıya xalis qızıldan olan, üstündə şahzadə ilə şahzadə qızın gerbi parpar yanan bir kareta yanaşdı; sürücünun, lakeyin, foreytorların1 başında balaca qızıl tac vardı.

Şahzadə ilə şahzadə qız Gerdanı karetaya oturtdular və ona yaxşı yol arzuladılar.

İmкаn tapıb evlənmiş meşə qarğası, arxası atlara tərəf otura bilmədiyindən, karetada qızla yanaşı oturub, onu üc mil yola saldı. Əl qarğası darvazanın üstünə qonub qanadlarını çırpırdı. O, Gerdanı yola salmağa getmədi, çünki sarayda vəzifə alandan və doyunca уеmәк yeyəndən bəri baş ağrılarından əziyyət çəkİrdi. Kareta şirin qoğallarla, oturacağının altındakı yeşik isə meyvə və şirniyyatla dolu idi.

Şahzadə ilə şahzadə qız qışqırdılar:

-   Əlvida! Əlvida!

Gerda ağladı, əl qarğası da ağladı. Üç mil gedəndən sonra meşə qarğası da qızla vidalaşdı. Yaman ayrılıqdı! Qarğa ağaca qonub, gün kimi bərq vuran Kareta gözdən itincə qara qanadlarını çırpa-çırpa qızla sağollaşdı.

BEŞİNCI HEKAYƏ

Gerdanın Karetası gəlib quldurlar yaşayan meşəyə girdi; Kareta alov kimi alışıb-yanır, quldurların gözünü yandırırdı, axırda onlar heç dözə bilmədilər.

-   Qızıl! Qızıl! - deyib çığırdılar, atın cilovundan yapışdılar, balaca foreytorları, sürücünü, nökərləri öldürdülər və Gerdanı dartıb Karetadan çıxartdılar.

Gör necə yeməlidir, necə toppuşdur! Qoz-fındıq yeyib кöкәlib. - Bunu uzun, cod saqqallı, pırpız qaşlı quldur qarı dedi. - Lap sənin quzun kimi ətli-yağlıdır! Görək dadı necədir?

Qarı iti, parıldayan bir bıçaq çıxartdı. Dəhşət! Birdən qarı çığırdı:

-   Vay! - Arxa tərəfində oturan doğmaca qızı onun qulağını dişləmişdi; qız elə dəlisov, elə ərköyündü ki, adamın xoşu gəlirdi. - Nə zibil qızsan! - deyib anası qışqırdı, amma macal tapıb Gerdanı öldürə bilmədi.

Balaca quldur dedi:

-   О, mənimlə oynayacaq. О, mənə öz muftasını, qəşəng paltarını verəcək və yanımda yatacaq.

Qız yenə anasını elə dişlədi ki, o, yerində tullanıb, fırfıra kimi fırlandı. Quldurlar şaqqıldayıb güldülər:

-   Gör qızı onu necə oynadır!

Karetaya minımək istəyirəm! - balaca quldur çığırdı və кarеtaya yaxınlaşdı; o, çox ərköyün və tərsdi.

O, Gerda ilə karetaya mindi və kötüklərin, kəsəklərin üstü ilə meşənin qalın yerinə götürüldü.

Balaca quldur qarabuğdayı qızdı, elə Gerda boyda olardı, güclü, dolubədənli idi. Gözləri zil qara, həm də kədərliydi. O, Gerdanı qucaqlayıb dedi:

-   Mənim sənə acığım tutmayınca, onlar səni öldürməzlər. Yəqin sən şah qızısan, hə?

Gerda:

-   Yox, - dedi və başına gələn əhvalatı, Kayı necə çox istədiyini danışdı.

Balaca quldur ona ciddi nəzərlə baxdı və başını yüngülcə tərpətdi:

-   Onlar səni öldürə bilməzlər, lap sənə acığım da tutsa; ondansa, elə özüm səni öldürərəm!

Gerdanın göz yaşlarını sildi, sonra əllərini onun qəşəng, isti, yumşaq muftasının içində gizlətdi.

