Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 06 Dekabr 2011 12:04

FƏTİR OĞLANIN NAĞILI

İngilis nağılı

FƏTİR OĞLANIN NAĞILI

(tərcümə edəni Dilsuz, Hikmət Hüseynov)

b
iri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarı cürbəcür şirin çörəklər bişirməyi yaman xoşlayırdı. Günlərin bir günü о, yenə şirin çörək bişirəndə, baxıb gördü əlindəki xəmir lap adama oxşayır: fikirləşdi ki, nəvəm yoxdu, bir Fətir oğlan bişirərəm, həyanım olar.

Qarı qarağat giləsindən Fətir oğlana göz, burun, al albalıdan ağız düzəltdi, sapsarı kişmişdən köynəyinə düymə tikdi. Sonra Fətir oğlanı aparıb təndirə qoydu ki, bişsin.

Fətir oğlan bişib hazır olanda qarı getdi ki, onu çıxarsın. Amma görün nə oldu? Təndirin ağzını açan kimi Fətir oğlan hoppanıb qaçdı. Qarı da naəlac qalıb onun arxasınca düşdü:

-        Fətir oğlan! Fətir oğlan! Hara qaçırsan? Dayan! Mən sənin nənənəm!

Fətir oğlan gülə-gülə dedi:

-        Nə qədər qaçsan da, çata bilməzsən,

Sən məni, sən məni tuta bilməzsən!

Qarı, doğrudan da, onu tuta bulmədi. Fətir oğlan qaçıb canını qurtardı. Yolda qarşısına bir pişik çıxdı. Pişik yamanca acmışdı. Fikirləşdi ki, birtəhər Fətir oğlanı tovlayıb yesin. Miyoldaya-miyoldaya dedi:

-        Myao!.. Myao!.. Fətir oğlan, gəl dost olaq! Myao!Myao!..

Fətir oğlan gülə-gülə dedi:

-        Yox, sən məni yeyərsən!..

Pişik birdən onun üstünə cumdu. Fətir oğlan eləməyib tənbəllik götürüldü:

-        Nə qədər qaçsan da, çata bilməzsən,

Sən məni, sən məni tuta bilməzsən!

Pişik, doğrudan da, onu tuta bilmədi. Fətir oğlansa, əlbəttə ki, qaçıb aradan çıxdı. Yolda ona bir inək rast oldu. İnək möhkəm acmışdı. Fikirləşdi ki, birtəhər Fətir oğlanı tovlayıb yesin. Böyürə-böyürə dedi:

-        Ümböö! Ümböö!.. Fətir oğlan, gəl, dost olaq!.. Ümböö!.. Ümböö!..

Fətir oğlan gülə-gülə dedi:

-        Yox, sən məni yeyərsən!

İnək birdən onun üstünə cumdu. Fətir oğlan da eləməyib tənbəllik götürüldü:

-        Nə qədər qaçsan da, çata bilməzsən,

Sən məni, sən məni tuta bilməzsən!

İnək, doğrudan da, onu tuta bilmədi. Fətir oğlansa, əlbəttə ki, qaçıb aradan çıxdı. Axırda, bir çayın kənarında bir tülküyə rast gəldi. Tülkü yamanca acmışdı. Fikirləşdi ki, birtəhər Fətir oğlanı tovlayıb yesin. Odur ki, yağlı dilini işə saldı:

-       Vayy.. Vayy... Vayy... Səni kim qovub belə?.. Görürəm bərk yorulmusan.. Gəl, yanımda otur, dincəl...

Fətir oğlan gülə-gülə dedi:

-        Yox, sən məni yeyərsən!

Tülkü yenə yağlı dilini işə saldı:

-       Vayy.,. Vayy... Vayy... Sənin dünyadan xəbərin yoxdu ki... Mən toyuq, turac, kəklik, qırqovul yeyirəm... Ömrümdə fətirə dil vurmaram...

Fətir oğlan gülə-gülə dedi:

-        Pişiklə inək məni yemək istəyirdilər... Nə qədər qovdular, tuta bilmədilər... İndi, tülkü lələ:

Nə qədər qaçsan da, çata bilməzsən,

Sən məni, sən məni tuta bilməzsən!

Tülkü yenə yağlı dilini işə saldı:

-       Eh, kimdi səni tutan? İstəyirəm sənə bir yaxşılıq eləyim. Görürəm çayı keçmək istəyirsən. Bil və agah ol! Suya girən kimi ovulub tikə-tikə olacaqsan...

Fətir oğlan fikrə getdi:

-        Bəs mən nə edim?

-       Min quyruğuma, səni çayın o üzünə sağ - salamat keçirim.

Fətir oğlan hoppanıb mindi tülkünün quyruğuna. Tülkü bir az üzmüşdü ki, dedi:

-        Çay getdikcə dərinləşir, bir az yuxarı qalx, yoxsa islanarsan...

Fətir oğlan tülkünün belinə çıxdı. Bir az da üzmüşdülər ki, tülkü dedi:

-        Çayın ən dərin yerinə çatmışıq. Boynumdan bərk yapış! Burnuma tərəf gəl.

Fətir oğlan elə də elədi. Hiyləgər tülkü də bayaqdan bunu gözləyirdi. Bir göz qırpımında Fətir oğlanı xarç-xurç yedi.

Əslində düz elədi. Burada nə var ki? Fətir oğlan yeyilmək üçün bişirilməmişdi bəyəm?!. Onu hamı yeyə bilər: pişik də, inək də, tülkü də... Siz necə, heç şirin xəmirdən bişirilmiş Fətir oğlan yemisiniz?..

Bəs bu haqda mahnı necə, eşitmisiniz?

 

FƏTIR OGLANIN MAHNISI

Qaç yanından pişiyin,

Qaç yanından inəyin...

Burnuna dəysə iyin

-Tülkü olmaz köməyin..

Səni görən yeyəcək,

Nə dadlıdı, - deyəcək...

Ayağın varsa, qaç, qaç.

Qanadın varsa, uç, uç.

 

Fətir oğlan, Fətir oğlan,

Nənən səsləyir səni.

Fətir oğlan, Fətir oğlan

Nənən gözləyir səni.

Fətir oğlan, Fətir oğlan,

Nənən səsləyir səni.

Fətir oğlan, Fətir oğlan

Nənən gözləyir səni.

Oxunub 8846 dəfə