Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 06 Dekabr 2011 12:36

NOXUD ÜSTÜNDƏ YATMIŞ ŞAHZADƏ QIZ

Hans Xristian Andersen

NOXUD ÜSTÜNDƏ YATMIŞ ŞAHZADƏ QIZ

(tərcümə edəni Səkinə Hüseynova)

b
iri vardı, biri yoxdu, bir şahzadə vardı, o, əsl şahzadə qızla evlənmək istəyirdi. Bütün dünyanı gəzib-dolaşdı, amma eləsini tapa bilmədi. Şahzadə qız çoxdu, lap çoxdu, ancaq onlar əsl şahzadə idilərmi? Bunu heç cür aydın eləyə bilmədi, kor-peşman evə döndü; o, çox qüssə çəkirdi, əsl şahzadə qız həsrətindəydi.

Bir axşam hava tutuldu, ildırım çaxdı, göy guruldadı, yağış sel kimi tökdü, bir qiyamət qopdu ki, gəl görəsən!

Birdən şəhər darvazası döyüldü, qoca kral da darvazanı açmağa getdi.

Darvaza ağzında şahzadə qız durmuşdu. Nə kökdəydi, ilahi! Saçından, paltarından başmaqlarının üstünə şırıltı ilə su tökülür, dabanlarından axıb gedirdi, о isə inadla deyirdi ki, əsl şahzadədir!

Qoca kraliça fikirləşdi: «Bunu sonra bilərik!».

Lakin heç nə deməyib, yataq otağına кесdi. Orada yataqdakı bütün döşəkləri, yastıqları götürdü, taxtaların üstünə xırdaca bir noxud qoydu, noxudun üstündən iyirmi yun döşək, onun da üstündən iyirmi pərqu döşək yığdı.

Şahzadə qızı bu yataqda yatırtdılar. Səhər ondan soruşdular ki, geçəni necə yatıb.

Şahzadə qız dedi:

-     Ah, çox narahat! Heç gözümü yummamışam! Allah bilir ki, bu nə yataqdır! Elə bərk bir şeyin üstündə uzanmışdım ki, indi bütün bədənim gömgöydür! Əziyyət çəkdim!

Bundan bildilər ki, o, əsl şahzadədir! O, xırdaca noxudu iyirmi yun döşək, iyirmi də pərqu döşək üstündən hiss eləyib! Belə zərif məxluq ancaq əsl şahzadə ola bilər!

Şahzadə oğlan da onunla evləndi. İndi bilirdi ki, əsl şahzadə qız alır! Balaca noxudu da nadir tapıntılar saxlanan muzeyə göndərdilər; əgər oğurlanmayıbsa, indiyə kimi ordadır.

Bil ki, bu, olmuş əhvalatdır!

Oxunub 9610 dəfə