Budur, kareta quldurların qəsrinin həyətinə girib dayandı.

Qəsrin çatlamış yerlərindən qarğalar bayıra uçurdular. Hardansa nəhəng, yekəağız itlər peyda oldular, hərəsi də bir adamı uda bilərdi, ancaq onlar eləcə yuxarı tullanırdılar, heç hürmürdülər də, çünki hürmək qadağandı, hisli divarları yarıuçulmuş, daş döşəməli iri zalın ortasında gur ocaq yanırdı. Tüstü tavana qalxırdı, çıxmağa da yeri yox idi. Ocağın üstündəki tiyanda şorba qaynayırdı, şişlərdə də dovşanlar qızarırdı.

Balaca quldur Gerdaya dedi:

-   Sən mənimlə bax burda, balaca heyvanxanaının yanında yatacaqsan.

Qızları yedirib-içirdilər, onlar da öz yerlərinə getdilər, orda samanın üstünə xalça döşənımiş, yataq düzəldilmişdi. Bir az yuxarıda, şüvüllərin üstündə yüzdən çox göyərçin oturmuşdu. Elə bilirdin ki, hamısı yatıb, amma qızlar yaxınlaşanda onlar tərpəndilər.

-   Hamısı mənimdir! - deyib balaca quldur göyərçinin birini ayaqlarından tutdu və onu elə çırpdı ki, göyərçin lap ölümcül oldu. -Balaca quldur göyərçini Gerdanın üzünə yapışdırıb, bərkdən dedi: -Al, öp onu! - Sonra sözünə davam elədi: - Burda isə meşə kələkbazları var, - qız divar oyuğunda, taxta məhəccərin dalındakı iki göyərçini göstərdi. - Bu ikisi meşə kələkbazıdır. Gərək onları bağlı yerdə saxlayasan, yoxsa о saat uçarlar! Bu da mənim istəkli keçimdir! -Qız divara bağlanmış, boynunda mis boyunduruq olan şimal maralının buynuzlarından dartdı. - Bunu da saxlamaq lazımdır, yoxsa qaçar! Hər axşam iti bıçaqla orıun boğazının altını qıdıqlayıram, о da yaman qorxur.

Bunu deyib balaca quldur divarın yarığından uzun bıçaq çıxartdı və maralın boğazına çəkdi. Yazıq heyvan çırpındı qız isə şaqqıldayıb güldü və Gerdanı yatağa tərəf dartdı.

Gerda ondan soruşdu:

-   Doğrudan sən bıçaqla yatırsan? Balaca quldur dedi:

-   Həmişə! Hər şey ola bilər! Hə, Kay əhvalatını, diyarbədiyar düşüb necə gəzdiyini bir də mənim üçün danış.

Gerda danışdı. Qəfəsdəki meşə göyərçinləri astadan quruldayırdılar; о biri göyərçinlər yatmışdılar. Balaca quldur bir əli ilə Gerdanın boynunu qucaqladı, bıçaq da о biri əlindəydi. Eləcə də xoruldamağa başladı; Gerda isə yata bilmirdi və bilmirdi ki, onu öldürəcəklər, ya sağ qoyacaqlar.

Qəfildən meşə göyərçinləri quruldadılar:

-   Qurr! Qurr! Biz Kayı gördük. Ağ toyuq onun xizəyini kür əyində aparırdı , özü də Qar

Kraliçasının xizəyində oturmuşdu. Biz onda bala idik, yuvamızda oturmuşduq, onlar meşənin

üstündən ötüb keçdilər. Qar kraliçasının nəfəsindən hamı öldü, biz ikimiz qaldıq. Qurr! Qurr!

Gerda ucadan:

-   Nə danışırsınız, - dedi. - Bəs Qar kraliçası hara uçdu? Bilirsiniz?

-   Yəqin ki, Laplandiyaya. Axı, ora daimi buzlaq, qarlı yerdir. Burda bağlanmış şimal maralından soruş.

