Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 12:40

ƏLCƏK

 ƏLCƏK 

Ukrayna nağılı

b
ir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:

-     Mən burda yaşayacam.

Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?

-     Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim?

-     Gəl!

İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən?

-     Mən ora-bura qaçan dovşanam. Məni də buraxın!

-      Gəl!

İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən?

-     Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın!

İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən?

-     Mən ağzı qara canavaram. Məni də buraxın!

-     Yaxşı gəl!

Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu.

-     Xor-xor-xor, əlcəkdə kim var?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən?

-     Mən vurub yıxan qabanam. Məni də buraxın!

Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir.

-     Sən bura girə bilməzsən!

-     Birtəhər girərəm, buraxın!

-     Neyləmək olar, gir!

-     Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər!

Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. О da əlcəyə yaxınlaşdı, böyürməyə başladı:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən?

-     Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın!

-     Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik.

-     Birtəhər!

-     Gəlirsən, gəl! Amma ehtiyatla!

Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı.

Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. О əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı.  Az qaçdı, çox  qaçdı, gördü  ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı:

-     Hav-hav, hav!

Heyvanlar qorxdular, əlcəkdən çıxıb hərə bir tərəfə qaçdı. Вaba isə yaxınlaşıb əlcəyini yerdən götürdü.

ƏLCƏK

 

Ukrayna nağılı

 

Bir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:

-     Mən burda yaşayacam.

Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?

-     Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim?

-     Gəl!

İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən?

-     Mən ora-bura qaçan dovşanam. Məni də buraxın!

-      Gəl!

İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən?

-     Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın!

İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən?

-     Mən ağzı qara canavaram. Məni də buraxın!

-     Yaxşı gəl!

Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu.

-     Xor-xor-xor, əlcəkdə kim var?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən?

-     Mən vurub yıxan qabanam. Məni də buraxın!

Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir.

-     Sən bura girə bilməzsən!

-     Birtəhər girərəm, buraxın!

-     Neyləmək olar, gir!

-     Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər!

Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. О da əlcəyə yaxınlaşdı, böyürməyə başladı:

-     Əlcəkdə kim yaşayır?

-     Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən?

-     Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın!

-     Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik.

-     Birtəhər!

-     Gəlirsən, gəl! Amma ehtiyatla!

Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı.

Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. О əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı.  Az qaçdı, çox  qaçdı, gördü  ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı:

-     Hav-hav, hav!

Heyvanlar qorxdular, əlcəkdən çıxıb hərə bir tərəfə qaçdı. Вaba isə yaxınlaşıb əlcəyini yerdən götürdü. al�jsh� ��� -indent:0cm;mso-list:l1 level1 lfo8;tab-stops:14.2pt'>-     Burax məni! Sənə qoyun-quzu gətirərəm.

 

-     Bax, a, aldatma!

Canavarı da azadlığa buraxdı. Yenidən bıçağını itiləməyə başladı. Bir yandan itiləyir, bir yandan öz-özünə deyirdi:

-     Tülkünün xəzi çox qəşəngdir. Qarının paltarına gözəl yaxalıq çıxar. Əla olar!

Tülkü qorxdu, ağlayıb yalvarmağa başladı:

-     Rəhm et, dərimi soyma! Mən sənə toyuq-cücə, qaz-ördək gətirərəm.

-     Bax, a, aldatma! - deyə qoca, tülkünü də buraxdı.

-     Səhərisi gün, sübh açılar-açılmaz evlərinin qapısı döyüldü! Qarı sobanın üstündəki yerində dirsəkləndi və qocanı oyatmağa başladı:

-     Qoca, ay qoca! Qapı döyülür! Gör kimdir!

Qoca qapıya getdi, gördü ki, ayı böyük bir arı pətəyi gətirib. Qoca balı yerbəyer etməyə macal tapmamış qapı yenə döyüldü! Canavar qoyun-quzu gətirmişdi. Elə bu vaxt  tülkü də toyuq-cücə, qaz-ördəklə birlikdə gəlib çıxdı.

Qarı ilə qoca çox sevindilər. Mehriban ömür sürməyə, firavan yaşamağa başladılar.
Oxunub 12085 dəfə