Şimal maralı dedi:

-   Hə, ora daimi buzlaq, daimi qar örtüyüdür. Çox gözəl yerdir! Orda nəhəng, parıldayan düzənlikdə özün üçün sərbəst tullanat-ullana gəzirsən. Orda Qar kraliçasının yay çadırı qurulub, onun daimi qəsri isə Şimal qütbünün yanında, Spitsbergen adasındadır.

Gerda ah çəkdi:

Kay, mənim əziz Kayım! Balaca quldur dedi:

Tərpənmə. Yoxsa bıçağı soxaram qarnına!

Səhər Gerda meşə göyərçinlərindən eşitdiklərini ona danışdı. Balaca quldur ciddi nəzərlərlə Gerdaya baxdı, başını tərpətdi və dedi:

Yaxşı, qoy belə olsun!.. Bilirsən Laplandiya hardadır? - o, şimal maralından soruşdu.

Mən bilməmiş kim biləcək! - Maralın gözlərinə işıq gəldi. -Mən orda doğulub böyümüşəm, qarlı düzənlərində tullana-tullana qaçmışam.

Balaca quldur Gerdaya:

-   Onda qulaq as, - dedi. - Görürsən, bizimkilərin hamısı çıxıb gedib, evdə təkcə anam qalıb, bir azdan sonra о dai iri şüşəni başına çəkib mürgüləyəcək; onda sənin üçün bəzi işlər görə biləcəyəm.

Qarı şüşəni başına çəkdi və xoruldadı, balaca quldursa şimal maralına yaxınlaşıb dedi:

-   Hələ səni çox incidib ləzzət alardım! İti bıçaqla qıdıqlayanda yaman gülməli olursan. Amma eybi yoxdur! Səni açıb azadlığa buraxıram. Öz Laplandiyana qaçıb gedə bilərsən, ancaq bunun əvəzində gərək bu qızı Qar kraliçasının sarayına aparasan, onun süd qardaşı ordadır. Onun danışdığını, yəqin ki, eşitdin O bərkdən danışırdı, sənin də qulaqların həmişə şəkdədir. !

Şimal maralı sevindiyindən yerində tullandı. Balaca quldursa Gerdanı onun belinə mindirdi, arxayınçılıq üçün iplə möһкәm sarıdı, rahat olsun deyə, altına döşəkçə də qoydu.

Sonra dedi:

-   Qoy belə olsun, xəz çəkmələrini geri götür, ora soyuq olacaq! Muftanı isə özümçün saxlayıram, qəşəngdir, xoşuma gəlir. Amma qoymaram donasan, anamın уекә əlcəklərini götür, onlar sənin dirsəyinəcən çatar. Əllərini bas içinə! Нә, indi sənin əllərin lap eybəcər anamın əllərinə oxşadı.

Gerda sevincdən ağlayırdı.

Balaca quldur dedi:

-   Zəhləm gedir zıqqıldayanda! Sən indi sevinməlisən. Bu da iki çörәк, bir də donuz ətinin qaxaçı, verirəm ki, ac qalmayasan.

Bunları da maralın yanlarına bağladı. Sonra balaca quldur qapını açdı, itləri içəri çağırdı, maralı bağladığı ipi iti bıçağı ilə kəsdi və dedi:

-      Hə, tez ol! Qızdan da muğayat ol.

Gerda уекә əIcəkli əllərini balaca quldura sarı uzatdı və onunla sağollaşdı, Şimal maralı kötükLərin, kəsəklərin üstü ilə götürülc . meşəni, bataqlığı, çölləri çapıb keçdi. Canavarlar ulayır, qarğalar qarıldayırdı.

Birdən «uf, uf!» səsi eşidildi və göydən elə bil od püskürdü. Maral dedi:

-   Bu, mənim doğma qütb şəfəqimdir! Gör necə yanır! Maral dayanmadan gecə-gündüz çapdı. Çörəklər də, donuz qaxacı da yeyilib qurtardı . Nəhayət, onlar gəlib Laplandiyaya yetişdilər.

ALTINCI HEKAYƏ

Maral köhnə bir daxmanın qabağında dayandı. Daxmanın damı əyilmişdi, qapısı da elə alçaqdı ki, adamlar sürünə-sürünə içəri кеçməli olurdular.

Evdə bircə lapland qarı vardı, piy çırağının işığında balıq qızardırdı. Şimal maralı Gerdanın bütün hekayətini qarıya danışdı, amma əvvəlcə öz hekayətini söylədi, çünki bu, ona daha vacib görünürdü.

Gerda şaxtadan elə donmuşdu ki, heç dili söz tutmurdu

Lapland qarı dedi:

-   Vay yazıqlar! Hələ çox yol getməli olacaqsınız! Hələ yüz mil də gərək gedəsiniz ki, Finlandiyaya çatasınız; Qar kraliçası orda. bağında yaşayır, hər axşam da mavi benqal alovu yandırır. Kağızım yoxdur, qurudulmuş balığın üstündə bir-ikİ söz yazaram, onu oralada yaşayan fin arvada yetirərsiniz, neyləmək lazım olduğunu sizə məndən yaxşı öyrədər.

Gerda bir az qızınandan, yeyib-içəndən sonra lapland qarı quru balığın üstündə biri-ikİ kəlmə yazdı, Gerdaya tapşırdı ki, onu möhkəm-möhkəm saxlasın, sonra qızı maralın belinə bərk sarıdı, maral da yel kimi götürüldü.

Göydən yenə «uf, uf!» səsi eşidildi, gözəl mavi alov burumları şığıdı. Maral Gerdanı bu alovların işığında gətirib Finlandiya yetirdi və fin arvadın daxmasının tüstü borusunu döydü, axı, onun qapısı yox idi.

Vay, vay, daxma necə istiydi. Balaca, кöк fin arvadın özü уаrıçılpaqdı. О, Gerdanın paltarını, əlcəklərini, çəkmələrini cəld çəkib çıxartdı, yoxsa qız istidən bişərdi; sonra maralın başına bir paгça buz qoydu və quru balığın üstündəki yazını oxumağa başladı.

Yazını kəlmə-kəlmə üç dəfə oxudu, əzbərlədi, sonra balığı qazana soxdu, axı balıq yeməli şeydi, fin arvad da heç nəyi tullamırdı.

Maral da əvvəlcə öz əhvalatını, sonra Gerdanın hekayətini danışdı. Fin arvad ağıllı gözlərini qırpa-qırpa qulaq asır, bir kəlmə söz demirdi.

Maral:

-   Sən müdrik qadınsan... - dedi. - Qız üçün elə dərman hazırlayarsanmı ki, həmin dərman ona on iki pəhləvanın gücünü versin? Onda Qar kraliçasının öhdəsindən gələ bilərdi!

Fin arvad dedi:

-      On iki pəhləvanın gücü! Bunun bir xeyri var ki?!

Fin arvad rəfdən iri dəri lülə götürüb açdı; о lülə əcaib yazılarla dolu idi, yazıları oxumağa başladı, о qədər oxudu ki, alnından tər sel kimi axdı.

Maral yenə Gerda üçün yalvardı, Gerda özü isə fin arvada yalvarıcı nəzərlə, yaş dolu gözlərlə elə baxırdı ki, arvad yenə gözlərini qırpdı, maralı кәnara çəkİb, başındaki buz parçasını dəyişə-dəyişə qulağına pıçıldadı:

Kay doğrudan da Qar kraliçasının yanındadır, amma çox razıdır. Fikirləşir ki, burdan yaxşı yer ola bilməz. Səbəbi də ürəyinə, gözünə sancılmış güzgü qəlpələridir. Onları çıxarmaq lazımdır, yoxsa Qar kraliçası onu öz itaətində saxlayacaq.

Sən Gerdaya elə bir şey verə bilməzsən ki, onu hamıdan güclü eləsin? Onu indi olduğundan güclü eləyə bilmərəm. Görmürsən onda nə güc var?! Görmürsən ki, adamlar da, heyvanlar da onun xidmətindədir? Axı o, ayaqyalın, başaçıq, dünyanın yarısını dolaşıb! O, bizim gücümüzə möhtac deyil, onun gücü onun ürəyindədir, günahsız, sevimli qız olmağındadır. Əgər о özü Qar kraliçasının qəsrinə girib Kayın ürəyindən qəlpəni çıxara bilməsə, bizim köməyimiz ona heç dəyməz! Burdan iki mil о yana Qar kraliçasının bağı başlanır. Qızı apar ora, qırmızı meyvəli iri kolun yanında düşür, tez də geri qayıt.

Bunu deyib fin arvad Gerdanı maralın belində oturtdu, о da dördayaq götürüldü.

Şaxtaya çıxmış Gerda çığırdı:

-      Vay, xəz сәкmәm yoxdur! Vay, əlcəklərim yoxdur!

Lakin maral qırmızı meyvəli коlа çatmamış dayanmağa cürət eləmədi. Çatan kimi qızı yerə endirdi, dodaqlarından öpdü, yanaqlarından iri damlalarla parlaq göz yaşı axdı. Sonra güllə kimi götürülüb, geri qayıtdı.

Yazıq qız yandırıcı şaxtada tək-tənha, başmaqsız, əIcəksiz dayanıb qaldı. Sonra sürətlə irəli qaçdı. Parça-parça qarlar onun qarşısına gəlirdi, amma onlar göydən tökülmürdü, səma tərtəmizdi, qütb şəfəqi də göz qamaşdırırdı; yox, bu qarlar yerdən qalxıb düz Gerdanın üstünə gəlirdi və get-gedə iriləşirdi.

Gerda böyüdücü şüşə altindaki iri, qəşəng qar dənələrini xatırladı, amma bunlar qat-qat iri, qorxunc və canlı idi.

Bunlar Qar kraliçasının ön gözətçi qoşunu idi. Bəziləri уеkә, eybəcər kirpilərə, bəziləri yüzbaşlı ilanlara, bəziləri də pırpız tüklü ayı balalarına oxşayırdı. Amma hamısı ağlıqdan göz qamaşdırırdı, hamısı canlı qar parçaları idi.

Lakin Gerda cəsarətlə irəliləyirdi və nəhayət, gəlib Qar kraliçasının qəsrinə yetişdi.

İndi görək bu müddətdə Kayın başna nə gəlib. O, Gerda barəsində heç fikirləşmirdi, heç bilməzdi ki, qız burda, lap yaxındadır.

YEDDİNCİ HEKAYƏ

Çovğunlar qəsrin divarları, dəli küləklər qapı-pəncərələri idi. Burda yüzdən çox zalı çovğun necə qurub-düzəltmişdisə, onlar eləcə birbirinin dalınca sıralanmışdı. Hamısını da qütb şəfəqi işıqlandırırdı, ən irisi isə neçə mil uzanıb gedirdi. Bu ağ, gözqamaşdıran qəsrlər necə soyuq, necə boş görünürdü! Şənlik, sevinc buralara yaxın düşmürdü. Çovğunun musiqisi altında rəqs edən ayılar üçün burda heç vaxt bal düzəldilmirdi; ağ ayılar incə hərəkətlə dal ayaqları üstə gəzmək məharətlərini göstərə bilmirdilər; burda kart oynayıb deyişmir, vuruşmurdular, bir fincan qəhvə içib qeybət qırmağa ağ tülkülər toplaşmırdılar.

Soyuq, kimsəsiz, əzəmətli! Qütb şəfəqi elə dəqiq alışır, elə dəqiq yanırdı ki, parıltının hansı anda gurlaşıb, hansı anda sönəcəyini asanlıqla müəyyən eləmək olurdu. Ən iri, boş və qarlı zalın ortasında donmuş göl vardı. Gölün buzu minlərlə dümdüz, eyni cür parçalara bölünmüşdü, lap möcüzəyə oxşayırdı. Evdə olanda Qar kraliçası həmişə bu gölün ortasında oturardı, deyərdi ki, idrak güzgüsünün üstündə oturub; onun fikrincə, bu dünyada misli olmayan, ən yaxşı güzgü idi.

Kay soyuqdan gömgöy göyərmişdi, amma sazağı hiss eləmirdi, Qar kraliçasının öpüşləri onu keyləşdirmişdi, elə ürəyi də buz parçası kimi bir şey oimuşdu. Kay yastı, ucları iti buzlarla əlləşir, onları cürbəcür şəkillərdə yığıb düzürdü; axı, belə bir oyun var: taxta parçalarından fiqurlar düzəltmək, buna Çin tapmacası deyirlər. Hə, Kay da əcaib fiqurlar düzəldirdi, amma onları buz parçalarından quraşdırırdı, buna da idrakin buz oyunu deyirdilər. Onun nəzərində bu fiqurlar incəsənətin möcüzəsi idi, onların quraşdırılması da çox vacib məşğuliyyətdi. Bu ona görə beləydi ki, Kayın gözündə sehrli güzgünün qəlpəsi düşüb qalmışdı. Buz parçalarını о elə düzürdü ki, onlardan bütöv sözlər düzəlirdi, amma çox istədiyi bir sözü - «əbədiyyət» sözünü heç cür quraşdıra bilmirdi. Qar kraliçası ona dedi: hərgah sən bu sözü quraşdıra bilsən, özün öz ağan olacaqsan. Mən də sənə bütün dünyanı, bir də bir cüt təzə konki bağışlayacağam. Amma Kay bu sözü düzəldə bilmirdi ki, bilmirdi.

Qar kraliçası dedi:

-      İndi mən isti ölkəİərə uçacağam. Qara tiyanlara göz gəzdirəcəyəm.

O, od püskürən Etna və Vezuvi vulkanlarının Kraterlərinə qara tiyan deyirdi.

-       Onları bir az ağardım. Bunun limona, üzümə xeyri var.

-   Qar kraliçası uçub getdi, Kay da dəhşətli tənhalıq içində qalaraq, zalın qalın buzlarına baxıb fikir eləyirdi, fikirdən lap başı çatlayırdı. Rəngi solğun halda yerində quruyub qalmışdı, elə bil ölü idi. Lap buz parçasına dönmüşdü.

Elə bu vaxt dəli küləklərdən qurulmuş nəhəng darvazadan Gerda içəri girirdi. küləklər onun ayaqları altına yatdılar. O, nəhəng, bomboş buz zalına girəndə Kayı gördü. Həmin dəqiqə onu tanıdı, boynuna atılıb onu bərk-bərk qucaqladı və ucadan dedi:

-      Kay, mənim əzizim! Axır ki, səni tapdım, Kay!

Amma oğlan hərəkətsiz, donmuş halda oturub qalmışdı. Gerda ağladı, isti göz yaşları da Kayın sinəsinə töküldü, ürəyinə yol tapdı, buz qatını əritdi, buz qəlpəsini də əridib yox elədi. Kay Gerdaya baxdı və göz yaşını sel kimi axıtdı, elə bərk ağladı ki, göz yaşı ilə bərabər buz qəlpəsi də əriyib töküldü. Kay Gerdanı tanıdı və ürəkdən sevindi:

-   Gerda! İstəkli Gerda!.. Bu vaxta kimi hardaydın? Mən özüm hardaydım?- O, ətrafına göz gəzdirdi. - Bura necə soyuq, necə kimsəsizdir!

Kay Gerdaya sıxıldı. Qızcığaz da sevindiyindən gülür, ağlayırdı. Bu lövhə elə gözəldi ki, hətta iri buz parçaları da rəqsə başladılar, oynayıb yorulanda isə yerə yatdılar və Qar kraliçasının

Kaya quraşdırmaq istədiyi sözü düzəltdilər. Həmin sözü quraşdırsaydı, Kay özü özünün ağası olardı, üstəlik, ondan bütün dünyanı və bir cüt konki hədiyyə alardı.

Gerda Kayın yanaqlarından öpdü, yanaqlar da qızılgül kimi qızardı; gözlərindən öpdü, gözlər parıldadı; əllərini, ayaqlarını öpdü, oğlan yenidən gümrah və sağlam oldu.

Qar kraliçası istədiyi vaxt bura qayıda bilərdi, onun buraxılış vərəqəsi burda gözqamaşdıran buzlu hərflərlə yazılıb qoyulmuşdu.

Kayla Gerda əl-ələ tutub, buzlu qəsrdən çıxdılar. Yolda nənədən, kiçicik bağçalarındakı qızılgüllərdən danışırdılar, dəli küləklər də onların qarşısında quzuya dönüb yatır, günəş onlar üçün nur saçırdı. Qırmızı meyvəli kolun yanıına çatanda gördülər şimal maralı onları gözləyir.

Kayla Gerda əvvəlcə fin arvadın yanına gəldilər, bir az qızındılar, yolu öyrənib, lapland qarının yanına yollandılar. Qarı onlara təzə paltar tikdi, öz xizəyini düzəltdi və uşaqları ötürməyə getdi.

Maral da Kayla Gerdanı Laplandiyanın lap sərhədinəcən yola saldı; burda yaşıllıq təzə-təzə üzə çıxırdı. Uşaqlar bu yerdə maralla da, qarı ilə də vidalaşdılar.

Qarşılarına meşə çıxdı. Quşların ilk mahnısı eşidildi, ağaclarda yaşıl tumurcuqlar göründü. Meşədən uşaqların qabağına qəşəng atın belində, başında al-qırmızı papaq, kəmərinə tapançalar sancılmış cavan bir qız çıxdı.

Gerda atı о dəqiqə tanıdı; vaxtilə bu at qızıl Karetaya qoşulmuşdu. Qızı da tanıdı. Balaca quldur idi. О da Gerdanı tanıdı. Necə sevindilər! Quldur qız Kaya üz tutdu:

-      Avaraya bax! Bilmək istərdim görüm, dalınca dünyanın axırına getməyə dəyər, ya yox!

Lakin Gerda əlini qızın yanağına vurub, şahzadəni və şahzadə qızı soruşdu:

Cavan quldur dedi:

Onlar ayrı ölkəİərə çıxıb getdilər.

Bəs qarğa?

-   Meşə qarğası öldü, əl qarğası dul qaldı, ayağında qara tük saxlayıb, taleyindən şikayətlənir. Bütün bunlar heç, sən özündən danıs, başına nələr gəldi, bunu necə tapdın?

Gerda ilə Kay hər şeyi ona danışdılar. Cavan quldur:

-   Nağıl da burda qurtardı, - deyib, onların əlini sıxdı və şəhərlərinə yolu düşsə, mütləq onlara baş çəkəcəyini vəd elədi.

Sonra о öz yolu ilə getdi, Kayla Gerda da öz yolları ilə getdilər.

Onlar irəlilədikcə yolları üstə bahar çiçəkləri açır, otlar göyərirdi. Qulaqlarına kilsə zənglərinin səsi gəldi, uşaqlar doğma şəhərlərinin kilsə zənglərini tanıdılar. Tanış pillələrlə qalxıb, otağa girdilər; burda hər şey olduğu kimi qalmışdı, saat çıqqıldayır, əqrəblər fırlanırdı. Amma alçaq qapıdan кеçmәк istəyəndə gördülər ki, lap böyüyüblər. Üstü qızılgüllə dolu kollar damdan açıq pəncərəyə boylanırdı, oturduqları kiçik stulları da burda idi. Kayla Gerda hərə öz stulunda oturdu, onlar əl-ələ tutdular, Qar kraliçasının da soyuq, kimsəsiz qəsrinin əzəməti ağır yuxu kimi çəkilib getdi.

Artıq böyümüş, ancaq uşaq ürəkİi, uşaq ruhlu Kayla Gerda beləcə yanaşı oturub qaldılar; ilin də yay fəsli idi, isti, bərəkətli yay fəsli.

Oxunub 14852 dəfə